SON XƏBƏRLƏR

Anar Eyvazov: "İtkin düşən hərbçimizin axtarışına kifayət qədər şəxsi heyət və texnika cəlb edilib"

2022.01.29, 18:19
Anar Eyvazov: "İtkin düşən hərbçimizin axtarışına kifayət qədər şəxsi heyət və texnika cəlb edilib"

Gunaz.tv

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, ərazinin çətin relyefli yüksəklikdə və qarla örtülməsini nəzərə alaraq bura kifayət qədər şəxsi heyət və texnika cəmləşdirilib: "Axtarış işlərinə cəlb olunan şəxsi heyət mütəmadi olaraq isti yemək və çayla təmin edilir. 

Keçirilən axtarışlar nəticəsində bu gün səhər saatlarında kiçik çavuş Cavad Hüseynov, əsgər Maşallah Hüseynov və əsgər Yasin Kərimov tapılıb və onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb. Baş leytenant Fuad Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir". (report.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar