Milli Məclis Azərbaycan ilə Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni ratifikasiya edəcək
İranda daha üç iaşə obyekti bağlandı
Urmiya komandası İran Voleybol Premyer Liqasında daha üç xal qazandı
Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İranda daha 9 məhbus edam edildi
Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Rəsmi Seul Hörmüz boğazına hərbi qüvvə göndərməklə bağlı ABŞ-la danışıqlar aparır
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Fövqəladə toplantının keçirilməsi təşəbbüsü ilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib. Bu təklifi Rusiya lideri Vladimir Putin də dəstəkləyib və yanvarın 9-da KTMT-ya sədrlik edən Ermənistan toplantının tarixini açıqlayıb.
“Bazar ertəsi (10 yanvar – Red) KTMT ölkələrinin başçılarının videokonfrans vasitəsilə fövqəladə toplantısının keçirilməsi planlaşdırılır”, - Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti TASS-a bildirib. Daha sonra bu məlumatı Kreml də təsdiqləyib.
Qeyd olunub ki, iclasda Qazaxıstanda vəziyyətin normallaşdırılması üzrə tədbirlər müzakirə olunacaq.
Yanvarın 6-sı və 7-də Rusiya Prezidenti Vladimir Putin KTMT-dakı həmkarları - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus rəhbəri Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyanla məsləhətləşmələr aparıb.
KTMT sülhməramlıları üçün ilk əməliyyat
Yanvarın 5-də Qazaxıstanın bir sıra yaşayış məntəqələrində başlayan etirazlar basqınlarla müşayiət olunan iğtişaşlara çevriləndə, hökumət binaları yandırılanda Tokayev KTMT ölkələrinin başçılarına Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə yaranan təhlükəni nəzərə alaraq respublikaya yardım göstərilməsi xahişi ilə müraciət edib.
Həmin gün KTMT-yə üzv dövlətlərin rəhbərləri arasında məsləhətləşmələr aparılıb və yanvarın 6-da Ermənistanın baş naziri təşkilatın Kollektiv Sülhməramlı Qüvvələrini Qazaxıstana göndərmək qərarını elan edib (Kollektiv Təhlükəsizlik Müqaviləsi 4-cü maddəsinə uyğun olaraq). Təşkilatın sülhməramlıları üçün bu əməliyyat ilk idi - bundan əvvəl onlar yalnız təlimlərdə iştirak edirdilər.
Yanvarın 9-da onların Qazaxıstana yerləşdirilməsi yekunlaşıb.
Sülhməramlılar Almatı və şəhərə bitişik ərazilərdə mühüm hərbi, dövlət və sosial əhəmiyyətli obyektlərin mühafizəsini həyata keçirirlər. Kollektiv Sülhməramlı Qüvvələrin komandanı, general-polkovnik Andrey Serdyukovun sözlərinə görə, ölkədə vəziyyət tam sabitləşənə qədər hərbçilər bu vəzifələri yerinə yetirməyə davam edəcəklər.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, KTMT sülhməramlıları Qazaxıstanın hüquq-mühafizə orqanlarının, ordu hissələrinin əməliyyat və döyüş fəaliyyətinə cəlb edilməyəcək.
Qazdan yaranan alov
Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb.
Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar. Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb.
Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub.
Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.
Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir. Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib.
Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.
Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb. Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.
Qazaxıstanda son vəziyyət
Artıq yanvarın 7-dən respublikanın hakimiyyət orqanları ölkənin bütün bölgələrində bütövlükdə konstitusiya quruluşunun bərpa olunduğunu bəyan ediblər. Böyük şəhərlərin girişində hərbçilərin sənədləri yoxladığı keçid məntəqələri yaradılıb. İnternetdə fasilələr müşahidə olunur. Eyni zamanda, ölkə tədricən normal həyata qayıdır, dəmir yolu və hava əlaqəsi, o cümlədən beynəlxalq əlaqələr bərpa olunur.
Son məlumatlara görə, iğtişaşlar zamanı 6 minə yaxın adam saxlanılıb, 130-dan çox şəxs xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinir. Hələlik ölənlər barədə dəqiq məlumat yoxdur, lakin ölənlər arasında ən azı üç azyaşlının olduğu məlumdur. 2,2 mindən çox insan tibbi yardım üçü xəstəxanalara müraciət edib.
Qazaxıstanda yanvarın 10-u bu hadisələr zamanı həlak olanların xatirəsinə matəm günü elan edilib. BMT-nin məlumatına görə, Qazaxıstanda keçirilən etiraz aksiyaları zamanı minə yaxın insan xəsarət alıb. Qazaxıstan Daxili İşlər Nazirliyinin yenilənmiş məlumatlarına görə, 16 təhlükəsizlik əməkdaşı həlak olub. (report.az)
Ayxan
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı
İran edam və repressiyaları dərhal dayandırmalıdır- Hollandiya
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb