SON XƏBƏRLƏR

İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub

2022.02.06, 21:45
İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Gunaz.tv

Bu barədə İsrail Prezidentinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, dövlət başçıları tezliklə görüş imkanlarını müzakirə ediblər.

"Prezident Hersoq bu axşam Türkiyə Prezidenti Ərdoğanla telefon danışığı aparıb, ona cansağlığı və COVID-19-dan tezliklə sağalmasını arzulayıb. Söhbət zamanı iki ölkə liderləri erkən görüşün mümkünlüyünü müzakirə ediblər", - məlumatda deyilir.

Qeyd edək ki, İsrail Prezidenti Türkiyəyə səfər edəcək. Səfər martın ortalarında baş tutacaq. Eyni zamanda Türkiyə nümayəndə heyəti də İsrailə gedəcək.

Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. 

Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilər münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. 

Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.

2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub. (report.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar