SON XƏBƏRLƏR

Mir Hüseyn Musəvinin əyləşdiyi avtomobilə hücum olub

2021.10.20, 07:36
Mir Hüseyn Musəvinin əyləşdiyi avtomobilə hücum olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ayətullah Hüseyn Əli Müntəzirinin dəfndən qayıdan zaman İran müxalifətinin lideri Mir Hüseyn Musəvi hücuma məruz qalıb. Bu aktı bir qrup motosikllı şəxs törədib. Onlar Musəvinin əyləşdiyi avtomobilə hücum edib. Hücum aktı nəticəsində avtomobilin arxa şüşəsi sındırılıb və Musəvini müşayiət edənlərdən bir nəfər xəsarət alıb. Müxalifət lideri isə hücum zamanı heç bir xəsarət almayıb. Baş verən insidentə görə müxalifət mülki polisi ittiham edib. Hadisəylə bağlı xəbər Musəvinin internet saytınıda yerləşdirilib. Dünən qumda müxalifət tərəfdarı olan müntəzirinin dəfni olub. Dəfndən sonra müxalifətçilər nümayiş keçirib. Hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar polislə qarşıdurmaya çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar