Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
İlam əyalətində etirazçıların həbsi davam edir
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
Görək 2027-ci ilin əvvəlindən sonra nə olacaq- Tramp
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
Yeni bir türk dövləti qurulur- Ukrayna ilə anlaşıldı
Millət azadlığını özü qazanmalıdır 1945-46-cı illər Azərbaycan Xalq Demokratik dövlətinin rəhbəri Seyid Cəfər Pişəvərinin nəvəsi, Harvard universitetinin doktoru, Dubaydakı ABŞ Universitetinin psixologiya müəllimi İbrahim Pişəvərinin Turan Agentliyinə müsahibəsi - İbrahim bəy, öncə özünüz barədə oxuculara məlumat verərdiniz? - Əvvəlcə onu deyim ki, uzun müddət Ənzəlidə yaşasaq da, əslən Xalxallıyıq, bizimkilər sonradan Ənzəliyə gəliblər və atam burada gəmi komandiri olub. Özüm isə aşağı-yuxarı 30 ildir ki, ABŞ-da yaşayıram, İran və Azərbaycan tarixilə bağlı bilgilərə bələdəm və hər iki Azərbaycanın ictimai həyatında yeri olan Dünya Azərbaycanlıarı Konqresinin təsis konfransından Strasburqdakı 6-cı qurultayına qədər olan tədbirlərində iştirakçı olmuşam. Azərbaycanın tarixində çox şərəfli insanlar və liderlər var, həm də İranın dövlət olaraq yaranmasında azərbaycanlıların xüsusi rolu olub və düşüncəmə görə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani bu liderlər sırasında ilk yerləri tuturlar. - Güney Azərbaycandakı mövcud ictimai-siyasi durumu necə dəyərləndirirsiniz? - Güney Azərbaycanda siyasətə böyük maraq var və bu bölgənin insanları qədər siyasətə həssas və maraqlı olan ikinci bir bölgə tapmaq bəlkə də mümkün deyil, bu da bu bölgənin insanlarının siyasətdə deməyə sözlərinin olması və siyasətə diqqətli olması ilə bağlıdır. Hazırda İran Azərbaycanı həssas bir mərhələ yaşayır və bu mərhələdə iki nəsil üz-üzə daynıb. İnformasiyalara və siyasi proseslərə cavanların bir, yaşlı nəslin başqa, tamam fərqli yanaşma tərzi var. Gənclik proseslərə həssasdır, həyatsevər və idealistdir, yaşlı nəsil isə bir tərəfdən yorğun, digər tərfdən konservativ, üçüncü bir tərəfdən uzaqgörəndir. Azadlığı və birliyi cavanı da, yaşlısı da qəbul edir, amma, gənclik istədiyini ələ gətirmək üçün tələsmək kimi bir xislətə malikdirsə, əksinə, yaşlı nəsil hələ də məsləhətə, zamana ehtiyac duyur. - Sizin fikrinizcə, Güneydə milli mübarizə imkanları necədir? - Gənclik hərəkətə keçib, mübarizəyə başlayıb, amma cəmiyyətdə düşüncələrinə münasibət birmənalı deyil və manevr imkanları azdır. Nətiəcədə qan tökülür, həbslər olur, təqiblər başlayır. Amma yaşlı nəsil ilk olaraq mədəni sahədə azdalıq əldə etmək istəyir və siyasi azadlıqları tədricən, qan tökülmədən qazanmaq xəttini əsas götürür. Yəni, Güney Azərbaycanı elə bir səviyyəyə gətirmək istəyirlər ki, Şirazdan, Mazandarandan fars müəllim və polis gətirməyə ehtiyac qalmasın, özü öz idarəçiliyini təmin etsin. İndi bir mərhələ başlayır və bu mərhələdə xalq rəsmi Tehrandan ala biləcəyi haqlarını tələb edir. Bu sahədə artıq bəzi tələblər ortaya qoyulub və bunun üçün mübarizə gedir. Düşüncəmə görə, burada idealist yox, realist olmaq lazım gəlir və nəyi almaq mümkündürsə, onun mübarizəsi getməlidir. - Babanız Seyid Cəfər Pişəvərinin taleyi barədə nələri açıqlaya bilərdiniz? - Babam S.C.Pişəvərinin taleyinə gəlincə, burada da maraqlı məqamlar var. Haqqında danışdığım idealist siyasətin axarında Pişəvəri hökuməti də olub və Pişəvəri hökumətinin həqiqi hədəfləri Moskva siyasətinin gücünə günbəgün dəyişməli olub. Yəni, bu hədəflər o qədər dəyişdirilib ki, Azərbaycan siyasi hazırlıq aparılmadan İrandan ayrılmalı olub. İndi əsərlər var ki, bu "siyasi teatrın" kökünü Moskvanın qoyduğunu sübut edir. Bütün bu siyasət Rusiyanın Xəzərdəki İran neft yataqlarına olan imtiyazları ələ keçirməsinə xidmət edib və həmin imtiyazı qazandıqdan sonra S.C.Pişəvərini də, Azərbaycan xalqını da qurban verdilər. - Sizə görə, S.C.Pişəvəri bu siyasətin qurbanı olub? - Bəli. Elə babamın aradan götürülməsi də bu siyasətin tərkib hissəsi oldu. Babamın həkimi doktor Cahanşah bu barədə danışır ki, S.C.Pişəvəri onu görmək istədiyini deyərək, Bakıya çağırıb və burada görüşərək parka gediblər. Həkimin bildirdiyinə görə, babam sürücüsündən şikayət edib, onun xüsusi xidmət orqanları ilə əlaqəsi olmasından şübhələndiyini, dəfələrlə səbəb olmadan avtomobili yolun ortasında saxladığını və maşının xarab olduğunu deyərək, sonradan maşını sürdüyünü ona bildirib. Babam Cahanşaha özünün aradan götürülməsi istəyi olduğunu söyləyib. Doktor Cahanşah babama, belə isə, Moskvaya getməyi məsləhət bilib. Amma babam deyib ki, bu, elə Moskvanın siyasətidir və Moskvaya da getsə, nəticə birdir, aradan götürülməyi gündəmdə qalır. - Bu barədə bir qədər geniş danışın? - Doktor Cahanşah danışır ki, üç gündən sonra S.C.Pişəvərinin guya avtomobil qəzası keçirərək xəstəxanaya düşdyünü eşidib, yanına gedib, babamın keyfi yaxşı olub və bəzi mülahizələri nəzərə alaraq, xəstəxanada qalmalı olmadığını, evə getməli olduğunu bildirib. Amma doktor deyir ki, onun bu təklifinə "hələ evə getməsinə icazə yoxdur", cavabı verilib və o, həmin cümləni xüsusi vurğu ilə bir neçə dəfə təkrar edib. Doktor Cahanşah həmin hadisənin sabahı günü Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun zəng edərək onu yanına çağırdığını deyib və maşınla xəstəxanaya yola düşdükdə S.C.Pişəvərinin vəfat etdiyini bildirib. Dr.Cahanşah xəstəxananın həyətinə çatanda, burada Güneydən olan bir dəstə şəxs və o cümlədən S.C.Pişəvərinin xanımı onun yanına getmək üçün gözləyirmiş. Doktor Cahanşahın sözlərinə görə, M.C.Bağırov heç kimi babasının yanına qoymayıb. O, S.C.Pişəvərinin bədənində qəzadan hər-hansı xəsarət olmadığını, yalnız başının sağ hissəsində göy bir ləkə gördüyünü deyib. Bu sovet siyasət üsulu özünü Macarıstanda da, Rumıniyada da və s. yerlərdə təcrübədən çıxarıb. - İbrahim bəy, buradan hansı nəticəni çıxarmaq istəyərdiniz? - Nəticə budur ki, həmin hərəkatın məğlubiyyətinin nəticəsi olaraq, yüz minlərlə insan Azərbaycana gəlib, burada təhsil alıblar və Şimali Azərbaycanın müstəqilliyi bir daha sübut etdi ki, millət öz milli problemini Moskvanın və ya başqa bir siyasi məkanın əli ilə yox, məhz öz əli ilə həll etməlidir. butovaz
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Rəisinin helikopterinin düşdüyü ərazi İranın milli irsi siyahısına salındı!
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Talibanın dron şousu: Köhnə ABŞ texnikasının yanında yeni “ixtira”!
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
HƏMAS-ın yüksək rütbəli komandiri öldürüldü
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
İranda doğum böhranı: Nikahlar və uşaq sayı sürətlə azalır