SON XƏBƏRLƏR

İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır

2026.11.15, 10:03
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır

Bahalı mənzil və ağır iqtisadi şərait İranda ailə qurmağa mane olur.

Gunaz.tv

“Tejarat News”un yaydığı hesabata görə, 2016–2025-ci illər ərzində İranda doğulan uşaqların sayı təxminən 41,6 faiz, qeydə alınmış nikahların sayı isə 39 faizə yaxın azalıb.

Eyni zamanda, ölkə üzrə ümumi doğum əmsalı 2023-cü ildə hər qadına düşən 1,54 uşaqdan 2025-ci ildə 1,34-ə enib. İranın 31 vilayətindən 29-da bu göstərici əhalinin sadə təkrar istehsal səviyyəsindən aşağı düşüb.

Hesabatda mənzil və kirayə qiymətlərinin, məişət texnikasının və gündəlik yaşayış xərclərinin kəskin artması, eləcə də inflyasiya və gəlirlərin xərclərlə uyğun gəlməməsi gənc cütlüklərin iqtisadi imkanlarını məhdudlaşdıran, nikahların və uşaq dünyaya gətirmənin azalmasına səbəb olan amillər kimi göstərilib.

Ailə iqtisadiyyatı üzrə ekspert Fərşad Əkbəri bu media orqanına müsahibəsində vurğulayıb ki, nikah və uşaq dünyaya gətirmə üçün verilən kreditlər kimi dəstək tədbirləri sabit iş yeri, əlçatan mənzil və səmərəli sosial təminat sistemini əvəz edə bilməz.

O, həmçinin xəbərdarlıq edib ki, səhiyyə və təhsil infrastrukturu inkişaf etdirilmədən əhalinin artırılması xəstəxanalar, məktəblər və ölkənin sığorta sistemi üzərində əlavə təzyiq yaradacaq.


GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar