SON XƏBƏRLƏR

Təbrizdəki məhbuslar Tehrandakı məhbuslara dəstək verdi - Aclıq aksiyasına başlayacağıq

2024.06.14, 12:39
Təbrizdəki məhbuslar Tehrandakı məhbuslara dəstək verdi - Aclıq aksiyasına başlayacağıq

Təbriz həbsxanasında saxlanılan milli məhbuslar Tehranın Evin həbsxanasında saxlanılan və aclıq aksiyasına əl atan azərbaycanlı məhbuslara dəstək bəyanatı səsləndiriblər.

Gunaz.tv

Bu barədə yerli hüquq müdafiəçiləri məlumat yayıb.

Kərim İsmayılzadə, Salar Tahir Əfşar və Milad Cəlili (Elşən) yaxınları ilə telefon əlaqəsi zamanı Tehrandakı milli məhbusların tələblərinə qoşulduqlarını deyiblər.

Onlar Evində məhbus olan milli hərəkat fəallarının irəli sürdüyü istəklərin yerinə yetiriməyəcəyi təqdirdə, Təbriz həbsxanasındakı məhbuslarında aclıq aksiyasına əl atacaqları barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 3 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsini tələb edirlər.

Onlar istəkləri yerinə yetirilməyəcəyi təqdirdə quru aclıq aksiyasına başlayacaqları barədə xəbərdarlıq ediblər.

İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi halda, başqa milli məhbuslarında aclıq aksiyasına başlayacaqları gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar