Millət vəkillləri hicaba görə Pezeşkiana xəbərdarlıq etdilər
BƏƏ-nin ticarəti dayandırması İranın qalan iqtisadi dayaq nöqtələrindən birini təhdid edir
Tramp: İranın raket və dron istehsal etmək imkanları “çox aşağıdır”
ABŞ konqresmeni SEPAH-a zərbə endirməyə və İrana qarşı iqtisadi təzyiqi artırmağa çağırıb
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Yaşım artdıqca çox mətləbləri mahiyyəti ilə anlayıram. Nənəm rəhmətə gedəndə çox gənc idim. Və xatırlayıram ki, ölənə qədər yazıq qadın hər səhər yerindən duranda deyirdi ki, qərib Mövlud, canım Mövlud. Mövlud onun müharibəyə gedib qayıtmayan qardaşı idi. Qəribə idi ki, çox gənc yaşlarında dul qalıb dörd uşağını yetimçiliklə böyüdən nənəmin ən böyük ağrısı qardaşı idi. İndi anlayıram ki, qərib yerdə ölən, qəbrinin yeri də bilinməyən qardaş ona bütün dərdlərdən ağır gələn dərd idi... İndi bu gün 1941-ci ilin 22 iyun tarixini xatırlayanda fikirləşirəm ki, biz doğulanda müharibənin bitdiyindən çox vaxt keçməmişdi - cəmi 14-15 il. Nənəm ölənə qədər isə hər gün qardaşını xatırlayırdı. Qardaşı həmin müharibənin qurbanlarından idi. Valideynlərimizin uşaqlığı həmin o qanlı-qadalı aclıq illərinə təsadüf eləmişdi. Müharibə başlayan il mənim atamla anam 1-ci sinifə gediblər. Və mən, o müharibəni görməyən birisi onların xatirələrindən bunları sanki özüm yaşamış kimi hiss edirəm. Mənə elə gəlir ki, müharibə uşaqlarından biriyəm - taxıl biçən, dərz bağlayan, ayağı yalın, başı açıq, lampa işığında dərs oxuyan, ərini, qardaşını, oğlanlarını müharibəyə göndərmiş anaların oxşamalarına, ağısına qulaq asan, çörəyə tamarzı, qara kağızların naləsini eşidən... Biz bu söhbətlərə qulaq asa-asa böyümüşük. Bəzən ciddiyə almamışıq, zarafata salmışıq - uşaq olmuşuq. İndi valideynlərimizi itirəndə anlayıram ki, onların fiziki yoxluğu həm də müəyyən bir dövrün, tarixin, mənəviyyatın torpağa gömülməsidir. Çox təəssüf - anlayanda gec olur. Amma bir gün bizim də vaxtımız çatıb gedəndə bəşəriyyətin, tarixin gəlmiş-getmiş ən böyük və qanlı müharibəsinin canlı şahidləri ilə olan sonuncu bağlar da qırılacaq. Deməyin bizə nə. Azərbaycanda elə bir ailə tapılmaz ki, ona bu savaşın ağrısı, zərbəsi dəyməsin. Avropanın, Uzaq Şərqin düzlərində, meşələrində adsız-daşsız məzarlarda nə qədər nakam oğullar yatır. Dunayın, Dneprin dünya okeanına axan mavi suları ilə nə qədər oğlumuzun qırmızı qanı axıb. Bizə nə deməyin, onlar bir dövlətin vətəndaşlarıydı, bu dövlətin sərhədlərini, torpaqlarını, bayrağını qoruyurdular. İndi demək çox asandır ki, bolşevizmin faşizmdən fərqi nədir. Onlar vətəndaş idilər. Vətən uğrunda döyüşürdülər. Əmr verilmişdi, bu əmrə hər kəs tabe idi. Hər millətdən olanlar, hər zümrədən olanlar. Kimsə oğlunu müharibədən gizlədə bilməzdi. Ali Baş Komandandan tutmuş sıravi fəhləyə qədər. Bizə nə deməyin - biz bu müharibəyə gözümüzün nurunu vermişdik, ürəyimizin yağını vermişdik, hərarətini vermişdik. 2 milyon 400 min əhalisi olan balaca bir respublikanın 600 mini gedib, 400 mini həlak olub. Bu əslində elə soyqırım deməkdir. Millətin bütün kişilərinin məhv olması deməkdir. Bu müharibədə 11 min Azərbaycan qızı iştirak edib. Heç birinə də Sovet İttifaqı Qəhrəmanı adı verilməyib. Bizim xalqın zehniyyəti ilə qızın müharibəyə getməsi nə deməkdir, anlaya bilirsiniz? Qayıdandan sonra onları alan da olmadı. Məcbur olub başqa millətlərlə ailə qurdular. Bir-iki ayın gəlini olub ərsiz qalan qadınların faciəsini anlaya bilirsiniz? Bütün bunlar bizim xalqın taleyindən keçib. Bizə nə deməyin. Xüsusi bir məqam var ki, qeyd eləmək istəyirəm - müharibə dövründə ideoloji işin qurulmasından. Müharibə dedikdə yadınıza nə düşür? İlk öncə o məşhur plakat, sonra o dövrün mahnıları, filmlər, ədəbi nümunələr. Bütün bunlar o dərəcədə gözəl təşkil olunmuşdu ki, mən və mənim kimi müharibə görməyən bir nəsil savaş haqqında hər şeyi bildiyindən əmin idi. Hələ nəzərə alsaq ki, döyüşlər gedə-gedə bu təbliğat işi necə qurulmuşdu - agitbriqadalar gedib əsgərlər qarşısında çıxış edirdilər, yazıçılar cəbhə qəzetlərinin çıxmasına yardım edirdilər, arxada çıxan qəzetlər üçün yazılar göndərirdilər. Özü də güman eləməyək ki, onlar elə özxoşuna, öz keflərinə odun-alovun altına gedirdilər. Xeyr, partiya qərar vermişdisə, onlar buna tabe olmalı idilər. Əsgər bilməliydi ki, tək deyil - səngərdə də, arxada da onun və ailəsinin qayğısını çəkən var. Həmin dövrdə yaranan sənət nümunələri bu gün də sovet incəsənətinin klassikası sayılır və mən elə bir insan tanımıram ki, "Əsgər atası", "Durnalar uçur", "Əsgər haqqında ballada" və s. filmlərə mütəəssir olmadan baxsın. Simonovun "Jdi menya" şeirini riqqətsiz dinləsin. Erenburqun, Germanın cəbhə gündəliklərini həyəcansız oxusun. Eləcə də bizim ədəbiyyatımız. Əslində bu ədəbiyyat Berlinə gedən ağır, məşəqqətli yolu nə qədər, nə qədər qısaltmışdı. Müharibədə qələbəni yalnız silahla qazanmaq mümkün deyil. Ruhu olmayan bir ordu ilə uzağa getməyəcəksən. Öz sərhədlərin daxilində də bir qarış irəliləməyəcəksən. Biz niyə belə xırdalanmışıq? Qələmimiz bizi gözləyən həlledici döyüşə xidmət eləməliykən niyə bir-birimizlə döyüşməyə yönəlmişik? Çanaqqala zəfərinin 90 illiyi ərəfəsində Türkiyədə həmin dövrdə yazılmış əsgər məktublarını toplayıb kitab halında çap etdirdilər. Nə gözəl! Bizim pul töküb maklatura çap elətdirən, dahilik iddiasında olan cızmaqaraçılarımız da bəlkə Vətənə belə bir xeyir verəydilər, bizdə də belə bir iş görəydilər? Niyə bunları xatırladım? Böyük Vətən müharibəsi heç vaxt ordusu olmayan, silah tutmağı bacarmayan bir xalq üçün kişilik məktəbi oldu. Biz bu müharibədən professional hərbçi kadrlarla çıxdıq. Hərbçi kino-operator, jurnalistlərlə çıxdıq. Tankçı generalımız oldu - əsl general, əldəqayırma yox. Bu müharibə əslində bütün itkiləri ilə yenə də bizim xeyrimizə oldu. Necə ki Yaponiya atom partlayışından sonra böyük inkişaf yolu keçdi, biz də hər halda güllə atmağı, təyyarə sürməyi, tank idarə etməyi öyrəndik. Müharibə həm də irəliyə bir addım deməkdi. Bu müharibə həm də bizim müharibəmizdi. Uzun illər bu savaşı Böyük Vətən müharibəsi adlandırdıq. İndi 2-ci Dünya müharibəsi də deyirlər. Amma mən düşünürəm ki, əsl adı elə Böyük Vətən müharibəsidi. Biz həmin o böyük Vətənin vətəndaşlarıydıq. Amma illər keçdi, hər şey dəyişdi. lll Operatorumuz soruşur, gələn həftə Ordu günüdü, işləyəcəyik, ya yox? Təqvimə baxıram - qırmızı rəngdədi, deməli, iş günü deyil. Amma iş günü oldu-olmadı, gün hələ qırmızıya boyanmayıb. Fikir verirəm, bu günlər oğlu əsgərlik yaşına çatan valideynlər narahatdı. Hərə bir yolla övladını adı yaxşılığa çəkilən hərbi hissələrə saldırmaq üçün çalışır. Paytaxtdan uzaqlaşdıqca hərbi hissələrin də adının keyfiyyəti dəyişir. Necə deyərlər, gözdən uzaq, könüldən iraq. Deyək ki, çox yox, iyirmicə il əvvəl kimin ağlına gələrdi ki, Sovet dağılacaq. Dünyanın ən böyük və qüdrətli dövləti, ən döyüşkən ordunun sahibi. Amma dağıldı, içindən dağıldı. Yalanın üstündə qurulmuş hər şey dağılmağa məhkumdur. Dağıldı və müstəqil dövlətlər yarandı. Öz bayrağı, himni, gerbi, pulu və ordusu ilə. Bəzi dövlətlər üçün, məsələn, Ukrayna üçün, ordu yaratmaq çətinlik törətməli deyildi. Çünki Sovet Ordusunun yüksək rütbəli çinləri əksər hallarda ukraynalılardan ibarət idi. İndi də Rusiya ilə Ukrayna arasında ordunun, donanmanın, hərbi hava qüvvələrinin bölüşdürülməsi davam edir. Bizim üçün isə bu proses bir az ağır oldu. Tarix boyu nə mərkəzləşmiş dövləti, nə ordusu olmayan bir məmləkət üçün ordu quruculuğu ağrılı məsələdi. İndi fəxrlə deyirik ki, vaxtilə çar Nikolayın vaxtında milyonçular xərc çəkib bizim kişiləri əsgərlikdən saxlayıblar. Bəlkə də evimizi o vaxt yıxıblar. Bəlkə də elə o vaxtlardan silah tutmağı, uniformaya hörmət etməyi, zabit şərəfi anlayışını öyrənə bilərdik. Öyrənmiş olsaydıq başımıza bir bəla gələndə ağzımızı ayırıb hardansa yardım gözləməzdik. Neçə illər bundan əvvəl indi haqq dünyasında olan yaşlı bir qohumum mənə şahidi olduğu bir əhvalatı danışmışdı. 1918-ci ildə Türk ordusu bizim köməyimizə gələndə kəndlərə gedib yerli camaatı da səfərbər eləmək istəyirlər. Kişi danışırdı ki, Türk paşası kəndimizə yaxınlaşanda arvadlar bir vay-şivən saldılar, bir ağlaşma qurdular ki, biz kişilərimizi heç hara qoymarıq. Hərə öz oğlunu bir dəlikdə gizlətdi. Türk paşası da gəldiyinə peşman oldu... Paşa ürəyində nə fikirləşib deyə bilmərəm, amma əsgər olmağı bacarmayan millətin kişiləri qadın arxasında gizlənməyə məhkumdurlar. Bunlar ötdü, keçdi. Müharibədən sonrakı dinc quruculuq illərində bizim millət pul verib oğullarını o vaxt mövcud olan tikinti batalyonlarına, "stroybat"lara saldırırdılar. "Stroybat"da xidmət edən əsgər də silah tutmağı yox, bel tutmağı öyrənir. Bunun da nəticəsini 90-cı illərdə Qarabağ müharibəsi zamanında gördük. Bu gün müstəqil dövlətin vətəndaşlarıyıq. Oğullarımız da öz ordumuzda xidmət edirlər. Ancaq psixologiya dəyişməyib, Orduya sevgi yarada bilmirik. Paqona, uniformaya hörmət aşılaya bilmirik. Zabit, əsgər şərəfinin nə olduğunu anlada bilmirik. Səbəbləri də çoxdur. Ordunun 90 illiyi ərəfəsində belə qanqaraldan nəsnələrdən danışmaq istəmirəm. Təbliğat vasitələrinin ən böyük vəzifəsi orduya hörmət, hərb sənətinə maraq yaratmaqdır, əsgərə inam yaratmaqdır. Əgər belə etsək, bəlkə yaxın gələcəkdə oğlu əsgərlikdə olan analar narahatlıq yox, qürur hissi keçirəcəklər. Bax o vaxt əsl QIRMIZI GÜN gələcək. Yaşa, var ol, Azərbaycan Ordusu! Yaşa, var ol, Azərbaycan əsgəri! Millətin sınmış ruhuna sən çarə olmalısan! İradə TUNCAY [email protected]/* */ 525
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi