SON XƏBƏRLƏR

İran saxladığı Britaniya gəmisinin 7 ekipaj üzvünü azad edib

2021.10.20, 07:36
İran saxladığı Britaniya gəmisinin 7 ekipaj üzvünü azad edib

Gunaz.tv

GünAz TV: İran iyul ayında Hörmüz boğazında Britaniya bayrağı altında üzən “Stena Impero” gəmisinin 23 ekipaj üzvündən 7-ni azad edib.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, azad edilənlərdən 5-i Hindistan, 1-i Latviya, digər 1-i isə Rusiya vətəndaşıdır.

 

“Stena Impero” İrana məxsus “Grace 1” adlı tankerin Cəbəli-Tariqdə saxlanmasından təqribən 2 həftə sonra “Sepah” terror təşkilatı tərəfindən durdurulmuşdu. Rəsmi Tehran gəminin “beynəlxalq qanunları pozduğunu” iddia edir.

 

Hazırda “Adrian Darya 1” adlandırılan “Grace 1” tankerinin saxlanmasına səbəb isə Suriyaya neft daşıması olmuşdu. Britaniya bildirirdi ki, İran bu gəmi vasitəsilə Suriyaya neft daşımaqla, Avropa Birliyinin Bəşər Əsəd rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozub. “Grace 1” təqribən 45 gün Cəbəli-Tariqdə qaldıqdan sonra avqustun sonlarında buraxılıb. Gəmi bundan sonra Yunanıstan, daha sonra Türkiyəyə tərəf yön alsa da, sonda Suriyaya tərəf istiqamətlənib.

 

İngiltərə tərəfi İranın “Stena Impero” gəmisinin “beynəlxalq gəmiçilik” qaydalarını pozduğuyla bağlı bütün iddialarını rədd edir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar