SON XƏBƏRLƏR

Azərbaycanlı müəllim təkadamlıq kameraya salınıb

2025.11.26, 16:01
Azərbaycanlı müəllim təkadamlıq kameraya salınıb

Kərəc həbsxanasında saxlanılan azərbaycanlı müəllim Məsud Fərhihxtə təkadamlıq kameraya salınıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, o, həbsi və barəsində irəli sürülən ittihamlarla bağlı məktub yaydığına görə cəzalandırılıb.

Qeyd edək ki, Albürz əyalətinin İslamşəhr şəhərində yaşayan müəllim və ictimai fəal Məsud Fərhihxtə avqust ayında 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum edilib.

O, "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "hökumətə qarşı təbliğat"da günahlandırılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar