SON XƏBƏRLƏR

Ərdoğan yenidən prezidentliyə namizəd olacaq: "Hüquqi problem yoxdur”-Mustafa Şentop

2022.02.07, 13:57
Ərdoğan yenidən prezidentliyə namizəd olacaq: "Hüquqi problem yoxdur”-Mustafa Şentop

Gunaz.tv

Bu barədə Milli Hərəkat Partiyasının (MHP) sərdi Dövlət Baxçalı bildirib.

Qeyd edək ki, ölkədə növbəti prezident və parlament seçkiləri 2023-cü ilin iyununda keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milli Hərəkat Partiyası (MHP) daha əvvəl Xalq Alyansı yaradıb. Alyansın namizədi Ərdoğan olacaq.

"Prezidentliyə namizədimiz bəllidir, bu Rəcəb Tayyib Ərdoğandır. İnanıram ki, cənab Ərdoğan 2023-cü ilin iyununda keçiriləcək seçkilərdə böyük fərqlə qalib gələcək, Xalq Alyansı da yeni qələbə qazanacaq", - deyə Baxçalı qeyd edib.
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilmək hüququ müzakirə predmeti deyil. Məsələ sadəcə ikinci dəfə namizədliyini irəli sürməklə bağlıdır.

Mustafa Şentop

Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı hüquqi problem yoxdur və son müzakirələr məlumatsızlıqdan irəli gəlir. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar