SON XƏBƏRLƏR

Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!

2026.11.15, 09:32
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!

Gunaz.tv

Taliban rejimi ilk dəfə olaraq regional ölkələrin diplomatları və hərbi attaşelərinin iştirak etdiyi hərbi mərasimdə öz pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirib. Kiçik, dördpərli dronlardan birinin üzərində Talibanın ağ bayrağı olub, ondan isə lentlə bükülmüş kiçik bir bağlama asılıb!

Nümayiş Talibanın 1000 komandosunun məzuniyyət mərasimində keçirilib. Mərasim zamanı Talibanın PUA-ları ABŞ istehsalı olan “Black Hawk” helikopterləri ilə yanaşı uçurulub.

Taliban özünün PUA imkanlarını nümayiş etdirdiyi bir vaxtda, Əfqanıstanın əvvəlki hökumətindən qalmış aviasiya donanmasını işlək vəziyyətdə saxlamaq üçün hələ də ehtiyat hissələrinə, peşəkar kadrlara və təmir imkanlarına ehtiyac duyur.

Talibanın müdafiə və daxili işlər nazirlərinin, eləcə də xarici nümayəndələrin iştirak etdiyi bu mərasim, görünür, qrupun region ölkələrinə hərbi gücünü nümayiş etdirmək cəhdi idi. Bununla belə, kiçik və kommersiya təyinatlı dronların əvvəlki hökumətdən qalmış hərbi texnika ilə yanaşı nümayiş etdirilməsi Talibanın hərbi imkanları barədə iddialarından fərqli mənzərə ortaya qoyurdu.

 

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar