SON XƏBƏRLƏR

HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü

2026.11.15, 08:00
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü

Gunaz.tv

İsrail ordusu və ölkənin daxili təhlükəsizlik xidməti (Şin Bet) HƏMAS-ın hərbi qanadının yüksək rütbəli üzvünü hədəf aldıqlarını açıqlayıblar.

HƏMAS-dakı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, qruplaşmanın hərbi qanadının yüksək rütbəli komandirlərindən biri olan Səmr Əbu Yunis İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

Tibbi mənbələrin məlumatına görə, Əbu Yunis Xan Yunisin Əl-Məvasi bölgəsində, küçədə avtomobilinə endirilən hava zərbəsi nəticəsində həyatını itirib. Hücum zamanı daha bir neçə nəfər də yaralanıb.

Bölgə mediası da Səmr Əbu Yunisin öldürülməsi barədə məlumat yayıb.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar