Siemens Energy Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
Əsgar Əkbərzadənin Ərdəbil prokurorluğunda istintaq iclası keçirilib
Üç ölkə İran millisi ilə oyunları ləğv edib
Urmiyə gölündə miqrant quşlar duz kristallarına ilişib; xəbərdarlıq (Video)
Hörmüz boğazından neft ixracı müharibədən əvvəlki səviyyəni keçib
Hörmüz boğazından keçən neft tankerinə hücum edilib
Göhərdəşt həbsxanası tamamilə sökülüb
İranda cəzalandırılan müəllimlərin sayı açıqlandı
Çin İrana kəşfiyyat dəstəyini dayandırıb- Xərratiyan
Hansı türk ölkələri məktəblərdə hicabı qadağan edib?- Siyahı
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
Netanyahu: İran rəhbərliyi sağ qalmaq uğrunda mübarizə aparır və tezliklə yox olacaq
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəməndə husilərin 300 hədəfini vurub
İranda iki polis zabiti öldürüldü
İsfahanda daha iki etirazçı dar ağacından asıldı
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi (Video)
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Bakı Tehranı Azərbaycan ərazisində separatçılara razılaşdırılmamış yüklər çatdırmaqda ittiham edərək, Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində İran yük maşınlarını yoxlamağa və onlardan rüsüm ödəməyi tələb etməyə başlayıb.
Tehran Bakının İsraili Azərbaycana gətirdiyini, Ermənistana yük daşıyan iki sürücüsünü saxladığını iddia edib, bunun ardınca isǝ İran hərbiyyəsi Azərbaycanla sərhədə qoşun yığaraq "Xeybər fatehləri" təlimini keçirib.

Daha sonra isǝ İranın öz ərazisi üzərindən Bakıdan Naxçıvana hərbi yük təyyarələrinin uçuşuna qadağa qoyduğu xəbəri yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi bunu indiyə kimi nə təsdiq, nə təkzib edib.
Bǝzi tǝhlilçilǝrǝ görǝ, bütün bunlar iki ölkə arasında gərginliyin təhlükəli həddə, açıq münaqişəyə keçə biləcək həddinə çatdığından xəbər verir.
Görəsən, İran vətəndaşları Azərbaycanla İran arasında hadisələrin bu cür inkişafını necə qiymətləndirirlər?
BBC News Azərbaycanca bu mövzuda sıravi iranlılarla söhbətləşib, onların bu məsələ barədə fikirlərini öyrənib.
Müsahiblərin təhlükəsizliyini qorumaq məqsədilə onların ad və soyadı dəyişdirilib.
İran hərbiyyəsi Azərbaycanla sərhədə qoşun yığaraq "Xeybər fatehləri" təlimini keçirib.
"Bu işin sonu savaş olmaz"
İranın Kərəc şəhərindən 41 yaşlı Məhəmməd Ğəimi hesab edir ki, bu problemlərin kökü gedib çıxır Qarabağ savaşına.
"İsrailin Azərbaycanın yanında olması Azərbaycanın qələbəsinə və bölgədə mövcudluğuna səbəb oldu. Üstəlik, İranın sərhədinə yaxınlaşmasını Tehran ciddi bir təhlükə sayır. Azərbaycan da İranın Ermənistana verdiyi dəstəkdən rahatsızdır", - o söyləyib.

"Ancaq bu işin sonu savaş olmaz. İran Azǝrbaycanında Azǝrbaycanı sevən milyonlarla insan var və İran dövləti bu riskə getməz. Üstəlik, hər ikisi də şiə toplumudur və dərin ortaq tarixləri var", - Məhəmməd Ğəimi deyib.
"Biz savaş istəmirik"
Təbrizdən 43 yaşlı xanım Elnaz Bərği hesab edir ki, İranın özü nə etdiyini bilmir.
"Bilsəydi, Azərbaycana toxunmazdı. Cənubi Azərbaycanda İran və dövlət tərəfdarları olsa da belə, xalq, umumiyətlə, Azərbaycanın yanındadır. İran Qarabağı İslam torpağı sayır, amma ermənilərə silah verir. Bu hansı məntiqə uyğundur? Bizim şimali azərbaycanlılarla heç bir fərqimiz yoxdur. Bizim bacı-qardaşlarımızdır. Biz necə o dil və tariximizdən qopa bilərik ki?
İlham Əliyev gəldi Xudafərində dedi ki, bura qardaşlıq sərhədidir, amma bunlar onu da görmədilər. Ondan sonra Əliyev yumruğunu göstərdi. Biz savaş istəmirik, amma olsa da İranın yanında olmayacağıq".
"Azərbayan dövləti bilməlidir ki, onlara qalan bizik, nəinki İsrail"
Mərənd şəhərindən 43 yaşlı kişi, Həmid Nəbidost bunları söyləyib: "Azərbaycan qədim İran torpaqlarıdır. Elə Ermənistan və Gürcüstan da. Ancaq indiki reallıq fərqlidir və onlar bir başqa dövlət və millətdilər, İran kimi".
"Azərbaycan və Ermənistan bizim qonşularımızdır amma Azərbaycanın bizim Ermənistan ilə quru yolumuzu kəsməyə haqqı yoxdur.
Üstəlik, İsraili gətirib soxub İran ərazisinin yaxınlığına. Azərbayan dövləti bunu bilməlidir ki, onlara qalan bizik, nəinki İsrail. İsrail Azərbaycan da daxil, bütün məsəlmanların düşmənidir".
"Erməni və İsrail bəhanədir"
Həmədandan olan 46 yaşlı, İran azərbaycanlısı Əlirza Bahari hesab edir ki, Tehranı narahat edən yerli Azərbaycan əhalisidir.
"İranın bütün qorxusu bizik. İran, İrandaki türklərin oyanmasından qorxur. Erməni və İsrail bəhanədir", - Əlirza Bahari deyir.
"Qarabağ zəfərindən sonra sanki farslar uduzmuş kimi bir əhvala girdilər. İran gürültü edər, amma savaşa girə bilməz. Azərbaycanın arxasında Türkiyə, yəhudi lobbisi və müsəlman dünyasında önəmli olan Pakistan kimi ölkə var. Bunlar, sadəcə, bilidiklərimizdir. Bəs İran? Demək istəyirəm ki, İran dünyada yalnızlaşıb və savaşa cəsarət edə bilməz", - Əlirza Bahari düşünür.
"Yaxın Şərqdə yaxşı qonşuluq-çox önəmlidir"
Tehrandan 39 yaşlı kişi Şadmehr Misaği deyir ki, bu məsələnin bilicisi deyil, ancaq şəxsi fikirlərini bölüşə bilər.
O hesab edir ki, "dünyada və Yaxın Şərqdə qonşu ölkələrlə yaxşı qonşuluq münasibətləri çox önəmlidir".
"Ancaq təəssüf ki, İran bunu yaxşı bilmir. Xüsusilə, şiə sünni məsələsinə baxdıqda, İranın sünni dünyası ilə əlaqələri yaxşı deyil".
"Qonşuluq əvəzinə silahlılar yaratmağa çalışır, bu da bölgədə problem və gərginliyə səbəb olur. İran Yəməndə husiləri yaratdığı kimi çalışdı Azərbaycanda da "Hüseyniyun milisi" yaratsın, amma Azərbaycan dövləti bunu bildi və əngəllədi. İran bəlkə də Qarabağı bunların əli ilə azad etmək istəyirdi ki, bu da mümkün deyildi və ya olmadı.
İranın Ermənistan ilə yaxın münasibətləri Azərbaycanın İsrail ilə yaxınlaşmasına səbəb oldu. Əlbəttə, İranın ən əsas düşmənı İsraildir və onlar İranı muhasirəyə almaq istəyirlər".
"Zərər görən o taylı-bu taylı bizlər ola bilər"
Təbrizdən Yaşar Xaqani, 45 yaşlı kişi deyir: "Mən hələm başa düşməmişəm, İran nə istəyir?
"Bunlar (dövlət) heç insanları düşünmür. Hər kəs İrandan getmək istəyir. Bir qonşu İrandan məmnun deyil. İrana hər mənada yaxın olan Azərbaycandır, nəinki Ermənistan. Deyirəm, hər ikisi ilə yaxşı olsun, amma müsəlman, müsəlman deyib niyə Azərbaycanı dəstəkləmirsən? Həqiqət budur ki, həm biz (İran xalqı), həm dı Yaxın Şərq xalqı bunların əlindən zara gəlib.
Əlbəttə ki, Azərbaycan bizdəndir və eyni zamanda savaş ən pis seçim olar və burada ən çox zərər görən o taylı-bu taylı bizlər (azərbaycanlılar) olar", - Yaşar Xaqani düşünür.
"İran yaxşı qonşularını incidir"
Tehrandan 45 yaşlı kişi, Kaveh Niktan hesab edir ki, İran dövləti iç problemini gizlətmək üçün başqa problemləri ortaya çıxarır və İranın yaxşı qonşularını incidir:
"Bunu da deyim ki, biz iranlılar özəlliklə Azərbaycan və Türkyə ilə mədəniyyət mənada daha çox yaxınıq. Amma bütün ölkələr və xususi ilə qonşular ilə qarşılıqlı sayğı çərçivəsində əlaqədən kənarıq. Savaş olacağına heç inanmıram".
"Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq və ya Yugoslaviya"
Şiraz şəhərindən Mərcan Mərvdəşti deyib: "Mən problemin qaynağını yaxşı bilmirəm, düzü. Ancaq İran rejimi üçün iç problemi ört-basdır etmək üçün xarici səbəblər gərəkdir.
İran o qədər səhv addımlar atıb ki, doğru sözünə də inanmırlar. Təbii, bu baxımdan, İranın haqlı olduğunu demirəm. Mən bilirəm ki, İran vətəndaşı olan azərbaycanlılar bu məsələyə çox həssasdırlar və İran dövləti də bunu bilir, ancaq niyə belə edirlər, bilmirəm. Belə gedərsə, sonumuz ya Şimali Koreya olacaq və ya Yugoslaviya". (bbc)
Ayxan
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar
İranda iki polis zabiti öldürüldü
İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var