SON XƏBƏRLƏR

Ayhan Dəmirçi: Əsas odur ki, 21 Azərlə bağlı konfransda iştirak edən insanlar, milli hədəflər üçün bir araya gəlmişdilər

2021.10.20, 07:36
Ayhan Dəmirçi: Əsas odur ki, 21 Azərlə bağlı konfransda iştirak edən insanlar, milli hədəflər üçün bir araya gəlmişdilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirçinin DAK Strateji Araşdırmalar Mərkəzinə verdiyi müsahibəni təqdim edir. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı, fəal diasporçu Ayhan Dəmirçinin Hollandiyanın Amsderdam şəhərində keçirilən "21 Azər” gününə həsr edilmiş konfransla bağlı fikirlərini Dünya Azərbaycanlıları Konqresi Strateji Araşdırmalar Mərkəzinə bildirib. - Ayhan bəy, Hollandiyanın Amsderdam şəhərində keçirilən "21 Azər” gününə həsr edilən konfransla bağlı, fikirlərinizi oxucularımıza bölüşmənizi istərdik. - Salam Elnur bəy, bu önəmli müsahibəniz üçün sizə cox təşəkkür edirəm və saytınız vasitəsilə vətənimizi, millətimizi sevən dəyərli insanlarımızı salamlayıram. Xüsusi ilə bu, toplantının Hollandiyanın Amsderdamda şəhərində baş tutmasında və təşkil edilməsində dəyərli dostlarım və fikir qardaşlarım olan Araz Muğanlı, Muxtar Şəms, Araz Ataxan, Nasir Məlikliyə, Elnur Mərəndliyə və dialoq toplantısında iştirak edən sayğı dəyər dostlarımıza cox təşəkkürlərimi bildirirəm, kutsal davalarında uğurların davamlı olmasını diləyirəm. - Uğurlar sonuclanan səmimi və önəmli milli məsələlərin qərara alınması, tədbirin nüfuzundan xəbər verirdi. Sevindirici odur ki, insanların üzündə xöş təbəssüm, bir-birləri ilə mehriban danışmaları tədbirə əlavə rəng verirdi. Əsl milli birlik görünürdü. Əsasda, dünyanın müxtəlif yerlərində gələn, DAK təmsilciləri, başqa təşkilat başqanları, funksionerləri öz aralarında birlik nümayiş elətdirməsi, tədbirin daha da möhtəşəm keçməsinə səbəb oldu. Bundan sonra tədbirin başlanmasına start verildi. İlk öncə tədbiri idarə etmək üçün, kiçik bir idarə heyəti formalaşdırıldı. Bundan sonra, Güney Azərbaycan Milli Hərakatı, 21 Azər günü ilə bağlı, İranda dil məsələsinin qadağıları haqqında geniş məruzələr edildi və milli məsələlər özündə daşıyan məruzələr dinləyicilər tərəfindən diqqətlə dinlənilirdi. Sabahısı gün tədbirin yekunu olaraq 12 - maddəni özündə daşıyan fəaliyyət proqramı qəbul olundu. Artıq, mediaya ünvanlanmış proqramı bir daha oxucularımızın nəzərinə çatdırmaq istəyirəm. 1. Toplantı, Güney Azərbaycan türk millətinin milli azadlığı yolunda mübarizədə bu, günki fars rasizmini təmsil edən İran İslam Cümhuriyyətini əsas maneə kimi görür. Çünki, bu rejim hər növ demokratik dəyişikliyə qarşıdır. 2. Azərbaycan Milli Azadlıq Hərakatının amalı Güney Azərbaycanda milli – demokratik dövlət qurmaqdır. Ayrıca, Güney Azərbayanın hüdudları xaricində yaşayan digər türk xalqlarının milli haqlarını da qorumaq lazımdır. Azərbaycan Milli Hərakatı öz müqəddəratını təyin etməkdə, son söz sahibi olmalıdır. 3. Azərbaycan Milli Hərakatı sekular dövlət qurulmasının tərəfdarıdır və bu, yolda mübarizə aparır. 4. Türk dili (Azərbaycan türkçəsi) rəsmi dövlət dili olmalıdır. Bütün ölkədə yaşayan türklər üçün, türk dilli media şəbəkələri qurulmalıdır. Azərbaycanın elmi, texniki və iqtisadi inkişafı təmin edilməli, millətimizin yaşayış səviyyəsi dünyanın inkişaf etmiş millətləri səviyyəsinə yüksəlməlidir. 5. Azərbaycan Milli Hərakatı bütün sahələrdə qadın- kişi hüquq bərabər, yolunda mübarizə aparır. 6. Din, məzhəb, məslək, inanc, söz, mətbuat, sendikalar, siyasi partiyalar, geyim və yaşam tərzi kimi, bütün mədəni azadlıqlar qeydsiz-şərtsiz təmin edilməlidir. 7. Azərbaycan Milli Hərəkatı edama və hər növ işgəncəyə qəti şəkildə qarşıdır. 8. Milli Hərəkat Aria rasizm sisteminin təmsilçisi olan İran İslam Cümhuriyyətinin Azərbaycanda demoqrafik yapını dəyişdirmə siyasətinə qarşı çıxır və bu, rejimə qarşı milli zülüm altında yaşayan digər millətlərlə, işbirliyi aparmalıdır. 9. Yuxarıda qeyd edilən hədəflərə çatmaq üçün, xaricdə fəaliyyət göstərən azərbaycanlı qüvvələr, daxildə gedən milli mübarizəni diqqətlə təqib etməli və ona uluslar arası insan haqları mərkəzlərindən dəstək qazanmalı, Azərbaycana qarşı informasiya blokadasını qırmalı və bütün dünyada Azərbaycanın milli mənafeyi üçün lobbiçilik fəaliyətlərini təşkilatlandırmalıdır. 10. Güney Azərbaycan Milli Hərəkəti müstəqil, demokratik və moderndir. 11. Güney Azərbayan Milli Hərakatı Dünya İnsan Haqları Bəyannaməsinin, və ona bağlı konvensiyaların Azərbaycanda həyata keçirilməsi üçün mübarizə aparır. 12. Amsderdam Dialoq Konfransı yuxarıdakı, prinsiplərə dayanaraq Güney Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən bütün təşkilatlar və şəxsləri davamlı işbirliyinin qurulmasına çağırır. İnanıram ki, bu proqramın icrası milli hərakatın və diasporun güclənməsinə təsir edəcəkdir. - Xüsusi ilə tədbirdə tanınmış şəxslərdən kimlər iştirak edirdi? - Mən burada şəxs olaraq tək-tək adları çəkmək istəmirəm. Çünki, hər bir iştirakçı öz savadına,dünya görüşünə görə tədbirə stimul verirdilər. Quzey Azərbaycan istisna olmaqla, dünyanın əksər ölkələrindən, təşkilat başqanları, milli fəallar, diasporun içində aktiv yer alan insanlar iştirak edirdilər. Ancaq, təəssüflər olsun ki, Quzey Azərbaycandan təşkilat təmsilcisi yox idi. Təxminən 263 nəfər insan iştirak edirdi. Cox sayğılı və diasporda çəkisi olan insanlardır. Əsas odur ki, o insanlar milli hədəflər üçün bir araya gəlmişdilər. Bu indi ki, zamanda böyük bir jestdir. Milli birliyə atılan addımdır və bunun ardıcıl olması üçün, mütləq davamlı çalışmaq lazımdır. - Neçə düşünürsünüz, belə bir möhtəşəm konfransın keçirilməsi Güney Azərbaycan məsələsində milli yönümlü təşkilatların vahid mövqedən çıxış etməsinə səbəb olacaqmı? - Bu toplantının həsas bir zaman keçirilməsi lazımlı idi. Mən neçə illərdir ki, müxtəlif toplantılarda iştirak edirəm. Tam səmimiyyətimlə deyirəm ki, ilk dəfə olaraq belə bir demokratik və insanların bir-birlərini anlayışla, hörmətlə dinlədiyini gördüm. Məhz bunlara dayanaraq demək istəyirəm ki, belə bir möhtəşəm, intellektual səviyyəli insanların iştirak etdiyi tədbirin nəticələri mütləq olacaqdır. Sadəcə olaraq, burada səbrli və təmkinli olmaq lazımdır. Düşmənlərimiz aramıza hər an nifaq salmaq üçün, bütün çirkin vasitələrdən istifadə edə bilərlər və ehtiyyatlı olmalıyıq. Ağıllı, milli insanların birliyi ilə hədəfə doğru getmək lazımdır. Onda biz istədiyimiz nöqtəyə çatacayıq. Bu prosesləri həyata keçirə bilsək,onda eyni hədəflərə nail ola biləcəyik. - Bəs, diaspor quruluculuğu prosesinə neçə? -Tədbirin Azərbaycan Diaspor qurulucuğuna, onun inkişafına pozitiv mənada faydalı olacağına inanıram, cünki, belə tədbirlərdə, konfranslarda, hörmətli və irəlini görən fikir adamlarının olduğu bir qurumda, diasporun güclənməsi mütləqdir. Xaricdə bütövlük ideologiyasının geniş təbliği təbii ki, diasporun inkişafına böyük stimul verə bilər və inanıram ki, verəcəkdə. Bunlar bir-birlərinə bağlı olan və eyni xətti özündə daşıyan hədəf strategiyasıdır. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar