SON XƏBƏRLƏR

İran rejiminin mərkəzini dəyişdirməyə çalışmalıyıq

2021.10.20, 07:36
İran rejiminin mərkəzini dəyişdirməyə çalışmalıyıq

Gunaz.tv
Uilyam Koen: ""Sepah"ın və bir milyonluq ordunun vəhşi təzyiq və repressiyalarıyla üzləşən İran xalqının rejimi dəyişəcəyini gözləmənin xəyalpərəstlikdir" "Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ölkələr İranın təcavüzkarlığından qorunmaq üçün nüvə silahı əldə etməyə çalışacaq" Prezident Bill Klinton dövründə ABŞ-ın müdafiə naziri olmuş Uilyam Kohen Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ölkələrin İran təhdidindən qorunmaq üçün nüvə silahı əldə etməyə çalışacaqlarını, bunun da nəticəsində nüvə dövlətlərinin sayının dramatik şəkildə artacağını bildirib. Kohen "Vaşinqton Times" qəzetinə "Nüvə silahına malik İrandan nə gözlənilir?" başlıqlı məqalə yazıb: "İranın on yeni uran zənginləşdirmə təsisi tikməsi niyyəti bu ölkənin nüvə silahı əldə etmək planlarından daşındırma siyasətinin uğursuzluğu mənasını verir". Kohen üç variant olduğunu bildirib. Birincisi, Rusiya və Çinin də dəstəklədiyi geniş maliyyə və enerji sanksiyaların tətbiq oldunması. Sərt sanksiyaları vacib sayan Uilyam Koen "Sepah"ın və bir milyonluq ordunun vəhşicəsinə təzyiq və repressiyalarıyla üzləşən İran xalqının rejimi dəyişəcəyini gözləmənin xəyalpərəstlik olduğunu açıqlayıb. Uilyam Kohen İran rəhbərliyinin daha sərt təzyiqlərlə yumşala biləcəyini vurğulayıb. İkinci variantın hərbi əməliyyat olduğunu ifadə edən Kohen yazıb: "Hərbi əməliyyat son dərəcə yüksək riskli olacaq, uğurlu olması üçün fövqəladə kəşfiyyat işi və qətilik lazımdır. Belə bir əməliyyat ehtimalı çox sayda müsəlmanın geniş spektrdə dağıdıcı reaksiyasına gətirəcək. Bu da qlobal iqtisadiyyat üçün böyük mənfi nəticələlərə gətirib çıxaracaq. Hərbi əməliyyat təhlükəli variantdır, ancaq diplomatiya və digər səylər uğursuz olsa, hərb yolu qaçılmazdır". Uillam Kohen üçüncü variantı "İran bombasıyla yaşamağı öyrənmək" olaraq kimi ifadə edərək indi üçüncü varianta doğru gedildiyini vurğulayıb. Nüvə silahına malik İran Orta Şərqdə qeyri-sabitlik yaratmaq və inqilabını ixrac etmək məsələsində daha cəsarətli davranacaq. Keçmiş nazir nüvə silahlarıyla bəzənən İran rəhbərlərinin "məğlub olmazlıq" duyğusuna qapılacağını yazıb. Bu Tehranın İraq və Əfqanıstana daha cürətli müdaxiləsinə, Livanda daha böyük fəsadlar törətməsinə gətirib çıxaracaq. Belə vəziyyətin İranın "Həmas" və "Hizbullah"a daha təcavüzkar dəstək qazandıracağını bildirən Uilyam Kohen diqqəti başqa ölkələrə yönəldib: "Tehran Körfəz ölkələrindəki şiə əhalisi təhrik edə bilər. Beləcə mülayim ərəb hökumətlərinin mövcudluğunu təhdid edə bilər. İranın nüvə bombasına sahib olması onun təhdid etdiyi ölkələrin ABŞ-ın təhlükəsizlik zəmanətlərinə şübhəylə baxmasına gətirib çıxaracaq. Nəticədə Orta Şərqdə nüvə silahlanması yarışı başlaya bilər. On il ərzində Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digərləri İranın təcavüzkarlığından qorunmaq üçün nüvə silahı əldə etməyə çalışacaq, bununla da silsilə şəklində nüvə dövlətlərinin sayının artacağını görə bilərik. Bu, nüvə silahların yayılmaması prosesinin sonunu gətirə bilər. Get-gedə daha çox xalq öz nüvə başlıqlarını daşıyan raket sistemini inkişaf etdirməyə çalışacaq. Bununla da nüvə anbarlarının idarəsi bacarığımız və nüvə materiallarının təhlükəli oyunçulara çatmasına maneə törətmə fəaliyyəti çökə bilər". Tehranın radikal qruplarla nüvə materiallarını, nüvə, ya da radioloji silahları paylaşacağını yazan keçmiş nazir fars rejiminin bu silahlardan ABŞ, İsrail və digər müttəfiqlərə qarşı istifadə etməkdən çəkinməyəcəyini bildirib. Nüvə silahlarının terrorçuların əlinə keçə biləcəyini yazan Kohen "İranla münasibətlərimizin Sovetlər Birliyilə olduğundan daha pis bir nöqtəyə gələ biləcəyimizi iddia edirlər. Keçmiş SSRİ liderləri qlobal kommunist imperiyası qurmaq istəyirdilər, ancaq onlar bu dünyanın yaşamasını istəyən həqiqi praqmatistlər idi. İrandakı radikal ünsürlər arasında 12-ci imamın gəlişini sürətləndirərək bu dünyanın sonunu başladacağını söyləyən dini fanatiklər var. Çox az iranlı "xoşbəxtlik dövrünün gələcəyinə" inanan radikallar olsa da, bunların biri belə kifayət qədər çoxdur". Uilyam Kohen ABŞ və Kuba arasında baş verən raket böhranına bənzərinin İranla yaşana biləcəyini, buradan yaxşı nəticə əldə edilməyəcəyini bildirib. Kohen irəli sürdüyü ssenarilərin bəzilərinə qeyri-adi gələ biləcəyini, ancaq 11 sentyabr terror aksiyasından "Gələcəyin öyrəndiyimiz bir gələcək olmadığı" kimi qorxunc dərs alındığını yazıb: "İranın indiki rejiminin nüvə ehtiraslarının qarşısında boyun əyməkdənsə, sərt sanksiyalar yoluyla, lazım olsa digər vasitələrlə rejimin mərkəzini dəyişdirməyi təmin edən səylərimizi təkrarlamalıyıq".Rəsul

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar