Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
Qondarma soyqırımı iddiaları 2008-ci ildə də bir çox ölkə parlamentinin gündəmində olub. 1915-ci il hadisələri və Bolqarıstan Qondarma soyqırımı iddiaları 2008-ci ildə də bir çox ölkə parlamentinin gündəmində olub. Erməni lobbisi bu il 1915-ci il hadisələri ilə bağlı Türkiyə əleyhinə qərar çıxarmaq üçün ABŞ, İsrail, İngiltərə və Bolqarıstan parlamentlərinə müxtəlif təzyiqlər etsə də, hələ ki öz istəklərinə nail ola bilməyib. Bolqarıstanda “soyqırımı” ilə bağlı əsas fəallığı ATAKA partiyası göstərir. 2005-ci il parlament seçkilərindən sonra ön plana çıxan bu partiya türklər başda olmaqla ölkədəki azsaylı xalqlara qarşı irqçi münasibət sərgiləyir. 24 aprelin “soyqırımı” qurbanlarının xatirəsi günü kimi qəbul edilməsi ilə bağlı qanun layihəsi ATAKA partiyasının sədri Volen Siderov tərəfindən parlamentə təqdim olunub. Lakin qanun layihəsi hökumət koalisiyasında yer alan və əsasən türklərdən təşkil olunmuş Hüquq və Azadlıqlar Partiyasının etirazı nəticəsində qəbul olunmayıb. 25 aprel 2007-ci ildə Milli Hərəkat Partiyasının erməni əsilli millət vəkili Rupen Kirkoryan parlament üzvlərini “soyqırımı” qurbanlarını birdəqiqəlik sükutla yad etməyə çağırıb. Parlamentin sədri Georgi Pirinski bu təklifi qəbul etdiyinə görə Hüquq və Azadlıqlar Partiyasından olan millət vəkilləri etiraz əlaməti olaraq iclası tərk ediblər. Bolqarıstanın 2007-ci ilin əvvəlindən Avropa Birliyinə üzv olmasına baxmayaraq, irqçi ATAKA Partiyası türklərə və Türkiyəyə qarşı düşmən münasibətini davam etdirir. Türklərə qarşı nifrət toxumu səpən ATAKA-nın erməni daşnakları ilə əlaqələrindən bəhs edən məlumatlara mətbuatda da tez-tez rast gəlmək olur. ATAKA Partiyası tərəfindən irəli sürülən qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi 27 mart tarixində parlamentdə müzakirə olunub və 174 millət vəkilinin iştirak etdiyi iclasda 55 millət vəkili layihənin lehinə, 79-u əleyhinə səs verib, 40 millət vəkili isə məsələyə münasibət bildirməyib. Nəticədə qanun layihəsi qəbul olunmayıb. ATAKA Partiyası artıq üçüncü dəfədir ki, bu cür layihəni parlamentin müzakirəsinə təqdim edir. Bəzi sosialist partiyalar bu layihənin tarixi həqiqətləri əks etdirmədiyini və bunun türklərə qarşı olan nifrətdən doğduğunu bildiriblər. ATAKA Partiyasından verilən açıqlamada bildirilir ki, rədd edilən qanun layihəsi yaxın günlərdə yenidən parlamentin müzakirəsinə təqdim olunacaq. Bu açıqlama isə onu göstərir ki, yaxın günlərdə türk-bolqar münasibətləri yenidən gərginləşə bilər. 17 apreldə Bolqarıstanın Rusçuk şəhərinin Bələdiyyə Məclisi qondarma erməni soyqırımını tanıyan qərar qəbul edib. Bu isə mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub. Hüquq və Azadlıqlar Partiyasının Rusçuk nümayəndələri və bələdiyyə başqanı qərarla bağlı yerli məhkəməyə müraciət ediblər. Lakin yerli məhkəmə qərarın hüquqi baxımdan problem yaratmadığını və heç bir təsir gücünün olmadığını əsas gətirərək, iddianı rədd edib. Rusçuk Şəhər Məclisinin qərarından sonra başqa şəhərlərin də oxşar qərar çıxarmaq ehtimalı artıb. Keçmişdə Bolqarıstanda türklərin assimilyasiya olunması və bir vaxtlar PKK terror təşkilatının bu ölkədə yerləşməsinə göz yumulması uzun illər iki ölkə arasında ciddi problemlərin yaşanmasına səbəb olub. Lakin 1990-cı ildən sonra əksər problemlərin ortadan qalxması ilə türk-bolqar münasibətləri də normallaşmağa başlayıb. İsrail parlamenti və 1915-ci il hadisələri “Erməni problemi”, ya da “1915-ci il hadisələri” adlandırılan məsələ müxtəlif ölkələrin parlamentlərində tez-tez müzakirə olunmaqdadır. Bu günə qədər 19 ölkənin parlamenti bu “hadisələri” soyqırımı olaraq tanıyıb. Xüsusən, “24 aprel” ərəfəsində ermənilər qondarma soyqırımı iddialarını müxtəlif ölkələrin mətbuatında və parlamentlərində gündəmə gətirirlər. İsrail parlamenti - Knessetdə də bu günə kimi “soyqırımı” iddiaları dəfələrlə gündəmə gətirilib. Lakin Knesset Türkiyə ilə münasibətlərə xələl gətirməmək üçün bu məsələ ilə əlaqədar qərar qəbul etməyib. Bu il İsrail parlamentinə Mertez Partiyasının sədri Haim Oron tərəfindən 1915-ci il hadisələrinin “soyqırımı” kimi tanınması ilə bağlı təklif verilib. Hökumətin etiraz etmədiyi bu təklif müvafiq komissiyada müzakirə edilərək, 12 səslə parlamentin gündəliyinə salınıb. Hökumətin bu məsələdə tutduğu mövqe rəsmi münasibət kimi qiymətləndirilməsə də, hadisələrin bu cür inkişafı erməni lobbisinin xeyrinə işləyir. 2007-ci ildə də parlamentə bu mövzuda təklif verən H. Oron bildirib ki, yəhudi xalqını təmsil edən Knessetin vəzifəsi “erməni soyqırımı”nı tanımaqdır. Bu təklifdən sonra H. Oron erməni lobbisinin böyük rəğbətini qazanıb. Amma buna baxmayaraq, ehtimal olunur ki, qondarma soyqırımı məsələsinin Qərb dövlətləri və ABŞ parlamentində müzakirə edilməsinə qarşı çıxan yəhudi lobbisi, bu dəfə Türkiyə ilə münasibətlərə xələl gətirəcək qərarın parlamentdə qəbul edilməməsi üçün öz parlamentlərinə təsir edəcək. Knessetin keçən illərdən fərqli olaraq, bu il H. Oronun təklifini müzakirəyə çıxarmasını iki məsələ ilə əlaqələndirmək olar. Birincisi, Türkiyənin Fələstin məsələsində tutduğu mövqe, xüsusən də, İsrailin Qəzzaya qarşı həyata keçirdiyi əməliyyatların fələstinlilər tərəfindən soyqırımı elan edildiyi bir vaxtda Baş nazir Rəcəb Tayyib Ərdoğanın bu əməliyyatları dövlət terroru adlandırması. İkincisi isə, ABŞ Konqresinin qondarma erməni soyqırımı haqqındakı qərar layihəsinin Amerika yəhudiləri arasında fikir ayrılığı yaratmasıdır. İstər İsrail dövləti, istərsə də yəhudi diasporu bu günə qədər 1915-ci il hadisələrini Türkiyə-Ermənistan arasındakı siyasi bir məsələ kimi qəbul edib, bunu həssas bir mövzu olaraq qəbul etdiklərindən məsələ ilə bağlı hər hansı münasibət bildirməməyə çalışıblar. İsrail parlamentinin bu dəfə 1915-ci il hadisələrinin müzakirəsini rədd etməyərək gündəliyinə salması Türkiyə baxımından xoşagəlməz hal kimi dəyərləndirilməlidir. Ancaq İsrailin Türkiyə ilə münasibətlərini pozmaq bahasına olsa da “erməni problemi” mövzusunda ciddi siyasi qərarlar qəbul edəcəyi inandırıcı görünmür. Bu baxımdan hökumətin Knessetin qərar qəbul etməsinə mane olacağını söyləmək olar. Mənbə: Avrasiya Strateji Araşdırmalar Mərkəzi (www. asam.org.tr) zaman
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var