Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Hazırda beynəlxalq ictimaiyyətin əsas diqqəti BMT-nin növbəti sammitinə yönəlmiş kimi görünür. Belə ki, bu sammit ərəfəsində beynəlxalq siyasət səhnəsində kifayət qədər ciddi ziddiyyətli situsiya yaranıb. Hər halda, beynəlxalq səviyyədə cərəyan edən proseslərin hər ötən gün daha da gərginləşdiyi açıq-aşkar nəzərə çarpmaqdadır. Ona görə də, indi əksər beynəlxalq siyasi iradə mərkəzləri dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT-nin növbəti zirvə toplantısında öz maraqlarını təmin etməyə can atırlar. Bu baxımdan, BMT-nin sammitində də siyasi ehtirasların ən yüksək həddə çata biləcəyi qətiyyən istisna olunmur. Onu da qeyd edək ki, hazırda BMT əslində, dünyada cərəyan edən siyasi proseslərə təsir göstərmək imkanlarını müəyyən mənada, əldən vermiş qurum təsiri bağışlayır. Ən azından ona görə ki, son 10-15 ildə bu qurumun hansısa beynəlxalq problemin, qarşıdurmanın nizamlanmasında birbaşa iştirak etməsinə təsadüf olunmayıb. Düzdür, BMT bəzi beynəlxalq qarşıdurmalara müdaxilə etməyə cəhd göstərib. Ancaq bu müdaxilə cəhdləri əsasən, dolayısı xarakter daşıyıb. Üstəlik, BMT-nin analoji müdaxilə cəhdlərinə dünyanın ən nüfuzlu superdövlətləri ciddi əhəmiyyət verməyə həvəs göstərməyib. Buna əmin olmaq üçün son illər ərzində baş vermiş bir neçə olaya ötəri nəzər salmaq belə, tamamilə yetərlidir. Məsələ ondadır ki, BMT keçmiş SSRİ-nin süqutundan sonra iflas təhlükəsiylə üzləşmiş beynəlxalq qurum təsiri bağışlayır. Çünki keçmiş SSRİ-nin dağılmasıyla dünya birqütblü siyasi sistem dönəminə qədəm qoymuşdu. Hər halda, ABŞ öz əsas rəqibinin - kommunist diktaturasının tarixin arxivinə göndərilməsiylə vahid güc mərkəzinə çevrildiyinə inanmağa başlamışdı. Ağ Ev belə hesab edirdi ki, əgər keçmiş SSRİ artıq yoxdursa, deməli, ABŞ dünyanın idarə edilməsiylə bağlı qərarları heç kəslə hesablaşmadan elə təkbaşına qəbul edə bilər. Busa, ABŞ-ın dünya hegemonluğu iddialarının önə çıxması anlamına gəlirdi. Təbii ki, bu, beynəlxalq ictimaiyyət üçün olduqca ağır və təhlükəli nəticələr doğurmağa başladı. Belə ki, vaxtilə BMT dünyada siyasi arbitr rolunu oynayırdı. Və superdövlətlərin arasında olan əksər qarşıdurmalar bu qurumun Təhlükəsizlik Şurasının əsas müzakirə mövzularına çevrilirdi. Busa, əksər hallarda düşmənçilik münasibətində olan həmin superdövlətlər arasındakı kəskin ziddiyyətlərin daha da dərinləşərək təhlükəli qarşıdurmaya çevrilməsinin qarşısını müvəqqəti də olsa, almağa münbit şərait yaradırdı. Ancaq ötən əsrin 90-cı illərinin sonlarına doğru BMT özünün bu önəmli arbitr rolunu tamamilə itirməyə başladı. Və yeni minilliyin əvvəllərində BMT artıq irili-xırdalı dünya dövlətlərinin "diskussiya klubu"na çevrilməyə başladı. Üstəlik, İraq savaşı ümumiyyətlə, BMT-nin beynəlxalq imicini və nüfuzunu tamamilə sarsıtdı. Hər halda, İraq savaşı sübuta yetirdi ki, BMT artıq dünyada cərəyan edən siyasi proseslərə təsir göstərmək imkanına sahib deyil. Çünki dünyanın nəhəng dövlətləri, xüsusilə də, ABŞ BMT ilə hər hansı məsələdə hesablaşmağa həvəsli olmadığını, hətta buna ümumiyyətlə, ehtiyac duymadığını açıq-aşkar sezdirməkdəydi. Maraqlıdır ki, bu reallıq İraq savaşı ərəfəsində olduqca qabarıq şəkildə ortaya çıxmağa başladı. Belə ki, Ağ Ev ABŞ-ın İraqa hərbi müdaxilə etməsinə BMT-nin rəsmi razılığını almaq üçün bütün mümkün vasitələrdən yararlanmağa çalışdı. Hətta bunun üçün bir neçə dəfə özünə sərf edən qətnamə layihəsi hazırlayaraq, BMT-nin Təhlükəsizlik Şurasına təqdim etdi. Ağ Evin əsas məqsədisə, atacağı addımlarla bağlı BMT-ylə hesablaşmaq deyil, sadəcə, ABŞ-ın İraqı işğal etməsi nəticəsində yaranacaq beynəlxalq siyasi məsuliyyətə bu qurumu ortaq çıxartmaqdan ibarətiydi. Yəni, Ağ Ev BMT-ni ABŞ-ın aqressiv xarici siyasət kursuna və beynəlxalq oyunlarına alət etməyə çalışırdı. Ancaq ABŞ öz istəyinə çatmadı. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ-ın bu quruma İraqla bağlı təqdim etdiyi qətnamə layihələrini dəstəkləmədi. Xüsusilə də, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - Rusiya, Çin və Fransa həmin sənədlərin qəbuluna veto qoymaqla ABŞ-ın niyyətlərini puça çıxartdı. Bu isə, BMT çərçivəsində dünya nəhənglərinin kəskin ziddiyyətlər içərisində olduğunu göstərirdi. Təbii ki, dünyanı təkbaşına idarə etmək iddiasında olan ABŞ bu vəziyyətlə barışa bilməzdi. Ona görə də, ABŞ-ın heç kimin razılığı, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının sanksiyası olmadan İraqa qarşı hərbi müdaxilə etdi və bu, həmin müstəqil dövlətin işğalıyla nəticələndi. Bu isə, öz növbəsində BMT-nin dünya siyasətindəki rolunun kölgə altına salınmasına birbaşa yol açmış oldu. Və bununla da, BMT beynəlxalq problemlərin nizamlanmasındakı arbitr statusunu tamamilə itirdi. Bütün bunları nəzərə aldıqda, BMT-nin indiki zirvə toplantısının da dünyada sabitliyin bərpa olunmasına hər hansı müsbət təsir göstərə biləcəyi kifayət qədər ciddi şübhələr doğurur. Halbuki indiki məqamda BMT-nin yenidən beynəlxalq arbitr rolunu oynaya bilməsinə böyük ehtiyac olmamış deyil. Ən azından ona görə ki, hazırda dünyada hərbi-siyasi gərginlik son həddə qədər yüksəlmiş kimi görünür. Çünki dünyanın superdövlətləri arasındakı münasibətlər düşmənçilik səviyyəsinə çatıb. Hətta qarşıduran tərəflər, xüsusilə də ABŞ və Rusiya bir-birinə qarşı hərbi güc nümayiş etdirməkdən belə, çəkinmir. Ən əsasısa, bu güc nümayişi Cənubi Qafqaz regionu ətrafında cərəyan edən proseslər nəticəsində yaranmış qarşıdurma çərçivəsində reallaşdırılır. Və bu, həm region, həm də ümumiyyətlə, daha da dərinləşəcəyi təqdirdə, bütün dünya üçün ciddi təhlükələr vəd edir. Göründüyü kimi, BMT-nin öz nüfuzunu geri qaytarması üçün kifayət qədər ciddi şanslar yaranıb. Əgər, bu beynəlxalq qurum superdövlətlər arasındakı qarşıdurmanın dərinləşməsinin qarşısını ala bilərsə, onda, BMT-nin yenidən dünyada cərəyan edən proseslərlə bağlı əsas söz sahibliyini geri qaytarmağa nail olacağı şübhə doğurmur. Əks haldasa, BMT-nin mövcudluğunun formal xarakter daşıdığı növbəti dəfə birmənalı şəkildə təsdiqlənmiş olacaq. İndiki vəziyyətdəsə, hadisələrin məhz ikinci variant üzrə inkişaf edə biləcəyi tamamilə inandırıcı görünür. Yəni, quruma üzv dövlətlərin prezidentlərinin bu dəfəki zirvə toplantısının da bəzi superdövlətlərin, xüsusilə də ABŞ və Rusiyanın bir-birini ittiham etməsiylə yadda qala biləcəyi qətiyyən istisna deyil. Bu isə, o deməkdir ki, BMT özü üçün qeyri-məqbul olan "diskussiya klubu" statusunu möhkəmləndirmək təhlükəsiylə üzləşib. Elçin XALİDBƏYLİ sherg
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı