SON XƏBƏRLƏR

ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyib

2022.06.10, 05:51
ABŞ Senatı Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətini təsdiqləyib

Gunaz.tv

ABŞ Senatı iyunun 9-da yekdilliklə Finlandiya və İsveçin NATO-ya qəbul edilməsini tezləşdirmək məqsədi ilə qətnamə qəbul edib.

Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş bildirib.

Onun sözlərinə görə, Komitənin bu qətnaməni qəbul etməsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına ikipartiyalı dəstəyin, alyansın gücləndirilməsinin vacibliyinin sübutudur.

Finlandiya və İsveçin çoxəsrlik siyasi və hərbi ənənələri bu ölkələri hərbi-siyasi bloka qoşulmaq üçün ideal namizədlər edir. Yaxın vaxtlarda ABŞ Senatı bu ölkələrin köməyi ilə alyansın genişləndirilməsi ilə bağlı da qətnamə qəbul edəcək”, – Cim Riş bildirib.

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar