SON XƏBƏRLƏR

İranda matəm elan edilib

2021.10.20, 07:36
İranda matəm elan edilib

Gunaz.tv

GünAz TV: İran hökuməti Qasım Süleymaninin dəfn mərasimində, eləcə də ötən gün Xomeyni hava limanında baş verən təyyarə qəzası nəticəsində ölənlərə görə bu gün matəm elan edib.

 

Yanvarın 7-də Süleymaninin dəfn mərasimində təşkilatçılıq işlərinin həddən artıq bərbad həyata keçirilməsi nəticəsində sıxlıq yaranmışdı. Son məlumatlara görə, həmin hadisədə 59 nəfər ayaqlar altında qalara ölüb.

 

Ötən gün isə Ukrayna hava yollarına məxsus Boeing markalı təyyarənin Xomeyni hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 167 sərnişin və 9 ekipaj üzvü olmaqla, bütün sərnişinlər həlak olmuşdu.

 

İran dövlətinin sözçüsü Əli Rəbii matəm qərarının hər iki hadisədə çoxlu sayda insan tələfatı qeydə alınmasına görə qəbul edildiyini deyib.

 

Ə.A

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar