SON XƏBƏRLƏR

İranda "Əndişeye no" qəzeti qapadıldı

2021.10.20, 07:36
İranda "Əndişeye no" qəzeti qapadıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda "Əndişeye no" qəzetı qapadıldı. Qəzet İranın İrşad və Mədəniyyət Nazirliyinin mətbuata nəzarət heyətinin qəbul etdiyi qərarın nəticəsində bağlanılıb. İranın FARS xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, "Əndişeye no" qəzeti İranın İslahatçılar düşərgəsindən olan "İslami İş" partiyasına aiddir. Qəzet iyunun 12-də İranda keçirilən prezident seçkiləri zamanı İslahatçılar düşərgəsindən olan Mir Hüseyn Musəvinin seçki qərargahının xəbərlərini yayımlamaqla məşğul olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar