SON XƏBƏRLƏR

Yas yerində qarşıdurma: “Xamneyi bilməlidir, bu gün-sabah getməlidir”

2021.10.20, 07:36
Yas yerində qarşıdurma: “Xamneyi bilməlidir, bu gün-sabah getməlidir”

Gunaz.tv

GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Dekabrın 21-də ayətullah Hüseynəli Müntəzirinin dəfn mərasimindən sonra axşamçağı məsciddə matəm mərasiminə qatılan minlərlə aksiyaçı ilə “Bəsic” (hökumət tərəfdarı olan könüllülər dəstəsi) üzvü arasında qarşıdurma yaranıb. qarşıdurmaya mülki geyimli “Bəsic” üzvlərinin əllərində dəyənək məscidə girib mərasimə maneə törətmək cəhdi səbəb olub. Qarşıdurma zamanı mərasim iştirakçılarından bəzisi “O ki deyir adildir, yalan deyir qatildir”, “Diktatora ölüm”, “Müsəlmanın susmağı Qurana xəyanətdir”, “Ey iddialı rəhbər! Quranda zorlamaya yol verilirmi?”, “Xamneyi bilməlidir, bu gün-sabah getməlidir”, “Sənə nə qədər pul verib, əlinə çomaq veriblər?”, “Xəcalət çək, diktator, taxtdan əl çək, diktator” və “Kinli başsağlığı istəmirik, istəmirik” şüarları səsləndiriblər. Ayətullah Müntəzirinin oğlu Əhməd Müntəziri qarşıdurmanı dayandırmaq üçün işə qarışıb, atasının hüzr yerinə gələnlərdən mərasimi yarımçıq dayandırıb məscidi tərk etmələrini, hökumət qüvvələrinə bəhanə verməməyi xahiş edib. Qarşıdurmada kimlərinsə saxlanıb-saxlanmadığı barədə məlumat yayılmayıb.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar