SON XƏBƏRLƏR

Suriyada qırğın davam edir; Əsədin general dostu Türkiyəyə qaçdı

2021.10.20, 07:36
Suriyada qırğın davam edir; Əsədin general dostu Türkiyəyə qaçdı

Gunaz.tv

GünAz TV: Dünən Suriyanın müxtəlif şəhərlərində azı 56 adam ölüb. Suriyalı hüquq müdafiəçilərinin xəbərinə görə, onlardan 39-u dinc sakinlər olub.

Suriyanın hökumət qoşunları İdlib əyalətinin - Maaret al-Numan və Al-Tah kəndlərini atəşə tutub. Bundan başqa Deraa əyalətində də toqquşmalar olub.

Homs əyalətinin Şanşar kəndində Suriya ordusunun generalı öldürülüb. BMT (Birləşmiş Millətlər Təşkilatı) müşahidəçilərini Suriyadakı rəhbəri general Robert Mood bildirib ki, bu ölkədəki zorakılıqlar görünməmiş dərəcədə artıb.

Bu arada Daha bir suriyalı general Türkiyəyə qaçıb. bu dəfə ölkəni Respublika Qvardiyasının (qard-i riyasəte cümhuri) rəhbərlərindən biri, Bəşər Əsədin dostu hesab edilən Manaf Tlas tərk edib.

Manaf Tlas Suriya prezidentinin ətrafındakı azsaylı sünnilərdən biri idi. Maraqlıdır ki, onun atası Mustafa təxminən 30 il Bəşər Əsədin atası Hafizə xidmət edib.  N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar