SON XƏBƏRLƏR

Ayətullah Hüseyn Əli Müntəzirinin vəfatı nümayişlərə səbəb olub

2021.10.20, 07:36
Ayətullah Hüseyn Əli Müntəzirinin vəfatı nümayişlərə səbəb olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 87 yaşlı Ayətullah Hüseyn Əli Müntəziri vəfat edib. Ürək dayanması nəticəsində 87 yaşında ölən bu din xadimi İrandakı daxili gərginlikdə müxalifət tərəfdarı kimi tanınırdı. İran müxalifəti Tehranda növbəti nümayişini keçirib. Dünən axşam saatlarında bir qrup insan Möhseni meydanında aksiya təşkil edib. Nümayiş Ayətullah Hüseyn Əli Müntəzirinin ölümüylə bağlı təşkil olunub. Nümayişçilər onun yolunu davam etdirəcəklərini bəyan edib. Müntəzirinin ölümündən sonra doğulduğu Nəcəfabad şəhərində də nümayiş keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar