SON XƏBƏRLƏR

İranda siyasi böhran dərinləşir

2021.10.20, 07:36
İranda siyasi böhran dərinləşir

Gunaz.tv
Cümə günü İranın bir sıra şəhərlərində o cümlədən Tehranda İran İnqilabı Rəhbəri Ayətullah Xomeyninin “şəklinin təhqir olunmasına” qarşı mitinqlər keçirilib. Mitinqlərə çağırışı hökumət təşkilatı olan “İslam təbliğatını koordinasiya şurası” etmişdi. İLNA agentliyinin verdiyi məlumata əsasən mitinq iştirakçıları İslahatçı liderlər əleyhinə sərt şüarlar səsləndirib və İran Televiziyasının Ayətullah Xomeyninin şəkilinin cırılması səhnələrini yayımlamasını alqışlayıblar. Mitinq iştirakçıları islahatçıları bu əmələ görə tənqid ediblər. Hakimiyyətə yaxın mənbələr Tehranda mitinqdə iştirak edənlərin sayının milyondan artıq bildirsələr də islahatçı xəbər mənbələrində onların sayı 7- 10 min nəfər kimi bildirilib. Mərasimdə çıxış edən Ali Dini Rəhbərin Nümayəndəsi Məhəmməd Həsən Rəhimiyan Xomeyninin şəkilinə Təhqir edilməni İslam Cüumhuriyyətinin bütün “şərəfli nailiyyətlərinə ” təhqir kimi dəyərləndirib və bildirib ki, Xomeyniyə təhqir və bu təhqirə etirazlar bir daha Xomeyninin böyüklüyünü və adını dünyada sərgiləmiş oldu. Rəhimiyan öz çıxışında seçkilərdən sonrakı hadisələrə toxunub və Qurani Kərimdən sitat gətirərək bildirib ki, “Fitnəkarlar” fəci şəkildə edam olunmalıdır. Onun həmçinin əlavə edib: “dünyanın bütün ölkələrində nə qədər demokratiya olsa belə hakimiyyət əleyhinə çıxış edənlərlə Qurani Kərimdə deyildiyi kimi davranılmalıdır”. Bununla da o İslahatçı liderlərin edam olunmasını tələb edib. Onuncu prezident seçkilərində İslahatçı namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubi isə keçən həftə Daxili İşlər Nazirliyinə müraciət edərək Ayətullah Xomeyninin Təhqir olunmasına qarşı ayrıca mitinq keçirmə ilə bağlı yazılı müraciət ediblər. Digər islahatçı qruplar və islahat yönlü dini xadimlər də müraciət edərək mitinq keçirmək icazəsi istəyiblər. Bununla bağlı hələlik daxili İşlər Nazirliyindən rəsmi cavab gəlməsə də Tehran valisi bildirib ki, ayrıca mitinq keçirməyə ehtiyac hiss olunmur. İranda prezident seçkilərindən sonra siyasi cərəyanlar arasında yaranan uçurum getdikcə dərinləşir. Hər iki tərəfin tərəfdarları arasında radikal şüarların verilməsi İran cəmiyyətində də parçalanma olmasını göstərir. Ammabu daha çox Tehranda və bir sıra böyük şəhərlərdə hiss olunur. Etniklər yaşayn bölgələrdə isə durum tam fərqlidi. Kürdlər və bəluçlar silahlı mübarizəni genişləndirməyə çalışır. Azərbaycan Türkləri siyasi mübarizəni genişləndirərək futbol kimi bütün vasitələrdən istifadə edərək öz milli şüarlarını səsləndirir. Artıq Təbrizdə futbol tamaşaçıları “İstiqlal, Azadi, Cümhuriye İslami” şüarının (xatırladaq ki, bu inqilabın əsas şüarlarından biri idi) yerinə “İstiqlal, Azadi, Cümhuriye Azəri” şüarı səsləndirirlər. Bu isə İranda cəmiyyətin bir neçə parçaya bölündüyündən xəbər verir.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar