SON XƏBƏRLƏR

İran milli yığmasının qapıçısı Urmu həbsxanasına köçürülüb

2026.05.21, 15:19
İran milli yığmasının qapıçısı Urmu həbsxanasına köçürülüb

İran Milli Futbol Komandasının keçmiş qapıçısı Rəşid Məzahiri Urmu (Urmiya) şəhərinin həbsxanasının təkadamlıq kamerasına salınıb.

Gunaz.tv

Bu barədə onun həyat yoldaşı Məryəm Abdullahi məlumat yayıb.

"Aylardır Rəşidin azadlığa buraxılması üçün çalışıram, ancaq bu gün onun Urmu həbsxanasının təkadamlıq kamerasına köçürüldüyünü və ağır vəziyyətdə saxlanıldığını öyrənmişəm",- o bildirib.

Məzahiri yanvar etirazları zamanı vətəndaşların öldürülməsinə görə etdiyi paylaşımda Əli xaməneinin tənqid etməsindən sonra həbs edilib.

Ona qarşı "qanunsuz yolla ölkədən çıxmaq" ittihamı irəli sürülsə də, ailəsi bunun əsassız olduğunu bildirirlər.

GunazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar