SON XƏBƏRLƏR

SEPAH-a bağlı media Abbas Lisaniyə qarşı təxribat xarakterli materiallar yayır-VİDEO

2022.04.21, 12:05
SEPAH-a bağlı media Abbas Lisaniyə qarşı təxribat xarakterli materiallar yayır-VİDEO

Gunaz.tv

SEPAH-a bağlı media Abbas bəyi din düşməni kimi qələmə verməyə çalışır.

“Günaz TV Güney Azərbaycanın azadlıq səsini yayan televizyadır. Arzu edirəm ki, belə televiziyalar çox olsun” sözlərini Abbas Lisaninin xaricə bağlı olması və kənardan maliyyələşdirilməsi kimi təqdim edən “azəriha” qrupu ona müxtəlif böhtanlar səsləndirib.

Media orqanı GünazTV-də çıxış edən təhlilçinin fikirlərini təhrif edərək Abbas Lisaninin adına yazıb və bunu milli fəalın dinə qarşı düşmənçiliyi kimi təqdim edib.

Qeyd edək ki, “Mən islam dininə qarşı deyiləm, bizi farslarla birləşdirilən şiəliyə qarşıyam”-fikrini bir neçə il bundan öncə GünazTV-də çıxış edən siyasi fəal Yasəmən Qaraqoyunlu səsləndirib.

Lakinin onun sözləri Abbas Lisanini fikirləri kimi təbliğ olunur. 

 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar