SON XƏBƏRLƏR

Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclas keçirəcək

2022.01.07, 20:15
Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclas keçirəcək

Gunaz.tv

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi ilə telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, iclas 11 yanvar tarixində onlayn rejimdə baş tutacaq. İclasda Qazaxıstanda baş verən hadisələr müzakirə ediləcək.

Telefon danışığı zamanı Mövlud Çavuşoğlu Türkiyənin Qazaxıstana dəstəyini bir daha vurğulayıb. 

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Əmreyev və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.

Bu barədə TDT-nin mətbuat xidməti məlumat yayıb.

Tərəflər naziri Qazaxıstan hakimiyyətinin ölkəyə tam nəzarəti və sabitliyi bərpa etmək səylərini müzakirə ediblər.

Əmreyev Qazaxıstan hökumətinin ölkədəki vəziyyətlə bağlı həyata keçirdiyi tədbirlərin TDT tərəfindən dəstəkləndiyini bir daha vurğulayıb və təşkilata üzv dövlətlərin lazım olduğu təqdirdə hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar