SON XƏBƏRLƏR

“Qarabağ Zəfəri ilə Qafqazda yeni dövr başlayıb” –Ərdoğan

2022.05.30, 06:04
“Qarabağ Zəfəri ilə Qafqazda yeni dövr başlayıb” –Ərdoğan

Gunaz.tv

Qeyd edilib ki, “Türkiyə olaraq biz, tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq”.

Regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyi artırmağa davam edəcəklərini vurğulayan Türkiyə Prezidenti deyib: “Qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə inşallah iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu və qismətimizi açıq etsin”.

“Prezidenti İlham Əliyev və bizi məhəbbətlə bağrına basan Azərbaycan xalqına təşəkkür edirəm. “TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan dövləti, nazirliklərimiz, şirkətlərimiz, rəsmi qurumlarımız və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”, – deyə Türkiyə Prezidenti bildirib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar