Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Məkkə Sazişinin birgə müdafiə üzrə iştirakçı ölkələrinin XİN başçıları Nyu-Yorkda görüşüb
ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Azərbaycana səfəri başa çatdı. Bu gün o, Tbilisidə Gürcüstan prezidenti ilə görüşərək Ukraynaya yola düşüb. Azərbaycan Avroatlantika Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər «Media forum» saytına müsahibəsində vitse-prezidentin səfərinin region və Azərbaycan üçün nə nəticələr verə biləcəyini şərh edib və digər suallara cavab verib. - Dik Çeyninin regiona səfərinə aydınlıq gətirmək üçün ilk növbədə ABŞ dövlət katibinin müavini Daniel Fridin «Fayneşnl Tayms» qəzetində açıqlamasına diqqət çəkmək lazımdır. O qeyd edir ki, Gürcüstan,Ukrayna və Azərbaycan təhlükə altında olan əsas ölkələrdir. Söhbət Rusiya təhlükəsindən gedir. Mənə elə gəlir ki, ABŞ vitse-prezidentinin də səfərində başlıca məqsəd regionda Rusiya təhlükəsinin reallaşmasından narahatlıq, bu ölkələrə dəstək verilməsi və enerji təhlükəsizliyi məsələləridir. Təbii ki, görüşlərdə ikitərəfli münasibətlər, eyni zamanda bir çox regional məsələlər müzakirə olunur. Amma ən zəruri məsələ regionda yaranmış durum, Rusiyanın regional siyasəti, ABŞ-ın təhlükə altında olan Gürcüstan,Ukrayna və Azərbaycana dəstək verməsi, eyni zamanda Rusiyadan yan keçən enerji xətlərinin təhlükəsizliyidir. - Siz dediniz səfərin əsas məqsədlərindən biri təhlükəni önləməklə bağlıdır. Azərbaycan özünə və Gürcüstanla Ukraynaya gözlənilən təhlükənin önlənməsində nə qədər maraqlıdır, hansı formada prosesdə iştirak edə bilər? Biz bu sualı ona görə veririk ki, Gürcüstanda baş verənlərlə bağlı Azərbaycanın mövqeyinin birmənalı olmadığını iddia edənlər var. Bundan sonra Azərbaycan tərəfinin davranışlarında hansı dəyişiklik gözlənilir? - Bu üç ölkə içərisində ikisi – Ukrayna və Gürcüstan artıq NATO-ya və Avropa Birliyinə üzvlüklə bağlı öz strateji seçimini edib. ABŞ-la bu ölkələr arasında münasibətlərin inkişafında, o cümlədən perspektivində problem yoxdur. Bu məsələdə ancaq Azərbaycanın mövqeyi fərqlidir. Azərbaycan hələ də daha çox Rusiya yönümlü siyasət yeritməkdədir, çox ehtiyatlı davranmaqdadır. Azərbaycanın siyasi rəhbərliyi anlamalıdır ki, strateji seçim üçün manevrlər zamanı artıq bitib. Digər tərəfdən, regionun, o cümlədən Azərbaycanın strateji əhəmiyyəti daha da kəskin şəkildə artıb. Azərbaycan həm enerji təhlükəsizliyi, həm də geosiyasi və geostrateji baxımdan çox mühüm mövqeyə sahibdir. Bu baxımdan mənə elə gəlir ki, ABŞ-ın Ukrayna və Gürcüstanla münasibətlərinin inkişafında problem yaranmayacaq, amma Azərbaycanla münasibətlərin inkişafında, siyasi rəhbərliyin strateji seçim etməkdə zorlanmasında problemlər yarana bilər. Təbii ki, belə problem yaranarsa, həm Moskva, həm də Vaşinqton tərəfdən ilk növbədə təzyiqlərin artması, eyni zamanda hər iki tərəfdən də müəyyən dərəcədə etimadsızlıqlar ortaya çıxacaq. Hakimiyyət bunu nəzərə almalıdır. - Azərbaycan ABŞ-ın maraqlarına uyğun olan strateji seçimi edərsə, onda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi də daxil olmaqla hansı problemlərlə üzləşə bilər? - Birinci nəzərə almaq lazımdır ki, söhbət ABŞ-dan daha çox Azərbaycanın maraqlarından gedir. Əgər Azərbaycan doğrudan da müstəqil, suveren dövlət olmaq, ərazi bütövlüyünü bərpa etmək istəyirsə, təkbaşına bacarmaz. Bunu Rusiyanın Gürcüstana təcavüzü də göstərdi. Bu gün Azərbaycan dövlətinin öz təhlükəsizliyini, o cümlədən hərbi təhlükəsizliyini təmin etmək üçün milli resursları kifayət etmir. Bundan ötrü Azərbaycan beynəlxalq münasibətlər sistemində layiqli yer tutmalıdır və beynəlxalq təhlükəsizlik dəstəyi qazanmalıdır. Bunun da yolu ilk növbədə yaxın zamanda NATO-ya, uzaq perspektivdə isə Avropa Birliyinə üzvlükdən, indiki halda isə Avropaya daha çox inteqrasiyadan keçir. Rusiyanın Gürcüstana təcavüzü bir daha göstərdi ki, əgər Azərbaycan bu strateji seçimini etməsə, ya torpaqlarının işğal altında qalması ilə razılaşmalıdır, ya da Qarabağı Abxaziya və Cənubi Osetiyanın taleyi gözləyə bilər. Gürcüstan hadisələri onu da göstərdi ki, beynəlxalq birliyin, xüsusən də ABŞ-ın, NATO-nun, Avropa Birliyinin, yəni azad dünyanın real dəstəyini qazanmaq istəyirsə, Azərbaycan da öz strateji seçimini etməli, gələcəyini məhz avroatlantik məkanda, bu ailədə gördüyünü açıqlamalıdır. Bu, ilk növbədə Azərbaycanın milli maraqlarına cavab verən bir seçim olardı. Azərbaycan yolayrıcında durmaqda davam edəcəksə, təbii ki, problemləri də həll olunmayacaq, müttəfiqsiz qalacaq. Bir şeyi nəzərə almaq lazımdır: dırnaqarası balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan təklənmiş vəziyyətə düşə bilər. Problemləri xalçanın altına süpürməklə həll etmək mümkün deyil. Artıq Qarabağ probleminin həlli zamanı çatıb. Mənə elə gəlir ki, bu problem həll olunmadan Azərbaycanın həqiqi müstəqilliyindən və ərazi bütövlüyündən söhbət gedə bilməz. - ABŞ-ın regionda indiki güclənmək istəyi Azərbaycanda demokratik proseslərin inkişafını nə qədər önə çıxarır? - Sentyabrın 3-də Ağ evin nümayəndələrindən biri deyib ki, ABŞ Rusiyanın Gürcüstandakı hərəkətlərinə qarşı tədbirlər planı hazırlayır. Güman edirəm ki, bu kompleks bir plan olacaq və orada təkcə Gürcüstanın deyil, bütövlükdə Qafqazı və Xəzər dənizi regionunu əhatə edəcək. Təbii ki, burada da Azərbaycanın rolu hər baxımdan çox böyükdür. Ona görə düşünürəm ki, Rusiyanın regionda aqressiv siyasət apardığı və İlham Əliyevin tərəddüdlü durumunun davam etdiyi indiki şəraitdə ABŞ Azərbaycanda demokratiya və insan hüquqları məsələsini önə çıxarmayacaq. Bu, yalnız İlham Əliyevin ya birmənalı şəkildə Rusiyanın yanında yer alacağı, ya da Rusiya-ABŞ seçimində birinciyə üstunlük verdiyi halda mümkün ola bilər. - Türkiyə prezidentinin Yerevana gedəcəyi təsdiqlənib. Türkiyə-Ermənistan münasibətlərinin istiləşməsi konteksində Dağlıq Qarabağ probleminin həllində hansı irəliləyiş gözlənilir? Ümumiyyətlə, bu iki ölkənin münasibətlərindəki yaxınlaşma Azərbaycanla Türkiyə arasında nə kimi problemlər yarada bilər? - Gürcüstanın Rusiya ilə bütün əlaqələri kəsildikdən, təcavüzkar Ermənistanın blokadasının gücləndiyi, Rusiyanın müttəfiqi olan Ermənistanla coğrafi əlaqələrinin kəsildiyi bir vaxtda belə bir addımın atılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Fikrimcə, Türkiyə əksinə hərəkət etsəydi, daha effektli olardı. Çünki Ermənistan daha çətin duruma düşüb və belə vəziyyətdə Qarabağ münaqişəsinin dinc yolla həllində daha güzəştli mövqe tutmağa məcbur edilə bilərdi. Mənə elə gəlir ki, Türkiyənin bu addımı daha çox ABŞ-la Rusiyanın münasibətlərinin kəskinləşməsindən fürsət kimi istifadəyə etməyə bənzəyir. Türkiyə bununla ABŞ-ın Qafqazda boşalan mövqeyini tutmaq niyyətindədir. Amma bu, çox erkən atılmış yanlış bir addımdır. Ona görə ki, ABŞ-ın, NATO-nun və Avropa Birliyinin regionda maraqlarının, eləcə də mövqeyinin güclənməsi bundan sonra daha böyük sürətlə davam edəcək. Bu səfərin nəticəsində Qarabağ probleminin həllində hansısa irəliləyiş olacağına isə inanmıram. Çünki Türkiyə ilə münasibətlərin yumşalmasından, diplomatik əlaqələrin yaranması ehtimalının ortaya çıxmasından sonra, məncə, mövqeyi güclənən Yerevan daha sərt davranacaq. «Media forum»
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Savalan zirvəsindəki göl tamamilə donub
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı