SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarından Tehran və Kərəcdə yaşayan soydaşlarımıza Çağırış

2021.10.20, 07:36
“Traxtur” tərəfdarından Tehran və Kərəcdə yaşayan soydaşlarımıza Çağırış

Gunaz.tv

GünAz TV: “Traxtur” futbol takımının (timinin) tərəfdarları Tehran və Kərəcdə yaşayan Azərbaycanlıları “Traxtur”un növbəti müsabiqəsində aktiv olmağa çağırıblar.

 

“Traxtur” tərəfdarları yaydıqları 19-cu Bəyanatda qısaca bidiriblər ki, “artıq superliqa rəqabətləri sona çatmaqdadır və bu qədər polis və  ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurlarının təzyiqləri, tutuqlamalar və işgəncələrdən sonra nəticə almaq lazimdir.

“Traxtur” 3 imtiyaz fərqlə 3-cü yerdədir və superliqanın çempionu (qəhrəmanı) ola bilər. Bütün bunlar “Traxtur”un milyonlarla tərəfdarının qeyrəti və iradəsi sayəsində mümkün olub. Əks halda nəinki “Traxtur”u superliqaya buraxmazdılar, hətta illər öncə ləğv edib və tarixə qavuşdurardılar.”

 

Sonda “Traxtur” tərəfdarları “Traxtur”un növbəti müsabiqəsinin əhəmiyyətini xatırladaraq, Tehran və Kərəc şəhərlərində yaşayan soydaşlarımızı “Traxtur-Rah ahən” müsabiqəsinə dəvət edir və onlardan “Traxtur”a təşviq və dəstək istəyiblər.

 

Görüş:Zaman: 2012-ci il aprelin 22-i (1391-ci il ordibeheştin 3-ü), Təbriz vaxtı ilə saat 16:45

Yer: Tehranın Təxti stadionu (stadyom)

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar