SON XƏBƏRLƏR

Rəsmi Tehran 3 nümayişçinin polis tərəfindən öldürüldüyünü etiraf edib

2021.10.20, 07:36
Rəsmi Tehran 3 nümayişçinin polis tərəfindən öldürüldüyünü etiraf edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran hökuməti prezident seçkilərindən sonra keçirilən etiraz aksiyasında iştirak edən 3 nümayişçinin ölümünün qətl olduğunu etiraf edib. həbs olunan 3 nəfər polis tərəfindən ölənə qədər döyülüb. Qeyd edək ki, bundan əvvəl onların meningit nəticəsində öldüyü iddia edilirdi. Amma məhkəmə ekspertizası müəyyən edib ki, onların ölümünə döyülmələri nəticəsində aldıqları zədələr səbəb olub. Öldürülən şəxslərin saxlanıldığı Kaxrizak həbsxanasının 12 əməkdaşına ittiham irəli sürülüb. Onlardan 3 nəfəri qətldə ittiham edilirlər. Hələlik həmin şəxslərin adı açıqlanmır. Müxalifət isə hökuməti məsuliyyəti aşağı personalın üzərinə atmağa cəhddə ittiham edir. Onların fikrincə, etiraz aksiyasını sərt şəkildə dağıtmaq əmri verənlər cəzasız qalacaqlar. Associated Press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar