Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
İsrail, Qüds, 02 iyun / « müxbir Arye Qut/ Bazar ertəsi səhər Azərbaycana rəsmi səfərə gələn İsrailin milli infrastruktur naziri Binyamin Ben Eliyezer ilə «Trend Capital»ın eksklüziv müsahibəsi - Siz Azərbaycana bir neçə dəfə səfər edən İsrail nazirlərindən birisiniz. Ölkəyə səfərlə bağlı hansı təəssüratlarınız var? - İlk dəfə mən Azərbaycana illik neft və qaz sərgisində iştirak etmək üçün səfər etmişdim. Mənim Azərbaycan, bu ölkənin siyasi elitası, xalqı və rəhbəri ilə bağlı olduqca xoş təəssüratlarım var. Prezident İlham Əliyevlə görüş mənim üçün əlahiddə olub. Biz son vaxtlar onunla tez-tez görüşürük. Mən Azərbaycan prezidentini yeni nəslin olduqca enerjili, praqramatik və ağılla düşünən siyasətçisi hesab edirəm. O, Azərbaycanın bu günkü vəziyyətini çox yaxşı başa düşür və dərk edir. Mənim Azərbaycanlı həmkarlarımın insani dostluğu və işgüzar tərəfdaşlığı, xoşbəxt yaşayan və Azərbaycana ən yaxşı formada inteqrasiya edən nüfuzlu və iri yəhudi icmasının mövcudluğu məndə xoş təəssürat oyadıb və məni ürəkdən sevindirir. Azərbaycan müstəqillik əldə etdiyi gündən inkişafda böyük irəliləyiş ələdə edib və biz israillilər buna heyran oluruq. Mənim səfərim və Bakıda keçirilən neft - qaz sərgisində iştirakım bununla izah olunur. Bununla yanaşı, bizim ümumi dəyərlərimiz və məqsədlərimiz var: mötədillik, inkişaf, çiçəklənmə, ənənələrin saxlanılması və ümumi regionda birgəyaşayış prinsiplərinin axtarılması. İsrail üçün Azərbaycan maraqlı və strateji cəhətdən mühüm dövlətdir. - Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Neft amili bu münasibətləri nə dərəcədə müəyyən edir? - Hesab edirəm ki, İsrail-Azərbaycan münasibətləri olduqca yüksək səviyyədədir və onlar, sözün həqiqi mənasında, əladır. Mənim səfərim ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq üçün kifayət qədər çox sahələrin olduğu bir vaxtda həyata keçir, biz bunları inkişaf etdirməli və genişləndirməliyik. Mən Azərbaycana indi məhz buna görə, yeni əməkdaşlıq sahələrinin tapılması və bu tərəfdaşlığa yeni xüsusi ölçü vermək üçün səfər edirəm. Bizim günəş enerjisi, duzdan təmizlənmə, elektrik stansiyalarının tikintisi sahələrində bir çox layihə-təkliflərmiiz var və biz azərbaycanlı sərmayəçiləri İsraildə görməyə çox şad olardıq. Neft bizim qarşılıqlı münasibətlərimizin amillərindən yalnız biri ola bilər. Bizim strateji münasibətimiz əməkdaşlığın müxtəlif sahə bazisinə malik olmalıdır və yalnız neftə və dar iqtisadi maraqlara əsaslanmamalıdır. Biz ölkələr arasında mədəni əməkdaşlığı inkişaf etdirməli, turizmi, akademiya mübadiləsini, İsrail və Azərbaycan müəllimləri, alim və jurnalistlərinin birgə səfərlərini təşviq etməliyik. Bu bizim uzunmüddətli strateji əməkdaşlığımızın pillələridir. Əgər siz məndən enerji barəsində soruşursunuzsa, biz müasir dünyamızda enerji təhlükəsizliyi çağırışlarına qarşı müqavimət göstərmək və eyni zamanda, ətraf mühiti mühafizəsi sahəsində də əməkdaşlıq etməliyik. Bu fakdır ki, təkcə neft deyil, enerji sahəsində əməkdaşlıq da iki dövlət arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün daha geniş mənada bazis yaradır. - Bu yaxınlarda İsrail hökumətinin nümayəndələri Azərbaycan qazını idxal etməkdə maraqlı olduqlarını bildirmişdilər. İsrail Azərbaycandan hansı həcmdə qaz almaq niyyətindədir? - Bu gün biz Azərbaycana qaz satışı sahəsində mühüm strateji oyunçulardan biri kimi baxırıq. Azərbaycan dost ölkədir və İsrailin strateji tərfdaşıdır. Qaz idxalına gəldikdə isə, qeyd etmək istəyirəm ki, biz danışıqların ilkin mərhələsindəyik. Enerji və qaz sahəsində danışıqlar xüsusilə çox vaxt aparır. Biz bir çox istehsalçılarla danışıqlar aparırıq, onların arasında Azərbaycan mühüm və xüsusi yer tutur. Mən bizim coğrafi mövqeyimizi qeyd etməliyəm və bizim kiçik ölkə olmağımız fakdır və eyni zamanda, biz ətraf mühiti qorumalıyıq. Lakin, əlbəttə , təbii qaz, elektrik məhsulları bizim bir çox problemlərimizin həlli üçün zəruridir. Bu gün bizim iki mlrd. kub metrdən çox qaza tələbatımız var. Əminəm ki, 2015-ci ilə qədər ildə 12 mlrd kub metr qaz istehlakına lüzum yaranacaq. Azərbaycana səfər zamanı mənim səylərim məhz bu miqdarda qaza yönəldiləcək. Bu günə qədər biz qazı Misirdən alırdıq, eyni zamanda, İsraildə də axtarışlar aparırıq. Biz tərəfdaşlarımızla da danışıqlar aparırıq. Bu istehsçalçı- tərəfdaşlar arasında Azərbaycan xüsusi yerə malikdir. Biz Azərbacanla qaz idxalı sahəsində gələcək əməkdaşlığı 40 mlrd. dollara qədər qiymətləndiririk. -Xəzər regionundan neft məhsullarının nəqli üçün Eylat-Aşkelon neft kəmərindən istifadə imkanlarını necə qiymətləndirirsiniz? - Bu olduqca mühüm və iri layihədir. İsrail Uzaq Şərqə neft nəqli üçün real körpü ola bilər. «Eylat- Aşkelon» boru kəməri şirkəti İsraildə öz infrastrukturunu istifadə edərək, Türkiyənin Ceyhan limanından Şərqi Asiyaya xam neftin nəql olunması üzrə marşrutun yaradılması təşəbbüsü ilə çıxış edir. Nəql üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhana çatdırılan Azərbaycan nefti də cəlb oluna bilər. Azərbaycan nefti tankerlərlə Aşkelona göndəriləcək, buradan isə, boru kəməri vasitəsilə Eylata nəql olunacaq. Neft Şərqi Asiya regionuna göndərilmək üçün bu şəhərdə yenidən gəmilərə yüklənəcək. Türkiyə tərəfi bu layihənin müxtəlif aspektlərini öyrənərək, daha da qabağa irəliləyir. Biz onu enerji dəhlizi adlandırırıq. Biz, qonşularımız da daxil olmaqla, enerjinin səmərəli tranzitindən mənfəət götürmək imkanında olan bir çox ölkələrə minnətdarıq. Sözsüz ki, Eylat-Aşkelon boru kəməri bu layihənin mühüm və ayrılmaz komponentidir. Bu, Xəzər karbohidrogeninin yeni bazarlara səmərəli daxil olmasına imkan yaradacaq. - İsrail Azərbaycan Dövlət Neft Şirkətinin Ceyhanda yeni keft-kimya kompleksi tikməsindən sonra Azərbaycanın neft məhsullarının idxalına başlamağa hazırdırmı? - Əlbəttə, mən neft məhsullarının İsrailə tədarükünə çox şad olardım. Çünki onlar bizim əla qarşılıqlı münasibətlərə malik olduğumuz Azərbaycan-Türkiyə əməkdaşlığının əsl məhsulu olacaq. - Ərəb dünyasında xüsusi çəkyə malik olan bir İsrail siyasətçisi kimi, Yaxın Şərq regionunda hazırki vəziyyəti necə qiymətləndirirsiniz? - Regionun əsas çağırışı liderlərin mülayim çağırışını təşviq etməkdir. Onlar Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə nizamlanması və regional əməkdaşlığa doğru hərəkət etmək istyirlər və buna qadirdirlər. Ərəb dünyası da ekstremizm və ya gücün heç bir məqsədə xidmət etmədiyini başa düşmməyə başlayıb. Əksinə, ərəb ölkələri və onların liderlərinin əksəriyyəti bu munaqişənin başa çatmasını istəyir. Sülh inkişafa xidmət edir, sülh iqtisadiyyata xidmət edir və sülh hamıya firavanlıq və tərəqqi gətirir. Biz fələstinlilərlə danışıqlar aparırıq. Biz suriyalılarla da danışıqlara başlamışıq. Mən, hökumət üzvü kimi, əlimdən gələni edirəm və bu təşəbbüslərin uğurlarına öz töhfəmi verməyə hazıram. Mən bir əsgər, general, keçmiş müdafiə naziri, İsrail vətəndaşı, bir ata və bir baba kimi əmin edirəm ki, mənim üçün sülhdən qiymətli heç nə yoxdur. Bizim iki qonşu ölkə ilə dinc münasibətlərimiz və tam diplomatik əlaqələrimiz var. Biz həqiqi və uzunmüddətli sülhə görə yüksək məbləğ ödəməyə hazırıq. Bütün ölkələrin sülh bağlayacağı təqdirdə, bizim regionun necə çiçəklənəcəyini təsəvvür etmək çətin deyil. Bu gün İordaniya ilə sülhün mövcud olması sayəsində biz iri layihələr üzərində işləyirik. Bu layihələr elektriki generasiya edəcək, suyu təmizləyəcək və hər iki dövlət naminə Ölü dənizi inkişaf etdirəcək. Bu yalnız bir misaldır. İsrail dövləti mövcud olduğu 60 il ərzində, əhalisi doqquz dəfə – 1948-ci ildəki 806 mindən 7,3 milyon nəfərədək artıb. Dövlət dünyanın 90 ölkəsindən üç mln.-dan çox mühacir qəbul edib. Onların təxminən 40 faizi keçmiş SSRİ-dən gliblər. İsrail bu nailiyyətləri iqtisadiyyat sahəsində də əldə edib. Əgər 1948-ci ildə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) ildə üç min dollar təşkil edirdisə, indi möhkəm şəkildə 25 minə yaxınlaşır. Bu gün hökumət səviyyəsində tədbirlər prqramı müzakirə olunur. Bu proqrama görə, 2028-ci ilədək ÜDM hər bir israilliyə görə 50 min dollara çatdırılmalıdır ki, bu da dünyanın 15 varlı dövlətinin sıralarına daxil olmağımıza imkan yaradacaq. Son altmış il ərzində İsrail iqtisadiyyatı tam şəklini dəyişib: o, sosialist, nəzarət olunan dövlətdən qərb tipli azad iqtisadi ölkəyə çevrilib. İsrail portağal ixracatçısından dünyanın yüksək texnologiyalar bazarında aparıcı oyunçuya çevrilib. "Ay-tek" sahələri İsrailin sənaye ixracının təxminən yarısını təmin edir, bununla yanaşı, o, adambaşına düşən mühəndisin sayına görə, dünyada liderlik edir. İsrail min illik ənənələr, mədəniyyət, irs, yüksək əxlaqi dəyərlərə söykənən bir ölkədir və bununla yanaşı, sabahın bütün elmi texnologiyalarına malikdir. trend
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır