SON XƏBƏRLƏR

Ərdoğan: "Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün töhfəmizi verməyə hazırıq"

2022.02.04, 14:36
Ərdoğan: "Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün töhfəmizi verməyə hazırıq"

Gunaz.tv

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır. Gərginliyi azaltmaq üçün lazımi töhfəni verməyə hazır olduğumuzu Prezident Volodimir Zelenskiyə şəxsən dedim. 

O da "belə bir vəziyyətdə öhdəmə nə düşürsə, etməyə hazıram, zəng etdiyiniz günün səhərisi, hara desəniz, ora gələrəm" dedi. Beynəlxalq medianın Ukrayna-Rusiya arasındakı gərginliyi böyütməsinin faydadan daha çox zərər gətirəcəyini bildirdim”, - o söyləyib. (report.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar