SON XƏBƏRLƏR

Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!

2026.11.15, 10:31
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!

Gunaz.tv

İranın İRNA xəbər agentliyi şənbə günü xəbər verib ki, İbrahim Rəisi və onu müşayiət edən şəxslərin olduğu helikopterin Şərqi Azərbaycan əyalətinin Vərziqan rayonunun Dizmar bölgəsində qəzaya uğradığı ərazi “milli və tarixi əhəmiyyətinə” görə İranın Milli İrs Siyahısına daxil edilib!

Şərqi Azərbaycanın Mədəni İrs İdarəsinin müavini Vəhid Novadad bildirib ki, bu addım ərazinin müəyyənləşdirilməsi, sənədləşdirilməsi və qorunması üçün hüquqi çərçivənin yaradılması məqsədilə atılıb.

İranın keçmiş prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və daha altı nəfəri daşıyan helikopter 19 may 2024-cü ildə Qız Qalası bəndinin açılış mərasimindən Təbrizə qayıdarkən Vərziqanın dağlıq ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olanların hamısı həlak olub.

İndi isə həmin qəza yeri də “milli irs” statusu alaraq İranın tarixi abidələri siyahısına daxil edilib!


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar