Siemens Energy Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
Əsgar Əkbərzadənin Ərdəbil prokurorluğunda istintaq iclası keçirilib
Üç ölkə İran millisi ilə oyunları ləğv edib
Urmiyə gölündə miqrant quşlar duz kristallarına ilişib; xəbərdarlıq (Video)
Hörmüz boğazından neft ixracı müharibədən əvvəlki səviyyəni keçib
Hörmüz boğazından keçən neft tankerinə hücum edilib
Göhərdəşt həbsxanası tamamilə sökülüb
İranda cəzalandırılan müəllimlərin sayı açıqlandı
Çin İrana kəşfiyyat dəstəyini dayandırıb- Xərratiyan
Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi (Video)
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
GünAz TV: Güney Azərbaycan Televiziyasının təsisçisi Əhməd Obalı ABŞ-ın Hudson İnstitutu Siyasi-Hərbi Analitika Mərkəzinin baş elmi tədqiqatçısı Michael Doran ilə eksklüziv müsahibədə İran İslam Respublikasının qarışıq siyasi-ictimai vəziyyətini və ölkədəki qeyri-fars millətlərin tələblərini şərh edib.
Müsahibənin əsas mövzusu İslam Respublikası, fars müxalifət və qeyri-fars millətlərdir. Michael Doran Yaxın Şərq məsələləri üzrə təhlilçi, ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü və Amerikanın eks-prezidenti Corc V. Buş zamanı Müdafiə Nazirliyinin Diplomatiya üzrə müavini olub.
M.Doran müsahibədən öncə Güney Azərbaycan Televiziyasının neçə illik fəaliyyətini şərh edərək Ə.Obalıya “zənnimcə televiziya vasitəsi ilə xalqla daim təmasda olduğunuz və xəbərləri müntəzəm izlədiyiniz üçün heç kəs sizdən daha yaxşı İrandakı vəziyyətin düzgün təhlilini verə bilməz” deyib.
Ə.Obalı İran etnikləri arasında Azərbaycan türklərinin əksəriyyət olub olmadığı sualına belə cavablandırıb:
“Azərbaycan türkləri İran əhalisinin əksəriyyətini təşkil edir. 2012-ci ildə İslam Respublikasının o dövrki xarici işlər naziri Türkiyəyə səfər zamanı İran əhalisinin 40 faizinin türklərdən ibarət olduğunu bildirmişdi. Mövcud rəsmi statistikalara görə, Azərbaycan türkləri əhalinin 37.5 faizini, farslar isə 35.5 faizini təşkil edir. Fakt budur ki, İran və Yaxın Şərq ölkələri, təəssüf ki, əhalinin etnik tərkibi haqqında dəqiq statistik məlumat vermir. Onlar öz hakimiyyət təməllərini gücləndirmək üçün etniklərin sayını maksimum dərəcədə aşağı göstərməyə çalışır. Azərbaycan türklərinin sayı, heç şübhəsiz ki, elan olunan rəqəmlərdən daha çoxdur. Hətta bəzi Qərb ölkələri də öz hesabatlarında İslam Respublikasının minimum səviyyədə göstərdiyi rəqəmlərə istinad edirlər. Bu doğru deyil. İran hökuməti həmişə yalan danışır.”
Güney Azərbaycan türkü olaraq Şimali Azərbaycan və Türkiyə haqda fikirlərinin nə olduğu sualına cavab olaraq Əhməd Obalı güney azərbaycanlılar üçün Şimalı Azərbaycanın “Qardaş”, Türkiyənin isə “əmioğlu” kimi olduğunu deyib.
“Şimalı Azərbaycan bizim (Güney Azərbaycanın) o biri yarımızdır, azərbaycanlılar Şimali və Cənubi Koreya və ya keçmişdə Şərqi və Qərbi Almaniya kimi iki hissəyə ayrılmış millətdir. Türkiyə bizə çox yaxındır. Azərbaycan və Türkiyə eynən əmioğlular kimidir. Eyni kökdən gəlirlər və mövcud fərqliliklər keçən min il ərzində iki fərqli dövlət tərkibində -Osmanlı və İran - olduqları üçün ortaya çıxıb”.
ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş üzvü Əhməd Obalıya İranda əksəriyyəti təşkil edən azərbaycanlılar üçün muxtariyyət haqqının tanınmaması barədə sual verərək “Tehranın sizi azərbaycanlıların nümayəndəsi olaraq separatçılıqda ittiham etdiyi doğrudurmu” deyə soruşub.
GünAz TVnin təsisçisi bu haqda belə deyib: “Nümayəndə sözü doğru deyil, mən 100 il boyunca insani, iqtisadi, ictimai və tarixi hüquqları tapdanan və bu hüquqları bərpa etmək istəyən böyük bir azərbaycanlı kütləsinin üzvüyəm. Bunun müqabilində İran hökuməti İranın parçalanması və bölünməsinə məsul olan yeganə qrupdur və bu prosesə kömək edir. Son min ildə İranın bütün olaraq qalması azərbaycanlıların fədakarlığı və türklərin bu torpaqlar üzərindəki hakimiyyətinin nəticəsidir. Biz bu torpaqları qorumaq üçün Rusiya ilə və hətta əmioğlularımız olan Osmanlı türkləri ilə savaşdıq”.
Michael Doranın “siz azərbaycanlı olaraq öz milli hüquqlarınızın indiki İran sərhədləri çərçivəsində yoxsa müstəqil bir dövlət olaraq başqa sərhədlərdə reallaşdırılmasını istəyirsiz” sualına cavab olaraq Əhməd Obalı İrandakı qeyri-bərabər şəraitə diqqət çəkərək dedi:
“İrandakı bütün etnik qruplar, o cümlədən farslar, ərəblər, bəluçlar, Kürdlər, azərbaycanlılar, türkmənlər, lorlar və s. fərqli dillərə, mədəniyyətlərə və hətta dinlərə sahibdir, hamımız İranda fərqliyik. Mənim fikrimcə, ən yaxşı yol bütün etnik qrupların 100% bərabərliyinin təmin olunması və bərabər hüquqa sahib olmasıdır. Misal üçün bu gün farsca rəsmi dildirsə digər etniklərin dilinin də rəsmi statusu olmalıdır. Digər etniklərin dili və mədəniyyəti qeyri-rəsmi olmamalıdır. İsveçrə, Belçika, Kanada kimi bir çox ölkəni misal göstərmək olar. Kanadanın bir hissəsi İngilis dilli, digər hissəsi fransızdır, onlar bərabər hüquqa sahibdirlər, bir-birlərinə hörmət edirlər və bu məsələ Kanada cəmiyyəti üçün istər dil baxımından, istər ictimai baxımdan heç bir problem yaratmır. İranda problem son 100 ildə fars siyasətçiləri və ziyalıları tərəfindən farscaya yeganə rəsmi dil statusunun verilməsi və digər dillərin məktəblərdə belə qadağan edilməsidir. Yeddi yaşımda məktəbə başlayanda həmin məktəbin dili tamamilə farsca idi. Fars dilində bir söz belə bilmirdim, və birinci sinifdə sözün həqiqi mənasında şok keçirdim, nə edəcəyimi bilmirdim”.
Amerikalı tədqiqatçının “sizcə cənubi azərbaycanlıların neçə faizi öz insani hüquqlarını əldə etmək məsələsində sizlə həmfikirdir” sualına cavab olaraq Əhməd Obalı son 42 ildə azərbaycanlılar arasında milli özünüdərk etmənin böyük ölçüdə artdığını vurğuladı.
O əlavə etdi ki, “Güney Azərbaycanın hüquq müdafiəçiləri arasında, 100 faiz olmasa da, 90 faizə yaxını milli kimlikləri ilə bağlı hüquqlarının əldə edilməsini tələb edirlər. İki gün əvvəl, İran Teleradio Qurumunun Birinci TV kanalında verilişin aparıcısı İrandakı fars dilində danışanların "azlıq" olduğunu vurğuladı. Özü də Azərbaycan türkü olan aparıcı bir yarışma verilişinin azərbaycanlı iştirakçısından evdəki izləyicilərə olan arzusunu türk dilində dilə gətirməsini və həmin sözün “milli azlıqdan ibarət olan fars dillilər” üçün tərcümə etməsini istəyib. Bu məsələ ciddi bir hadisəyə çevrildi və aparıcını üzr istəməyə məcbur etdilər. Hətta mədəniyyət naziri sözügedən türk aparıcıya qarşı məhkəmə işinin açılmasını istədi”.
Michael Doranın GünAz TV-nin dili haqda sualı cavablandıraraq Əhməd Obalı “ biz müxtəlif dillərdə verilişlər yayımlanan yeganə televiziyayıq” dedi və artırdı:
“Əsas dilimiz Azərbaycan türkcəsidir və verilişlərdə əsas diqqətimiz Azərbaycana yönəlib. Əsas izləyicilərimizin Azərbaycandan olmasına baxmayaraq, şənbə günləri “Dialoq” adlı farsca verilişimiz var. Bu verilişdə müxtəlif etnik qrupların mənsubları bir-biri ilə müxtəlif mövzularda müzakirələr aparır. Azərbaycan türkcəsi ilə bərabər, GünAz TV-nin farsca, türkmən türkcəsi və ərəb dillərində də verilişləri var”.
Cənab Doran daha sonra İranda baş verən son siyasi-ictimai qarmaqarışıqlığa, o cümlədən də, 2019-cu ilin noyabr ayında İranın müxtəlif şəhərlərində baş verən kütləvi aksiyalara, eləcə də Ukrayna təyyarəsinin süqutuna toxunaraq, Əhməd Obalının bu məsələyə münasibətini soruşdu.
Əhməd Obalı cavabda dedi: Qeyd etdiyiniz kimi vəziyyət göründüyündən daha pis və ağırdır. Hakimiyyət bir daha göstərdi ki, o, ölkəni idarəetmə gücünü artıq itirib və vəziyyətə nəzarət edə bilmir. Hökumət həm də xalqa dəstək gücünü itirib. Belə ki, İranda koronavirusun yayıldığı bir vaxtda, biz vətəndaşların ölüm tragediyasının şahidi oluruq. İqtisadi baxımdan da ölkə ağır böhran içindədir və sanksiyalara görə də artıq kifayət qədər neft sata bilmir. Mən özüm də sanksiyalar tərəfdarıyam. Hazırda hətta az miqdarda olsa da, neftin qanunsuz olaraq Çinə və digər ölkələrə satışı da müştəri olmadığına görə azalıb.
Hudson Müəssisəsinin aparıcı araşdırması bildirib ki, bəziləri ABŞ sanksiyalarının İranda koronavirusun yayılmasının qarşısını alacaq tədbirlərə əngəl törətdiyini və sanksiyaların hökumətdən daha çox xalqın ziyanına olduğunu deyirlər. Həmin qrup iddia edir ki, embarqolar hökumətdən daha çox xalqı cəzalandırır və rejim isə sanksiyalar səbəbindən koronavirusla mübarizə aparmaq üçün gücünün olmadığını iddia etmək, onların müvəqqəti olaraq ləğv edilməsini istəyir. Həqiqətən sanksiyalarvətəndaşları hədəfə alıb? GünAz TV-nin təsisçisi cavabında bildirib:
"Mənim ailəm və minlərlə yaxınım İranda yaşayır. İran xalqın sanksiyaların davam etməsini istəyir. Bizimlə əlaqə quran GünAz TV tamaşaçılarından bu günə qədər, hətta 1 nəfəri belə sanksiyaların müvəqqəti və ya daimi ləğvini istəməyib. Onlar xalqa ziyanın sanksiyalar vasitəsilə deyil, dövlət tərəfindən gəldiyini bildikləri üçün, həqiqətən də, embarqoların öz mövcudluğunu qoruyub saxlamasını istəyirlər.
Barak Obama administrasiyası zamanı sanksiyalar ləğv edildi, İranın xaricdə dondurulmuş aktivlərindən milyardlarda dollar hökumətə qaytarıldı.O qədər pulun İran daxil olmasında sonra xalqın həyatında bir dəyişiklik oldumu? Ölkə iqtisadiyyatı nəinki yaxşılaşmadı, daha da bərbad oldu. O pullar kasıblıq səviyyəsini, xalqın yaşayış və rifahını yaxşılaşdırmadı. Bəs pullar hara xərcləndi?!
O pullardan bir hissə Xamneyi və onun nəzarətində olan qurumlar tərəfindən ələ keçirildi, digər hissəsi isə Suriya müharibəsi, Hizbullah, Həmas, Taliban, Əl-qaidə və hətta Cənubi Amerikaya (Venesuela) kömək üçün sərf edildi. İran vətəndaşları keçirdikləri etiraz aksiyalarında bu vəziyyətə etiraz edir, prezident Trampdan sanksiyaları ləğv etməməsini istəyirlər. İran xalqının böyük əksəriyyəti İran və digər ölkələrin İrana hücum etməsindən sevinərlər. Çünki bununla rejimin şərindən xilas olacaqlarına inanırlar. İran xalqı təkcə koronavirusa yoluxmaqdan deyil, aclıqdan da ölür."
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var