SON XƏBƏRLƏR

Tirəxtur ilə Şahin komandalarının yarışında həyəcanlı milli şüarlar səslənib

2021.10.20, 07:36
Tirəxtur ilə Şahin komandalarının yarışında həyəcanlı milli şüarlar səslənib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli komandası kimi dəstəklənən Tırəxtur futbol komandası Təbrizin Səhənd klubunda Buşəhr şəhərinin Şahin komandası ilə qarşılaşdığı müsabiqədə 1-1 bərabər nəticə ilə yarışı başa vurub. Məlumata görə oyun çox həyəcanlı keçib. Güney Azərbaycanın bir çox şəhərindən o cümlədən Culfa, Çaldıran və Xalxaldan Tirəxtur komandasını təşviq etmək üçün tamaşaçılar sırasına qatılıblar. 70 minə yaxun azarkeş müxtəlif milli şüarlar səsləndirməklə stadionu Azərbaycanın milli duyqular və aurasına çevirə biliblər. şüarların bir neçəsi bunlardan ibarət olub: -Azərbaycan diyarimiz tirəxtur boz qurdumuz -yaşasın Azərbaycan -Tirəxturu el istər şərəfli millət istər -xalxallilar yatmayib tirəxturu atmayib və s.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar