Binabda havanın çirklənməsi şagirdlərin sağlamlığı ilə bağlı ailələrin narahatlığını artırır
Yəmən hökumətini dəstəkləyən koalisiya husilərin mövqelərinə qarşı hərbi əməliyyat keçirdiyini açıqlayıb
İranda məktəb direktoru ilə mübahisədən sonra 16 yaşlı şagird həyatını itirib
Netanyahu və Ayzenkot İsraildə milli birlik hökuməti və birgə idarəçilik üçün danışıqlara hazırlaşırlar
Husilər 48 saat ərzində Səudiyyə Ərəbistanına beş hərbi hücum etdiklərini açıqlayıblar
Fox News: ABŞ-nin iri şirkətləri İranın yeni təhdid hədəfinə çevrilib
ABŞ senatoru: İran, Qətər və Çin universitetlərə maliyyə təsiri ilə müdaxilə edirlər
Rusiya donanmasına yeni nüvə sualtı qayığı əlavə edib
Şərqi Azərbaycanda HİV-ə yoluxan qadınların payı artıb
Mossad İrana qarşı ABŞ-siz hərbi əməliyyat keçirilməsini təklif edir
Sistan-Bəlucistanda yerli SEPAH komandiri güllələnərək öldürülüb
ABŞ-nin maliyyə naziri İrandakı enerji böhranına istehza etdi
Təbrizdə Azərbaycan türkcəsində musiqili tamaşa nümayiş etdiriləcək
İbrahim Asmanidən 26 gündür xəbər yoxdur: Güney Azərbaycanlı fəalın vəziyyəti ilə bağlı narahatlıq artır
İran aviaşirkətlərinə xidmət göstərən Türkiyə şirkəti ABŞ sanksiyalarından sonra əməliyyatlarını dayandıracaq
İranda polis daha iki etnik bəlucu öldürdü
Bessentin proqnozu reallaşır- İranda dolların qiyməti 300 min tümənə yaxınlaşdı
İranda daha beş məhbus edam edildi
İranda spirtli içkidən zəhərlənənlərin son sayı açıqlandı
Pompeo: Təzyiqlər davam edərsə, İran rejimi bir neçə ay ərzində süqut edə bilər
ABŞ Dövlət Departamenti: İran hökuməti öldürülən minlərlə etirazçının xatirəsini silməyə çalışır
Ərdəbildə dəm qazından zəhərlənmə- Ölənlər var
İran Naxçıvan sərhədinə niyə texnika yığır? — Səfirliyin təxribatçı cavabı
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb
Zahidanda silahlı hücum- 11 bəluc öldürüldü
İranda hicaba görə iki iaşə obyekti bağlandı
Kəleybər bölgəsinin su mənbələri təhlükədədir- Millət vəkili
İranda Ukrayna ilə bağlı iddia- PUA hücumu...
İki şagirdin ölümündən sonra İranda bir rayonun məktəbləri onlayn təhsilə keçdi
CENTCOM İranın ticarət gəmisini hədəf aldı
Küveyt İranın səfirini son hücumlarla bağlı XİN-ə çağırdı
Müharibə və sanksiyalar 53 min iranlının Həcc ziyarətinə getməsinə mane oldu
Məkkə müdafiə sazişi: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında hərbi əməkdaşlıq genişlənir
Tramp İraqın baş nazirinin İrana bağlı silahlı qrupların nəzarətə alınması səylərini dəstəklədi
Overçuk: İran "MDB plyus" əməkdaşlıq formatında iştiraka maraq göstərir
İranda polis və hərbçilərin də məişət problemləri artıb
Təbrizin qadın futbolçuları Kürdüstan təmsilçisini məğlub etdi
19 gündə İranda bu qədər məhbus edam edilib
Daha bir azərbaycanlı uşağa adına görə sənəd verilmir
Qərbi Azərbaycanda saxta spirtli içkidən zəhərlənmə- Ölənər var
İraq İranla qeyri-rəsmi sərhəd keçid məntəqələrini bağlayır
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud tədbirdə çıxış ediblər.
Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Gülüstan sarayında Azərbaycanda inşa ediləcək yeni külək elektrik stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu, çox gözəl hadisədir. Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanıb.
Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilib və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq.
Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaq.
Mən şadam ki, bizim bərpaolunan bu böyük enerji layihəsinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri var. Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq.
Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır.
Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.
Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik.
İqtisadi sahədə çox böyük perspektivlər var. Təbii ki, biz birlikdə energetika sahəsində OPEC+ formatında fəal çalışırıq. Deyə bilərəm ki, OPEC+ formatı yaradılandan bu günə qədər Səudiyyə Ərəbistanı ilə Azərbaycanın əməkdaşlığında xüsusi rol oynayıb. Bu formatda iştirak edən digər ölkələrlə bərabər biz neftin qiymətinin sabitləşməsinə nail ola bilmişik.
Bu stansiyanın investoru tanınmış və bu sahədə böyük təcrübəsi olan Akvopao şirkətidir. Şirkət haqqında çox danışmaq olar, təkcə onu qeyd etməliyəm ki, bu, enerji sahəsində dünyanın ən böyük şirkətidir. Mənə verilən məlumata görə, şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavatdan çoxdur. Yəni, təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir.
Əlbəttə ki, burada bizim ikitərəfli dövlətlərarası əlaqələrimizin rolu çox böyükdür, eyni zamanda, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır.
Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib.
Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir.
Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq.
Onu da bildirməliyəm ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir.
Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir.
Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq.
Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər.
Onu da bildirməliyəm ki, Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik.
Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan “Yaşıl gündəliyi” də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var.
Bir sözlə, bu külək elektrik stansiyasının yaradılması bir çox mənalarda olduqca önəmli və əhəmiyyətli layihədir. Bu, gözəl göstəricidir. Digər potensial investorlar üçün də bir siqnaldır ki, onlar da vaxt itirmədən müəyyən addımlar atsınlar. Onu da bildirməliyəm ki, Azərbaycanın bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var.
Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni, həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir.
Mən tam əminəm ki, hazırda ölkəmizdə inşa ediləcək bu ən böyük bərpaolunan enerji stansiyasının açılışından sonra və bəlkə də açılışına qədər biz digər investisiya layihələrini icra etməyə başlayacağıq. O ki qaldı bu stansiyanın açılışına, ümid edirəm, çox vaxt keçmədən biz bu böyük enerji layihəsinin açılışını birlikdə qeyd edəcəyik.
Bir daha sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, dediyim kimi, yaxın gələcəkdə bu stansiyanın açılışını birlikdə qeyd edək. Sağ olun.
Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud çıxış edib.
Daha sonra Prezident İlham Əliyev və şahzadə Əbdül Əziz bin Salman Əl-Səud stansiyanın təməlini qoyublar. (report.az)
Ayxan
Yəmən hökumətini dəstəkləyən koalisiya husilərin mövqelərinə qarşı hərbi əməliyyat keçirdiyini açıqlayıb
Netanyahu və Ayzenkot İsraildə milli birlik hökuməti və birgə idarəçilik üçün danışıqlara hazırlaşırlar
Fox News: ABŞ-nin iri şirkətləri İranın yeni təhdid hədəfinə çevrilib
İran aviaşirkətlərinə xidmət göstərən Türkiyə şirkəti ABŞ sanksiyalarından sonra əməliyyatlarını dayandıracaq
Pompeo: Təzyiqlər davam edərsə, İran rejimi bir neçə ay ərzində süqut edə bilər
Ərdəbildə dəm qazından zəhərlənmə- Ölənlər var
İranda hicaba görə iki iaşə obyekti bağlandı
Avstraliya SEPAH-la əlaqəli iki şəxsə sanksiya tətbiq edib
İranın ABŞ ilə saziş bağlamağa hazır olduğuna şübhə edirəm - Tramp
İran iqtisadiyyatı dünyada neçənci yerdədir?- Yeni hesabat
İranın Bəsic qüvvələrinin rəhbəri bu qurumun ideologiyasını dünyaya yaymağa çağırıb
Qərbi Azərbaycanda 1000-dən çox villanın qazı kəsildi
İran MDB-yə qatılır
Süngündə iş qəzasında mühəndis həlak oldu
Milad Armunun edam hökmü ilə bağlı sənədi paylaşan jurnalist saxlanıldı
Qaz çatışmazlığı böhranı: İranda 14 elektrik stansiyası mazut yandırmağa başlayıb
Alkoqol zəhərlənməsi Güney Azərbaycanın qərbinə də yayılıb
Yəmən husiləri Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu hədəfə aldı; Ər-Riyadda 11 nəfər yaralanıb
Türkiyədə iranlı narkotik qaçaqmalçıları həbs edildi
Qoşaçayda yeniyetmə qız güllələndi
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Süni intellektin köməyi ilə 167 illik Riman fərziyyəsinə dair isbat təqdim olunub
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
İlamda həbs edilən etirazçıların sayı artı
Azərbaycanlı iqtisadçı həbs cəzasına məhkum edildi
İranda elektrik enerjisinə məhdudiyyət tətbiq ediləcək
İranda saxta spirtli içikdən ölənlərin sayı artdı
Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
Alkoqol zəhərlənməsi Güney Azərbaycanın qərbinə də yayılıb
"Koroğlu" tamaşası "Qızıl lövhə" mükafatına layiq görüldü
İranın NPT-dən çıxış planı hazırdır- İbrahim Əzizi
Marağada tarixi bölgədə qanunsuz qazıntı aparanlar həbs edilib
İranda bir qadın mahnı oxuduğuna görə şallaqlandı
Almaniyada yüzlərlə məktəb e-poçt vasitəsilə bomba təhdidi alıb
Qoşaçayda yeniyetmə qız güllələndi
Bakıda Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü keçirilib
Azərbaycanlı pedaqoq Cabbar Bağçabanın anım günüdür
Türkiyədə iranlı narkotik qaçaqmalçıları həbs edildi