SON XƏBƏRLƏR

Məşhəd şəhərində it əti satan mağaza aşkarlanıb

2021.10.20, 07:36
Məşhəd şəhərində it əti satan mağaza aşkarlanıb

Gunaz.tv

GünAz Tv: Bu barədə İran Ət İstehsalçıları Birliyi məlumat yayıb.

 

Məlumata əsasən, Birliyin müfəttişlərinin yanvarın 23-də keçirdiyi əməliyyat nəticəsində Məşhəd şəhərində mal əti yerinə qeyri- müəyyən ət satan mağaza aşkarlanıb.

 

Birlik mağazanın təqribən 1 həftə ərzində izləndiyini bildirib. Mağaza sahibinin oğlu kisələrə yığılmış ətləri yük maşınından mağazaya düşürən zaman müfəttişlər ona yaxınlaşıblar. O isə öz növbəsində əlində olan biçaqla müfəttişlərə hücum edərək, qaçmağa müvəffəq olub. Mağaza sahibi polis əməkdaşları tərəfindən həbs edilib.

 

Kisələrdə olan ətlər üzərində aparılmış ilkin araşdırmalar nəticəsində onların qoyun əti deyil, daha çox it ətinə bənzədiyi məlum olub. Faktla bağlı araşdırmalar aparılır.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar