İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Azərbaycanlı fəal Təbriz həbsxanasına köçürülüb
Üç şəhərdə daha 7 məhbus edam edilib
Azərbaycanlı təqaüdçülər üç şəhərdə aksiya keçirdilər
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
Aylar sonra Müctəba Xameneinin əlyazması yayımlandı
ABŞ və İran arasında üç saatlıq görüş
İranda ət süfrədən çəkilir: Adambaşına illik istehlak 5 kiloqrama düşüb
Polşa səfiri: Urmu voleybolun mühüm mərkəzidir
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
Tramp: İranın nüvə proqramını dayandırmaq üçün diplomatik yol təklif etdim, Tehran qəbul etmədi
Axundovun əlifba iztirabları Azərbaycan yazısını asanlaşdırmaq üçün əlifbada dəyişiklik etmək ideyası ilk dəfə 19-cu əsrdə meydana çıxmışdı. İdeyanı irəli sürən böyük mütəfəkkir Mirzə Fətəli Axundov ərəb əlifbasının Azərbaycan yazısı üçün yararsız olduğunu göstərərək deyirdi: «Ərəblər bizim minillik səltənətimizi zavala uğratdılar; şan-şövkətimizi bada verdilər, vətənimizi xarabazara çevirdilər və bütün bunlara əlavə olaraq, bizim boynumuza elə bir əlifba da bağlamışlar ki, onun sayəsində hətta adi savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur». M. F. Axundov ərəb əlifbasında sait səslərə aid hərflərin olmamasını, yəni bir-birinə oxşamasını, nöqtələrin çoxluğunu, hərflərin bitişərək müxtəlif formaya düşməsini nöqsan hesab edirdi. O, həmin əlifanın xüsusilə tədris üçün yaramadığını, çox ağır olduğunu göstərərək deyirdi ki, bu əlifbanı 3-4 ilə ancaq öyrənmək olur, ilk gündə əlifbanı öyrənmək uşağa riyaziyyatı öyrənməkdən çətin gəlir, elə buna görə də uşaq bezir və ona nifrət edir. Axundov ərəb əlifbasının bütün çatışmazlıqlarını müəyyən etdikdən sonra yeni bir əlifba layihəsi üzərində çalışmağa başladı. Həmçinin o, təkcə Azəraycan yazısını deyil, ümumiyyətlə, ərəb əlifasından istifadə edən bütün xalqların yazılarını asanlaşdırmağı nəzərdə tuturdu. O, bu haqda yazırdı: «Son zamanlar islam əlifbasının ərəb, fars və türk dillərinin yazılışı və oxunmasındakı nöqsanlarını müşahidə edərək, həmin dillərin öyrənilməsini asanlaşdırmaq məqsədilə islam yazı qaydalarını dəyişdirməyi lazım bildim». Böyük mütəfəkkir əlifba islahatını dövrün ən vacib işlərindən hesab edirdi. O, bu məsələyə ciddi yanaşmağı tələb edir və öz xüsusiyyətlərinə görə mövcud ərəb əlifbasından fərqli olan, tədris, nəşriyyat işlərini asanlaşdıra bilən əlifba yaratmağı lazım bilirdi. Buna görə də o, deyirdi: «… bizə elə bir əlifa ixtira etmək lazımdır ki, onun nəticəsində üç məqsədə çatmaq mümkün olsun. Yəni birinci- asan oxumaq; ikinci- asan yazmaq; üçüncü- asan çap etmək. Ancaq elə olduqda köhnə əlifbanı dəyişdirmək vacib işlərdən sayıla bilər». Axundov yazımızı asanlaşdırmaq uğrunda 20 ildən artıq inadla çalışdı. Onun bu sahədəki fəaliyyətini iki mərhələyə bölmək olar: İlk mərhələdə Axundov ərəb əlifbasında islahat aparmaq məqsədini qarşıya qoymuşdu. Sonrakı mərhələdə isə o, ərəb əlifbasından tamamilə əl çəkmək tələbini irəli sürdü. Birincə mərhələdə Axundov «ərəb əlifbasını dəyişdirmək, ona sait hərflər əlavə etmək, nöqtələri atmaq yolu ilə yeni bir əlifba layihəsi tərtib etmək» fikrini irəli sürmüşdü. Həmin məqsədlə o, ərəb əlifbasının islahı üçün layihə hazırlamışdı. Bu layihədə köhnə ərəb əlifbası saxlanılmış, lakin onda bir sıra yeniliklər edilmişdi. Yeni əlifbanın necə tərtib edilməsi prinsipləri haqqında məktublarının birində deyirdi: «… bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait səsləri əlifbaya daxil etdim, onların hər birisi üçün gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər birisi üçün nöqtələrin köməyi olmadan bir şəkil tapdım…» Axundov bu yeni əlifa layihəsini Avropanın beş mühüm dövlətinə və İrana göndərmişdi. 1863-cü ildə isə özü Türkiyəyə getmiş və əlifba layihəsini dövlət başçılarına vermişdi. Türkiyədə yeni əlifba layihəsi müzakirə olunarkən ciddi mübahisələr meydana çıxmış və bu layihənin bəzi cəhətləri bəyənilməmişdi. Axundovun özünün dediyi kimi, Türkiyədən kədər və təəssüflə qayıtmağa məcbur olmuşdu. Lakin bu müvəffəqiyyətsizlik onun iradəsinə əks təsir göstərə bilmədi. Bütün çətinliklərə baxmayaraq, o, öz fikrindən əl çəkmədi və həmin sahədəki fəaliyyətini yenə davam etdirdi. Türkiyədən qayıtdıqdan sonra əlifbanın daha bir sıra vacib cəhətləri üzərində düşünməyə başladı. O, əvvələr əlifbaya ancaq saitlərə hərf artırmaq, nöqtələri çıxarıb atmaq, hər hərfə xüsusi şəkil düzəltməklə kifayətlənmişdisə, sonra bunlardan əlavə, hərfin sözdə bitişik yazılmamasını də lazım görürdü. Lakin Axundov bu məsələdə işə çox həssaslıqla yanaşırdı, hərfin söz tərkibində bir növ bitişməsinə deyil, onun qrafik quruluşunun dəyişdirilərək bitişik yazılmasının da əleyhinə idi. O, hərflərin quruluşunda dəyişiklik edilmədən sözdə onların bir-birinə bitişməsini sürətlə yazmaq vasitəsi hesab edir və bu xüsusda deyirdi: «… müxtəlif şəkillər (yəni hərflər) yazının sürətlə yazılması xatirinə əsl tərkibini itirmədən bir-birinə bitişsələr və bu bitişmə əlaməti hərfin tərkib hissəsi hesab olunmayıb, sürətlə yazmaq vasitəsi olarsa, mətləbə xələl yetirməz». Axundov ərəb əlifbasının islahına dair bir neçə layihə tərtib etmişdi. Bütün bu layihələrdən əsas məqsəd yazını sadələşdirmək və xalqın asan və tez savadlanmasına şərait yaratmaq idi. O, əlifba məsələsi üzərində daim düşünür, daha asan bir əlifba yaratmağa çan atırdı. İkinci mərhələdə Axundov ərəb əlifbasını islah etmək yox, onu başqası ilə, xüsusən soldan sağa yazılan əlifba ilə dəyişdirmək fikrinə gəlir. O, xəttin sağdan sola çəkilməsinin yazını çətinləşdirən vasitələrdən biri olduğunu göstərərək deyirdi: «… biz bunu bilməliyik ki, hər cür xəttin sol tərəfdən sağ tərəfə çəkilməsi onun sağdan sola çəkilməsindən asandır. Kağız üzərində səttarə qoyub, cədvəl çəkənlər bu fikrin doğru olduğunu təsdiq edə bilərlər. Buna görə də yazını sağdan sola yazan biz müsəlmanlar öz-özümüzü çətinliyə düçar etmişik». Axundov sillabik xətli ərəb əlifbasının hərflərindən imtina edərkən ancaq sağdan sola yazılan alfabeti-xətli əlifbanın hərflərini qəbul edirdi. O, bu haqda deyir: «Soldan sağa yazılıb oxunan, sözlərin tərkibində bütün sait hərfləri samitlər sırasına daxil edilən və bütün nöqtələri atılmış alfabeti əlifbadan başqa heç bir xəttin hərflərini qəbul etmirəm və heç vaxt qəbul etməyəcəyəm». M. F. Axundov Avropa xalqları əlifbasından əsasən latın hərflərinin qəbul edilməsini lazım bilirdi və buna dair layihə də hazırlamışdı. Onun yeni əlifbası 42 işarədən ibarət idi. Bunlardan 32-si samit, 10-u isə sait səslərə aiddir. Yeni əlifba uğrunda böyük insan çox ağır zəhmətlər sərf etdi və məqsədinə nail olmaq üçün bütün imkanlara əl atdı. Lakin ciddi maneələrə rast gəldiyi üçün o dövrdə yeni əlifba qəbul edilmədi. Uzaqgörən mütəfəkkir öz zəmanəsində baş tutmayan bu gözəl ideyanın həyata keçirilməsini gələcək nəsillərə tapşırmışdı. ALMA
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
İranda polis öldürülüb
Azərbaycanlə təqaüdçülər iki şəhərdə etiraz aksiyası keçirdilər
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var