SON XƏBƏRLƏR

İslahatçı liderlər ayətullah Müntəzirinin vəfatı münasibəti ilə matəm elan ediblər

2021.10.20, 07:36
İslahatçı liderlər ayətullah Müntəzirinin vəfatı münasibəti ilə matəm elan ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "mediaforum"-a istinadən yaydığı məlumata görə, Builki prezident seçkisinin əsas müxalif namizədləri olmuş keçmiş baş nazir Mirhüseyn Musəvi ilə Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi ayətullah Müntəzirinin vəfatı münasibəti ilə birgə bəyanat yayıblar. İran İslam İnqilabının lideri Xomeyninin ilk canişini olmuş müxalif ayətullah Müntəziri dekabrın 20-də vəfat edib. Onun infarkt keçirdiyi bildirilir. bəyanatda deyilir: “Böyük şiə alimlərinin çağırışının ardınca şiə dünyasının yüksək alimi və fəxri, demokrat mücahid Hüseynəli Müntəzirinin vəfatı münasibəti ilə dekabrın 21-ni milli matəm günü elan edirik”. Ayətullah Müntəzirinin vəfatı xəbərinin yayılmasından sonra onun doğulduğu Nəcəfabad şəhərinin on minlərlə əhalisi dekabrın 20-də küçələrə axışaraq İran prezidenti Mahmud Əhmədinejad və dini rəhbər ayətullah Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. Əllərindəki palakatlar və yaşıl simvollarla “Ya Hüseyn, Mirhüseyn”, “Yorulmaz Müntəziri! Diktator bizə güllə yağdırsa da, yolunu davam etdirəcəyik” şüarları səsləndirən aksiyaçılar hakimiyyətin müxalif ayətullah Müntəziriyə qarşı son illərdəki təzyiqlərinə etiraz bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar