Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
İran aviaşirkətlərinin Azərbaycana uçuşu bu gündən dayandırılır
EKO nümayəndəsi: Urmu üzüm festivalı Şuşa ilə mədəni əlaqələr yarada bilər
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
230 min ton alma: Marağanın bu sərvətdən payı nə qədərdir?
Tarixi abidə təhlükədədir
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Tehranda yüzlərlə vətəndaşın bank hesabları bağlandı
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
İran prezidentinin BMT səfəri ölkə daxilində tənqid olunur
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
Reuters: Çin Tayvanla bağlı güzəştlər müqabilində İrana təzyiq göstərməyi təklif edib
İranda daha iki məhbus edam edildi
Pezeşkian ABŞ-da həbs oluna bilər-Millət vəkili
Qüdrət Həsənquliyev: "Vladimir Jirnovski deyirdi ki, bir ildən sonra Rusiya yenidən köhnə sovet imperiyasını bərpa edəcək" NATO Parlament Assambleyasının (PA) 24-27 mart tarixlərində Berlində toplantısı keçirilib. NATO PA-nın toplantısında, komitələrin iclaslarında Azərbaycanla bu və ya digər dərəcədə bağlı olan bir sıra məsələlər müzakirə olunub. Toplantıda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranla bağlı məruzədə Azərbaycan türkləriylə bağlı məsələlərin yer almamasına etirazını bildirib, Qərbi soydaşlarımıza dəstək verməyə çağırıb. Azərbaycanda erməni kilsəsinin qalmadığını iddia edən Ermənistan nümayəndə heyətinin üzvü Raffi Ovanesyanı da cavabsız qoymayıb. Müsahibimiz də BAXCP sədri Qüdrət Həsənquliyevdir... Ramiz Mikayıloğlu - NATO PA-nın iclasları həmişə maraqlı olur. Qurumun toplantılarında dünyada baş verən bütün ciddi proseslər bir qayda olaraq müzakirə edilir. Nəzərə alsaq ki, bu, avoatlantik strukturudur, orada hərbi təhlükəsizlik və enerji təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Bu baxımdan NATO PA-nın toplantıları son dərəcədə önəmlidir. Azərbaycan da Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir. Həmçinin Azərbaycan NATO PA-nın asosiativ üzvüdür, avroatlantik məkana inteqrasiya olunmaq siyasəti aparır. Bu baxımdan nümayəndə heyətimiz NATO PA-nın iclaslarında həmişə iştirak edir, lazım olanda, Azərbaycana aidiyyatı olan bu və digər məsələrlə bağlı nümayəndə heyətinin üzvləri çıxış edirlər. Martın 24-də də NATO PA-nın Siyasi komitəsində cənub qonşumuz, həm də 30 milyon azərbaycanlının yaşadığı İranla bağlı məsələ müzakirə olunurdu. Həmin iclasda da Siyavuş Novruzovla mən iştirak edirdim. Məruzəçi ABŞ -dan idi. - Məruzə nə dərəcədə obyektiv idi və Azərbaycan nümayəndə heyətinin üzvləri bununla bağlı münasibətlərini bildirdilərmi? - O, çox ədalətliz bir məruzə hazırlamışdı. Məruzədə 30 milyon azərbaycanlı haqqında bir fikir belə öz əksini tapmamışdı. Mən də çıxışa yazıldım. Bildirdim ki, məruzədə qeyd olunur ki, İran dini-totalitar bir ölkədir, nüvə proqramıyla Avropa Birliyi, ümumiyyətlə, dünya üçün böyük təhlükə yaradır. Ona görə ki, İran qeyri-demokratik ölkədir. Amma məruzədə İranın demokratikləşməsiylə bağlı bir fikir deyilmir, əsas diqqət ona yönəlir ki, sanksiyalar gücləndirilsin, lazım gələrsə, hətta İranın nüvə obyektləri vurulsun. Yəni, söhbət hərb yoluyla problemin həllindən gedir. Mən də bildirdim ki, əlbəttə, BMT-nin sanksiyaları var, İran nüvə proqramından imtina etmədiyi təqdirdə sanksiyalar bir az da gücləndirilməlidir. İranın bölgə üçün təhlükə yaradan dövlət olduğu fikriylə razılaşdığımı söylədim. Onu da dedim ki, Ermənistan İran və Rusiyanın köməyilə Azərbaycan torpaqlarının 20 faizini işğal edib, qonşu dövlət təcavüzkara hər vasitəylə yardım göstərir. Bunu söyləməyə də bizim kifayət qədər əsasımız var. Ermənistandakı sonuncu prezident seçkilərində bu, tam açıq formada prezidentliyə namizədlər tərəfindən də dilə gətirildi. Onu da nəzərə çatdırdım ki, iki il əvvəl İranın rəcmi dövlət qəzetində azərbaycanlılar bir millət olaraq təhqir ediliblər. Yüz minlərlə azərbaycanlı Təbrizdə və dtgər şəhərlərdə buna etirazını bildirib, küçə yürüşləri keçiriblər. Amma Avropa televiziyalarının, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, hüquq müdafiə təşkilatlarının, aparıcı dövlətlərin baş verən hadisəyə münasibəti təəccüb doğurmaya bilməz. İrandakı problemlərin həlli üçün bir tərəfdən sanksiyalar sərtləşdirilirsə, digər tərəfdən, ölkənin demokratikləşməsinə təkan vermək lazımdır. Güney Azərbaycan türklərinə dəstək verilməli, kömək edilməlidir. Məndən sonra ənənəvi olaraq çıxış edən Ermənistan nümayəndəsi dedi ki, işğal kimi ifadələrdən işlədilməməlidir. Guya əslində Dağlıq Qarabağ SSRİ-nin dağılmasında böyük bir rol oynayıb, ilk dəfə orada insanlar azadlıq uğrunda mübarizəyə başlayıblar, dünya birliyi Dağlıq Qarabağa xüsusi diqqət göstərməlidir. Yəni bizim bildiyimiz cəfəngiyyatı yenə təkrarladılar. Sözsüz ki, mən sözümü demişdim və əsaslandırmışdım. Martın 25-də Təhlükəsizliyin mülki ölçüsü komitəsinin iclası keçirildi. Orada müzakirə olunan mövzulardan biri də din və dövlətlə bağlı idi. - Məruzədə Azərbaycanla bağlı nələr yer almışdı? - Məruzəçi çıxışında bildirdi ki, Azərbaycanda dini ekstremizmə qarşı repressiv metodlardan istifadə olunur. Nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov buna etiraz etdi. Bildirdi ki, Azərbaycan tolerant bir ölkədir. Professor Şkefferdən bir misal da çəkdi. O demişdi ki, Azərbaycan dini tolerantlıq baxımından Avropa və ABŞ üçün nümunə ola bilər. Xatılatdı ki, bunu Hayfa və Harvard Universitetinin professoru deyir. Bundan əvvəl NATO PA-nın İslandiyada keçirilən toplantısında mövzulardan biri "Xəzər hövzəsində din" idi. O zaman da məruzəçi kimi xanım Şkeffer çıxış etmişdi. İslandiyadakı toplantıda iştirak etmiş komitə üzvlərinin də böyük əksəriyyəti bu məruzəyə qulaq asmışdılar. Onlar da təsdiqlədilər ki, doğurdan da belə bir məruzə olub. Ziyafət Əsgərovun çıxışından sonra məruzəçi dedi ki, ola bilər ki, fikri bir az düzgün başa düşülməyib və o, Azərbaycanın dini tolerant ölkə olduğunu təsdiqləyir. Bundan sonra erməni nümayəndə heyətinin üzvü Raffi Ovanesyan söz aldı. O iddia etdi ki, Azərbaycanda bir erməni kilsəsi də qalmayıb, hamısı dağıdılıb. O, Azərbaycanın dini baxımdan dözümsüz ölkə olduğunu vurğuladı. Bu məsələylə bağlı artıq nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərov çıxış etmişdi, mənim çıxış etmək fikrim yox idi. Amma çıxış etməyə məcbur oldum. Mənə söz vermək istəmirdilər, amma təkid etdim. Ermənistan nümayəndə heyətindən iki nəfər çıxış etmişdi, təkidlə dedim ki, mütləq çıxış etməliyəm, ona görə ki, burada çox ədalətsiz və yalan məlumat verdilər. Təkidimdən sonra söz aldım. Dedim ki, Bakıda erməni kilsəsi şəhərin mərkəzindədir, nəinki kilsə qorunub, hətta oradakı kitabxana da saxlanılır. Bu yaxınlarda böyük bir qrup erməni ziyalısı Bakıya səfər etmişdi, onlar həmin kilsədə də oldular, bu, ağ yalandır. Bildirdim ki, istənilən şəxs Bakıya səfər edə bilər. İşçi qrupunun rəhbərləri, məruzəçilər də Bakıya gələcəklər. Onlar Ermənistan və Gürcüstanda olublar, amma Azərbaycan və Türkiyəyə gəlməyiblər. Dedim ki, onlar gələ və bunları öz gözləriylə görə bilərlər. Həmçinin qeyd etdim ki, Ermənistan təkmillətli bir dövlətdir, orada başqa millət yaşamır, amma Azərbaycanda 30 min erməni yaşayır. Biz necə dözümsüz ola bilərik? 30 min erməni qızı azərbaycanlıya ərə gediblər və bu gün də Bakı şəhərində yaşayırlar. Dedim ki, azərbaycanlılar erməniyə görə öz ailələrini dağıtmayıblar. - Qərblə Rusiya arasında ciddi mübahisə predmetinə çevrilmiş Gürcüstan və Ukraynanın NATO-ya üzvlük istəyi PA-nın toplantısında, komitələrin iclasında diqqət mərkəzində oldumu? - Din və dövlət mövzusundan əvvəl həm Siyasi komitədə, həm Təhlükəsizliyin mülki ölçüsü komitəsində ciddi debatlar olmuşdu. Rusiya nümayəndə heyəti kəskin etiraz edirdi və bildirdi ki, Gürcüstan və Ukrayna NATO üzvü olmamalıdırlar. Mən çıxışa yazılmışdım və bu məsələyə də münasibətimizi açıqladım. Bildirdim ki, Rusiyanın belə tələb irəli sürməyə mənəvi haqqı yoxdur. Bunu deməklə Rusiyanın Ermənistanın müttəfiqi olması faktını qabartmaq istəyirdim. Orada əsas qarşıdurma da Rusiya nümayəndə heyətiylə gedirdi. Yəni digər NATO-ya üzv ölkələrin nümayəndə heyətləri Rusiyaya qarşı dayanmışdılar. Rusiya nümayəndə heyətinə Jinovski rəhbərlik edirdi. O da ənənəvi olaraq çılğın və sərt formada Rusiyanın mövqeyini bildirirdi. Deyirdi ki, NATO heç vaxt Ukryana və Rusiyanı öz sıralarına qəbul etməməlidir, Alyans Ukrayna və Gürcüstanı deyil, Rusiyanı seçməlidir. Çıxışımda vurğuladım ki, Rusiyanın belə tələbdə bulunmağa heç bir haqqı yoxdur. Sual etdim ki, Rusiya özü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaradanda qonşu dövlətlərin fikrini, yaxud sərhədi belə olmayan Ermənistnı ora daxil edəndə Azərbaycanın mövqeyini nəzərə alıbmı? Dedim ki, Rusiya Ermənistanda hərbi baza yaradıb. Azərbaycan dəfələrlə vurğulayıb ki, bu hərbi bazanın bölgədə saxlanmasına heç bir ehtiyac yoxdur. Belə olduğu halda Rusiya nümayəndə heyəti hansı mənəvi haqla deyir ki, biz heç kimin fikrini öyrənmirik, ehtiyacımız yoxdur, amma başqaları bizim fikrimizi öyrənməlidir. Çıxışımda qeyd etdim ki, ona görə də Rusiyanın Ukrayna və Gürcüstanla bağlı bu cür mövqeyi yanlışdır. İclasdan sonra Ukrayna və başqa ölkələrin nümayəndə heyətləri çıxışıma görə mənə təşəkkür edirdilər. Amma Gürcüstan nümayəndə heyəti ənənəsindən kənara çıxmadı. İslandiyadakı toplantıda da o zaman spiker postunu tutan Nino Burcanadze Rusiyanın Gürcüstanı soyuqda dondurmaq istədiyini söyləmişdi, amma deməmişdi ki, onları kim xilas etdi. Yaxud Nino Burcanadze bildirdi ki, Gürcüstandakı münaqişələrin həllinə Kosova variantı şamil oluna bilməz, amma Dağlıq Qarabağın adını çəkmirdi. Berlindəki toplantıda da yenə eyni mövqeyi təkrarladılar. Hesab edirəm ki, bu toplantıda biz öz sözümüzü dedik və Azərbaycanın maraqlarına uyğun bir mövqe sərgilədik. İran, Rusiya və Ermənistanla bağlı bəzi həqiqətələri də oradakıların nəzərinə çatdıra bildik. - Yeri gəlmişkən, bu günlərdə xarici iişlər nazirinin müavini Araz Əzimov deyib ki, NATO Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına öz töhvəsini vermir. Siz bu məsələyə necə yanaşırsınız? - Azərbaycan NATO-ya üzvlüklə bağlı fəaliyyətini artırmalıdır. Biz də Gürcüstan və Ukraynayla birgə NATO-ya üzv olmağa cəhd göstərməliyik. Ona görə ki, qardaş Türkiyəylə eyni hərbi-siyasi blokda olmalıyıq. Biz ermənilərlə eyni hərbi-siyasi blokda ola bilmərik ki?! Azərbaycanın ciddi müttəfiqlərə ehtiyacı var, ona görə ki, bizim Dağlıq Qarabağ problemimiz var. Bəyan edirik ki, yeri gəlsə, torpaqları hərb yoluyla azad edəcəyik. Torpaqlarını hərb yoluyla azad etmək istəyən ölkə də hər zaman özünə ciddi müttəfiqlər tapmalıdır. Bu baxımdan, Azərbaycan NATO üzvü olmalıdır. Azərbaycan NATO üzvü olarsa, sözsüz ki, NATO da öz töhvəsini verəcək. Xatırlayırsınızsa, İran Azərbaycanın hava məkanını pozanda NATO üzvü olan qardaş Türkiyənin təyyarələri gəlib güclərini nümayiş etdirdilər. Onlar sonra artıq İran çəkilib öz yerində oturdu. Bu da dolayısıyla NATO-nun töhvəsidir. Mən əminəm ki, NATO, ABŞ və Avropanın prinsipial mövqeyi, qorxusu olmasaydı, Rusiya, ya da İran işğal edərdi. Hazırda nə Rusiya, nə də İran Azərbaycanın müstəqilliyilə barışa bilmir. Yeri gəlmişkən, NATO PA-nın iclasının fasiləsi zamanı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Jirnovski deyirdi ki, onsuz da bizim belə çıxışlar etməyimizə cəmi bir il qalıb. Bir ildən sonra Rusiya yenidən MDB ölkələrini öz ətrafına yığacaq, köhnə sovet imperiyasını bərpa edəcək. Bu insanlar arxada yenə də eyni sözləri deyirlər və imperiya duyğularıyla yaşayırlar. xalqcebhesi qezeti
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
İran: Bəndər-Abbas hücumlarında 760 gəmi zədələnib, 12 nəfər ölüb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Akuiferlər sürətlə quruyur - İran rəsmisi
Avropa İrana görə 90 milyard itirdi
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
İranlı yüksək rütbəli din xadimi insanları hicabsız qadınlara qarşı mübarizəyə çağırıb
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Amnesty International: İran İslam Respublikası Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
İranın 62 həbsxanasında məhbuslar aclıq aksiyası keçirib
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Mahan Air İran–Türkiyə reyslərini növbəti xəbərdarlığa qədər dayandıracaq
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda alzheimerə yoluxanların sayı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb