Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
Nizami Cəfərov: "Türk xalqlarının birliyini Güney Azərbaycansız təsəvvür edə bilmirik" Millət vəkili Nizami Cəfərovla müsahibəni davam etdirirk (Əvvəli ötən sayımızda) -Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı münasibətlərin inkişafına keçmiş "böyük qardaş"ın təsiri özünü hansı səviyyədə göstərir? -Əlbəttə, Rusiyanın təsiri həmişə var. Türk dünyasının birləşməsi üçün Rusiya təbii və tarixi bir maneədir. Rusiya ilə yanaşı, o qədər böyük gücü olmasa da, İran da eynilə belə maneədir. Rusiyanın tərkibində hələ də Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Rusiyanın hər tərəfinə yayılan tatarlar və onlarla belə türk xalqları var. Türk dünyasının birliyindən danışanda birinci mərhələdə altı müstəqil türk dövləti nəzərdə tutulur. Altı müstəqil dövlətin birliyi artıq Rusiya üçün istər-istəməz təhlükə yaradır. Çünki bu birlikdən sonra Rusiyada olan yarım müstəqil türk xalqları bu birliyə qoşulacaq. Bu artıq Rusiyanın yenidən dağılması deməkdir. Bunun ardınca daha azsaylı türk xalqları gələcək ki, bu artıq Rusiyanın daxilinə qədər yenidən qurulması deməkdir. Bu təbii ki, Rusiyanın maraqlarına ziddir və buna qarşı istər-istəməz mübarizə aparmalıdır. Türk xalqlarının birliyini Güney Azərbaycansız təsəvvür edə bilmərik. Siyasi birlik bir tərəfə, amma real birlik gələcək ki, bu da İran üçün müəyyən problem yaradır. Eləcə də İraq, Əfqanıstan, Çin, eləcə də Avropada da türklər yaşadığından bu ölkələr üçün müəyyən problemlər yarana bilər. Bu birlik istər-istəməz regionu yenidən qurmalı olacaq. Bu dövlətlər də bunu əvvəlcədən gördükləri üçün ilk addımları belə qəbul etməkdə çətinlik çəkirlər. Amma bu onların qəbul etməsindən asılı deyil. Əgər dünyada xalqlar və dövlətlər arasında münasibətlər beynəlxalq prinsiplərə uyğun olacaqsa, böyük güclərin diktə etməsi tədricən aradan qalxacaqsa, o zaman bu məsələyə də obyektiv baxmaq lazım gələcək. -Azərbaycan-Türkiyə və Ermənistan münasibətlərini araşdıran yeni bir fond fəaliyyətə başlayıb. Fondda digər türk dövlətlərinin nümayəndələri də təmsil olunacaqmı və erməni problemindən başqa daha hansı məsələlərin araşdırılması nəzərdə tutulub? -Hələlik söhbət ancaq erməni iddialarının qarşısının alınmasından gedir. Bunun üçün müəyyən işlər də gedir. Fondun vəzifəsi bu işləri həm koordinasiya etmək, həm də gücün hara qoyulması, ciddi olan məqamların gözlənilməsi, ermənilərin hərəkətlərinin nəzarətdə saxlanılması, ümumiyyətlə ermənilərin dünyanı cana doydurmuş hərəkətlərinin bir daha təzahür etməməsi üçün lazımi tədbirlərin görülməsindən ibarətdir. Fond çalışacaq ki, görülən işlər beynəlxalq səviyyədə olsun. Ermənilərin özləri bu dəqiqə çox pis vəziyyətdədir. Onların ancaq iddiaları qalıb. Biz zaman-zaman müəyyənləşmiş iddialar torundan çıxmaq istəyirik. Bunun üçün də dünyanın parlamentlərində, həm elmi mərkəzlərində, həm də dünyanı idarə edən qüvvələr konteksində ciddi işlər görülməlidir. Biz bu işləri bəzən sadəcə müəyyən impulslarla aparırıq. Fond problemin çox uzaq olmayan tam həllinə qədər fəaliyyət göstərəcək. Fond Bakıda fəaliyyət göstərir. Amma bizim birinci fəaliyyət miqyasımız türk dünyası, ikinci isə beynəlxalq aləmdir. Hansı ölkədə erməni iddiasının ortaya çıxdığını bilsək, həmin nöqtəni vurmalıyıq. Çünki erməni toxumu elə şeydir ki, hara düşsə, problem yaradacaq. Demirəm ki, erməni xalqının, erməni iddialarının kökünü kəsmək lazımdır. Ermənilərin iddiaları yalnız iddia qaldırılan dövlətlərə deyil, onların özlərinə də problem yaradır. -Vaxtilə Azərbaycanda güclü dövlətlər yaradılıb. Amma bu dövlətlərin tarixi ilə bağlı heç nə yazılmayıb. İran kimi dövlətlər bu tarixi öz adlarına çıxır. Türkiyə tərəfindən yazılan tarixdə də Azərbaycanda yaradılan dövlətlərlə bağlı məlumatlar verilməyib. Hazırda tarixin olduğu kimi yazılması istiqamətində hansı işlər aparılır? -Bizim kifayət qədər böyük tarixçilik təfəkkürümüz var. Və bu bizdə həmişə olub. Daha çox tarixi yaratmaqla məşğul olduğumuza görə tarixi yazmağa o qədər fikir verməmişik. Tarixi təfəkkürü olmayan bir xalqın bu qədər çox imperiya və dövlətləri ola bilməzdi. Qədim dövrlərdə tarixi daha çox ruhanilər yazırdılar. Orta əsrlərdə də bu ənənə var idi. Yəni tarix birinci növbədə kilsələrdə yazılırdı. Xristianlığın təbiəti belədir ki, onlar tarixi yaratmaqdan çox onu mənimsəməyə çalışır. Dünyanın bir çox dinlərində də vəziyyət belədir. İslam dinində isə həddən artıq modelləşdirmə olub. Ümumən müsəlman tarixinin yazılmasına meyl olub. Türklər Xl-Xll-ci əsrlərdən sonra islamın bayrağını ən çox yüksəldən millət olub. Tarixlər də yazılıb, amma çox zaman bir hökmdarın, sülalənin tarixi yazılıb. Tarixi ümumiləşdirmək və onun təfsilatına varmaq gərək bir yerdə aparılsın. Bu məsələdə bizim zəifliyimiz olub. Amma təbiidir ki, tarixi təfəkürümüzü təşkil edən normal tarixin yazılması XlX əsrin sonu XX əsrin əvvəllərindən başlanır. Tarixçilik təfəkkürümüzün paradoksları da o vaxt meydana çıxıb. Biz tariximizi çox böyük problemlərlə müşayiət olunan müasirləşmə dövründə yazmağa başladıq. O zaman artıq tariximizi müəyyən qədər unutmuşduq. Azərbaycanın ensiklopediyası olan "Dədə Qorqud" dastanını biz yaddaşımızda 30-40-cı illərdə bərpa etməyə başladıq və o zaman da təzyiqlərə məruz qaldıq. Nəhayət, 70-80-ci illərdə müəyyən qədər bərpa etdik. Yalnız müstəqilik dövründə biz onu kütləvi şəkildə dərk etməyə başladıq. Təsəvvür edin ki, sənin qədim və orta əsrlər müəyyənləşmiş tarixi şüurunu bir də XX əsrin sonlarında bərpa edirsən. AMEA-nın buraxdığı yeddi cildlik Azərbaycan tarixi bizim son nailiyyətlərimizdən biridir. Amma o kitabların mənbələri xeyli dərəcədə qeyri-milli mənbələrdir. Qeyri-milli mənbələrə istinadən də millətin tarixini yazanda istər-istəməz problemlər ortaya çıxacaq. Bizim tarix təfəkkürümüzün ən mühüm problemlərindən biri də ortaq türk tarixinin zəif dərk olunmasıdır. Azərbaycanlılar çalışır ki, öz tarixlərini Azərbaycanda qədimləşdirsinlər, Özbəklər Özbəkistanda və s. Bu ənənə müəyyən qədər Türkiyədə də olub. Axı bir halda ki, biz eyni dədə-babanın övladlarıyıq, bizim tariximiz müəyyən dövrlərdə ümumi olmalıdır. Biz Mannada türklərin yaşayıb-yaşamamasının mübahisəsinə qalxmaqla ümumi tarix təfəkkürümüzü unuduruq. Çox zaman bizim enerjimiz belə mənasız şeylərə gedir. Qədim tarixi lazımi coğrafi miqyası ilə götürəndə bu məsələlər həll olunur. Nəinki hər bir türk xalqı özünə bir tarix uydura. Məlumdur ki, türk xalqları son olaraq orta əsrlərin sonlarında ayrılıblar. Amma bir də görürsən ki, bizim tarixçilərimizdən biri deyir ki, Azərbaycan xalqı eramızdan əvvəl ikinci minillikdə əmələ gəlib. Bu artıq xalqlarımızı parçalamaq oldu. Elə bil ki, bir ailənin tarixini yazmaq fikrində olursan. Amma burada atanın, ananın, nənənin və s. tarixini ayrı-ayrı yazırsan. Belə ümumi tarix olmaz. Bizim ən böyük problemimiz ümumtürk tarixini lazımi şəkildə yazmaqdır. Bu tarix hara kimi gedir, burada parçalanmalar necə gedir. Biz hara kimi biriksə, orda tariximiz də bir olmalıdır. Təbii ki, ayrı olanda tariximiz də ayrı olacaq. Orada da əlaqələrin sıxlığı elədir ki, biz o tariximizin ümumiliyini bu günə kimi gətirib çıxara bilərik. -Oxucularımız, tələbələrimz türk xalqlarının tarixi ilə bağlı yetərli mənbələrin olmadığını, məlumat almaqda çətinlik çəkdiklərini bildirirlər. Bu gün bu problem nə dərəcədə var? -Düz deyirlər. Bu da bizim günahımızdır. Mən "Türk xalqları ədəbiyyatı" adlı dörd cildlik kitab hazırladım, ümumtürk ədəbiyyatı, dili, türk dillərinin tarixinə aid bir sıra məqalələr yazmışam. Məndən daha az yazanlar da, çox yazanlar da olub. Görünür, bu hələ azdır. Biz daha çox yazmalıyıq. Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və yaxud Özbəkistanda oturub yazmamalıyıq. Biz bu tarixləri birgə yazmalıyıq. Bu mənada müxtəlif türk xalqlarından olan mütəxəssislərin özündə də bir təfəkkür ümumiliyi əmələ gəlməlidir. Yoxsa biz istənilən istiqamətdə tarixlə bağlı ayrı-ayrı yazsaq, yenə də fərqliliklər ortaya çıxacaq. Artıq bundan sonra ümumtürk tarixii ilə əlaqədar konfranslar, müşavirələr keçirilməlidir. Bizim ortaq dərsliklərimiz olmalıdır ki, gənclərimiz türk dünyasının müxtəlif yerlərində ümumi bir tarixə yiyələnsinlər. Onsuz da bu tarix ümumidir. Hər şey inteqrasiyanın gedişindən asılıdır. Türk dünyası nə dərəcədə inteqrasiya olunacaqsa, bu tarixə baxışda da o dərəcədə müşahidə olunacaq. Əslində, tarixə baxış müasir dövrün siyasətinin, ideologiyasının, düşüncə tərzinin daim nəzarəti altındadır. Bu gün sənin təfəkkürün parçalanmış vəziyyətdədirsə, bu cür təfəkkür tarixə doğru baxa bilməz. Çalışacaq ki, parçalasın. Odur ki, bu inteqrasiya-birləşdirici təfəkkür təbiəti yalnız tarixdən bu günə gəlməməlidir, həm də bu gündən tarixə getməlidir. -Hazırda ortaq türk dilinin türk dünyasında yayılması, inkişafı istiqamətində hansı işlər görülür? -Biz bu məsələni türk dünyası ilə əlaqədar olan istənilən tədbirlərdə yada salırıq. Qurultaylardan başlamış mütəxəssislərin ən adi görüşlərinə qədər bu məsələ ətrafında müzakirələr aparılır. Mənə elə gəlir ki, bu məsələdə artıq müəyyənlik yaranıb. Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsi rolunu oynamağa başlayıb. Gərək burada heç kim süni bir dil yaratmaq iddiasına düşməsin. Bu mənada Türkiyə türkcəsi müxtəlif səbəblərə görə bu funksiyanı artıq yerinə yetirir. Proses gedir. Azərbaycandan sonra Özbəkistan da paralellik olsa da, latın əlifbasına keçib. Digər türk dövlətlərində də bu istiqamətdə ciddi işlər gedir. Yazı inteqrasiyası prosesi də gedir. Bu qaçılmaz bir prosesdir. Ortaq televiziya, türk dövlətlərinin parlament assambleyası yaranacaq və buna kömək edəcək. Əslində biz nə qədər çox bir yerdə ola biləriksə, o qədər çox da bizim ortaq ünsiyyətə ehtiyacımız olacaq. O ehtiyac da istər-istəməz Türkiyə türkcəsini yayacaq. Türkiyə türkcəsi özü də bu prosesdə təkmilləşəcək. Bu yolla da Türkiyə türkcəsi bizim hamımızın dil təfəkkürümüzü ifadə edən bir beynəlxalq dil olacaq. Biz VI Türk dili olimpiadasında olduq və dünyanın yüzdən artıq ölkəsindən olan gənclərin burada yarışmasını izlədik. Bu artıq türk dilinin bir dünya dili olması deməkdir. Bu dilin dünya dili olması üçün tələblər də çoxdur. Türk xalqları həmişə bu dünyada harmoniya axtaran olub. Həmişə dünya xalqlarını ortaq ünsiyyətə gətirə bilən olublar. Dünyaya açıq olublar. Müxtəlif dilləri öyrənmişik, mədəniyyətləri qəbul etmişik. Düşünürəm ki, bundan sonra da dünya bizi lazımi səviyyədə qəbul etməlidir. Aygün olaylar
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır