SON XƏBƏRLƏR

Tramp prezidentliyə namizədliyini ikinci müddətə irəli sürməsinin tarixini açıqlayıb

2021.10.20, 07:36
Tramp prezidentliyə namizədliyini ikinci müddətə irəli sürməsinin tarixini açıqlayıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp özünün prezidentliyə ikinci dəfə namizədliyini irəli sürməsinin tarixini açıqlayıb.

 

"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

 

"Mən Florida ştatında, Orlandoda, birinci xanım Melaniya və vitse-prezident Mayk Pensin də iştirak edəcəyi görüş zamanı prezidentliyə ikinci müddətə namizədliyimi irəli sürdüyümü elan edəcəyəm", - deyə Tramp yazıb.

 

ABŞ lideri öz tərəfdarlarını bu tarixi görüşdə ona qoşulmağa çağırıb.

 

Görüş "Bizə Amerikanı yenidən böyük edək vədinə əməl etməyə kömək edin" şüarı ilə keçiriləcək.

 

ABŞ-da prezident seçkiləri 2020-ci ildə keçiriləcək.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar