SON XƏBƏRLƏR

3 milli fəal "ETTELAAT"_dan Təbriz zindanına köçürülüb

2021.10.20, 07:36
3 milli fəal "ETTELAAT"_dan Təbriz zindanına köçürülüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində milli-mədəni fəallar Rza Qordani, Camal Təsuciyan və Bəhram Behimi ETTELAAT idarəsindən (İranın Kəşfiyat Nazirliyi) Təbriz zindanına köçürülüblər. Adını çəkdiyimiz milli fəalların ailəsinə yaxın mənbələrin məlumatına əsasən Təbriz İnqilab məhkəməsində izlənilən prosesdə onların ittihamı milli təhlükəsizliyin əleyhinə fəaliyət və 21 Azər günü münasibəti ilə mərasim keçirmədən ibarət olub. Qeyd edək ki bu dosyanın digər müttəhimi Səid Çəlbiyani qeyd etdiyimiz mərasimdə saxlanılan digər milli fəaldır.o hələdə saxlanılmaqdadır. Ailəsinin bütün müraciətlərinə baxmayaraq onun vəziyətində dəyişən bir faktor yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar