İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi- Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
Əlyar Səfərli: "İran insanlarımızın beynini zəhərləyir, milli ideologiyamıza qarşı mübarizə aparır" İran İslam Respublikasının Azərbaycana qarşı müxtəlif təxribatlar aparması narahatlıq doğuran məsələlərdəndir. Daha çox ideoloji təbliğata həvəs göstərən İran casusları fəaliyyətlərini bu gün də usanmadan davam etdirir. Azərbaycanın İrandakı sabiq səfiri Əlyar Səfərli İranın öz mürtəce siyasətini təbliğ etmək üçün hansı üsullardan istifadə etməsindən danışıb. Arxasında siyasi məqsədlər gizlənən bu oyunlara qarşı mübarizəni gücləndirməyin vacibliyindən söhbət açıb. -Əlyar müəllim, İranın Azərbaycana qarşı apardığı təxribatlar gündən-günə güclənir. -İran İslam Respublikasının Azərbaycana qarşı münasibəti çox qəliz və anlaşılmazdır. İran ölkəmizin içərisinə daxil olur və bütün məsələlərə müdaxilə edir. Xüsusilə, ideologiya sahəsində aparılan işlərə baxsaq, vəziyyət heç də xoşagələn deyil. Panfarsizm ideologiyasını Azərbaycana yeridən İran burada islam inqilabı üçün zəmin yaradır. Çünki bu ideyalar islam dini adı altında yeridilir. Əslində, İran dinə səmimi bir dövlət deyil. Azərbaycanda isə dinə səmimi münasibət çox önəmlidir. Bizim babalarımız illər boyu islam dini uğrunda təbliğat aparıb və bu yolda şəhidlər verib. Bu gün də biz islam dinini təbliğ etməyə çalışırıq. Amma əsaslı şəkildə deyil. Ona görə də İranın casusları gəlib bizim məscidlərimizdə islamla bağlı tamamilə yanlış siyasət yürüdür. Bəzən nəinki Bakıda, hətta bölgələrdəki məscidlərdə də çıxış edən mollalar dinimizlə bağlı məlumat vermirlər. Onlar İranı təbliğ etməklə məşğul olurlar. Nəyə görə Azərbaycanda dinlə məşğul olan qurumlar bu vəziyyətə nəzarət etmirğ Əvvəllər şahidi olmuşdum ki, bəzi məscidlərdə Xomeyninin şəklini saxlayırlar. Onun əsərləri mürtəce təbliğatın inikasıdır. Bir dəfə onun əsərlərini evində saxlayan kəndlilərdən birindən bunun səbəbini soruşdum. O, bunun səbəbini izah edə bilmədi. Onlara dedim ki, o zaman Leninin, Marksın da əsərlərini evinizdə saxlayın. Son dövrlərdə Azərbaycanda xomneynizm özünü bütün sahələrdə göstərir. "İmdad" cəmiyyəti guya 250 min ailəyə yardım edir. əslində, isə onlar bu ad altında öz zəhərli ideyalarını həmin insanların beyninə yeridirlər. Bu insanlar öz evlərində Xomneyninin şəklini asırlar. Bu ideolgiya ilə yanaşı, böyük bir təxribatın zəminidir. Bu ailələr sanki "İmdad" cəmiyyətinin ordusudur. Onlar cüzi yardım müqabilində yoldan çıxarılır. Bu ailələrin üzvləri İranın fanatiklərinə çevrilib. -Bu proseslərin qarşısını almaq üçün nə etmək lazımdır? -Məscidlərdə moizə oxuyan bütün mollalar ciddi şəkildə imtahandan keçməlidir. Bizim mollalar məscidlərdə, müxtəlif dini mərasimlərdə, yas yerlərində Azərbaycan şeirinə, sənətinə, kitablarına, tarixinə, dövlətçilik maraqlarımına demək olar ki, heç əhəmiyyət vermir. Onların dilinin əzbəri Sədi, Hafiz, Xomneyni olur. Bu hara aparıb çıxaracaqğ Nə üçün dövlət səviyyəsində bu məsələlərə ciddi yanaşılmırğ Xomeynizm təkcə bununla kifayətlənmir. Aldığım məlumatlara görə, Azərbaycanın müəyyən bölgələrində xomeynizmin gənclər təşkilatı yaradılır. Bu bilirsiniz nə deməkdirğ İranın Azərbaycanda belə işlər görməyə nə haqqı varğ İnsanların beynini zəhərləyir və milli ideologiyamıza qarşı mübarizə aparır. Azərbaycanın bu günü və gələcəyi sual altında qalır. Gənclərin belə təşkilatlarda fəaliyyət göstərməsi ağlasığmazdır. Buna qarşı ciddi şəkildə mübarizə aparmalıyıq. Məsələ yalnız bununla bitmir. İranın təbliğatı bizim elm və təhsil müəssisələrinə də müdaxilə edir. Bir sıra universitetlərdə İran zalları yaradılıb. Bunlar əslində, Azərbaycana qarşı müəyyən struktur qurumlardır. Azərbaycan da gedib İranda bir zal yaratsın. Bunu etmək olmaz. Bu zallarda İranı təbliğ edən əsərlər qoyulur. Bu zallar müxtəlif fakultələrdə, elmi-tədqiqat müəssisələrində fəal şəkildə özünü göstərir. İran casusları eyni zamanda, bizim orta və ali məktəb dərsliklərimizə qarşı da təxribat aparır. Bəzi dərsliklərimizdə ədəbiyyatımız, dilimiz, tariximiz təhrif olunur. Bu nəşrlərdə İran marağı özünü qabarıq şəkildə göstərir. Biz bu məsələləri gizlədə bilmərik. 2006-cı ilin avqustunda Tehranda, Xarici İşlər Nazirliyində Azərbaycan dərslikləri müzakirədən keçirilib. Biz Bakıda Quran dərslərini müzakirə etmirik. İran dərsliklərində Azərbaycana qarşı mürtəce təbliğat aparılır. Amma biz buna qətiyyən münasibət bildirmirik. Amma İran Azərbaycan dərsliklərini aradan qaldırmaq üçün külli miqdarda vəsait xərcləyir. Doğrudan da, həmin ildən başlayaraq, 9-cu sinif ədəbiyyat dərsliyi aradan qaldırıldı. Orta məktəb müəllimləri bu dərsliyin yenidən nəşr olunmasının vacibliyindən danışırdı. Azərbaycan Təhsil Nazirliyi isə buna imkan vermir. həmin dərslik müsabiqədə birinci yeri tutmuşdu. Alternativ dərsliklər yaradılmalı və orta məktəblərdə istifadə edilməlidir. Bu gün Azərbaycan xəritəsi bizim əlimizdə yoxdur. Bir sıra elmi-tədqiqat institutlarında Güneylə, bütöv Azərbaycanla bağlı tematik planlar demək olar ki, yoxdur. İnstitutlarda Güney Azərbaycan şöbələri yoxdur. Dünyada 50-60 milyon Azərbaycan türkü yaşayır. Bu xalqın ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında kim tədqiqat aparacaqğ Bunun üçün kadr siyasəti aparmaq lazımdır. Bu gün Güneyi araşdıran mütəxəssislərə ehtiyac var. Güneylə Quzey arasında mənəvi körpü yaratmaq üçün elmi tədqiqat planlarına bir daha nəzər yetirməliyik. Biz hələ ki, bütöv Azərbaycanın tarixini, folklorunu, dialekt və şivələrini, memarlıq abidələrini lazımınca öyrənmirik. İranda Azərbaycanla bağlı əsərlər yaya bilmirik. Bakıda və bölgələrdə isə İran kitabları geniş şəkildə yayılır. Bakıda "Əl-hudə" adlı kitab mağazası var. Burada İran kitabları təbliğ olunur. Mağazada olan əsərlərin əksəriyyəti Azərbaycana qarşı əks ruhda yazılıb. Eyni zamanda, bu mağazadakı kitablar cəhaləti, xurafatı, fanatizmi xalqın beyninə yeridir. Hətta belə kitabları insanlara hədiyyələrlə verirlər. Azərbaycan haqqında olan kitablar Qum şəhərində çağdaş Azərbaycan əlifbası ilə nəşr olunur və onların minlərlə nüsxələri Azərbaycana gətirilir. Heç olmasa, bu kitabların keçirilməsinə imkan vermək olmaz. Bizim təhsil sahəmizdə fars dili elə bil ki, ikinci bir dilə çevrilib. Biz nə üçün fars dilini öyrənməliyikğ Farslar açıq şəkildə bildirirlər ki, Azərbaycan-türk dili ölü dildir. Bizim orta və ali məktəblərdə isə fars dili tədris olunur. İrandan gətirilən fars dili dərslikləri bizdə tədris olunmaqdadır. Bəzi məmurların İranla biznes əlaqələri var və buna görə də onlar öz maraqlarını daha üstün tutur. Fars tarixi, dili tədris olunur. Bəs Güneyin tarixi niyə öyrənilmirğ Güney Azərbaycan haqqında ayrıca bir fənn ortaya qoymaq lazımdır. Professorlar belə, Güneyin əvvəlinci və sonuncu nöqtələri haqqında söz deyə bilmir. Bu məsələlərə ciddi yanaşmaq lazımdır. Azərbaycanşünaslıq elmi bütöv xarakter daşımır. Biz bütöv Azərbaycanı elmi şəkildə öyrənməliyik. Elm siyasətə qurban verilməməlidir. -Azərbaycana gələn iranlıların bizim qayda-qanuna riayət etməsinə nail olmaq mümkündürmü? -Biz hər yerdə öz ənənəmizi, qayda-qanunumuzu qorumalı və ona hörmətlə yanaşmalıyıq. Azərbaycan xanımları İrana gedəndə başlarını bağlayır, manto geyinir və özlərini İran qadınları kimi aparır. İrandan gələnlər isə öz qayda-qanunlarını saxlayır. Biz onlardan tələb etməliyik ki, bizim qaydalara hörmətlə yanaşsınlar. İrandan gələn çadralı qadınlar bizim xanımları təsir altına salır. İran belə qadınları qəsdən Azərbaycana göndərir. Biz bu məsələyə münasibətimizi bildirməliyik. Hətta bizim mollalarımız İran geyimləri geyinir, onlar kimi danışır. Azərbaycan mollası öz geyimi, davranışı, xarakteri və məfkurəsi ilə seçilməlidir. Yenə də qeyd edim ki, rəsmi ruhani idarələr buna saymazyana münasibət bəsləyir. Bizim babalarımız həmişə İran ədəbiyyat və tarixinə xidmət göstərib. Amma fars min il ərzində Azərbaycan-türk ədəbiyyatına, tarixinə qətiyyən xidmət etməyib. Min il ərzində bizim bir çox şairlərimiz fars dilində qələm çalıb. Amma fars şairləri heç vaxt bizim dilimizdə şeir yazmayıb. Bəhs etdiyim dövrlərdə qılınc türkün əlində, qələm isə farsın əlində olub. Tükün qılıncı sona çatdı, amma farsın qələmi bu gün də işləyir. Biz bunu nəzərə almalıyıq. İranın bizim təhsilə müdaxiləsinin əsasında siyasi amillər var. Biz isə buna biganə yanaşırıq. -Güneydə ana dili uğrunda aparılan, amma nəticəsi hələ də görünməyən mübarizə haqqında nə deyə bilərsiniz? -Güneydə 40 milyonluq xalqın dili təhqir olunur. Onların dili dövlət, təhsil və elm dili sayılmır. Bir xalqın dili təhsil dili sayılmırsa, demək aparılan siyasətin əsasında bu xalqı yox etmək durur. İran rejimi türkün öz dilini unutmasına çalışır. Amma İran rejimi bilməlidir ki, güneylilər heç vaxt manqurt bir kütləyə çevrilməyəcək. Fars məktəbləri Azərbaycan uşaqlarını farslaşdırır. Onların milli qüruruna yasaq qoyur. Azərbaycan balaları Sədini, hafizi öyrənir, amma onların milli ədəbiyyatdan xəbəri yoxdur. Hətta mənim də iştirak etdiyim bir simpoziumda Kərimi adlı bir nəfər dedi ki, Azərbaycan dili ölü vəziyyətdə olan dildir. Ona görə bu dil əhəmiyyətsizdir. Hətta onlara deyildi ki, fars dilində olan məruzələri başa düşmədik, tərcümə etmək lazımdır. Panfarsist alimlər cavab verdi ki, məruzələri türk dilinə tərcümə etmək lazım deyil. Zəhmət çəkin fars dilini öyrənin. İran şovinizmi dəhşətli şəkildə özünü göstərir. İran şovinizminə qarşı əks təsir də özünü göstərir. Güneyli soydaşlarımız yaşadığı evdə, kənddə, şəhərdə doğma dilini saxlayır. Bu dili ruhunda yaşadır. Onların milli məktəbləri ailələridir. Ata-ana uşaqların müəllimidir. Dünyanın heç bir ölkəsində bir xalqın ana dilinə qarşı dövlət səviyyəsində yasaq qoyulmasına rast gəlmək olmaz. Bu mürtəce siyasət davam etməyəcək. Azərbaycan türklərinin siyasi şüuru lazımi səviyyədədir. Buna görə də ana dili uğrunda mübarizə aparılacaq. Ana dilində məktəb olmadan, milli məktəb ola bilməz. Milyonlarla güneyli soydaşlarımız fars məktəblərinə nifrət edir. İranda müxtəlif idarələrə müraciət edən soydaşlarımızın ana dilində ərizələri belə qəbul olunmur. Hətta şifahi şəkildə belə danışanda onlara cavab verilmir. Biz Güneyin simasında hər şeyi başa düşməliyik. Azərbaycanda İranın bu təxribatlarına, Azərbaycanın milli maraqlarına lazımi səviyyədə önəm verilmir. İranın xarici kəşfiyyatına, təxribatına, ideoloji casuslarına qarşı hər gün mübarizə aparmalıyıq. Aygün/olaylar/ butovaz
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi