SON XƏBƏRLƏR

Belarus və Ermənistan arasında siyasi qalmaqal

2022.02.08, 20:31
Belarus və Ermənistan arasında siyasi qalmaqal

Gunaz.tv

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Səfirin XİN-ə niyə çağırılması barədə rəsmi məlumat verilməyib.

"Sputnik Armenia" yazıb ki, diplomat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatına görə XİN-ə dəvət olunub.

Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində postsovet məkanında suveren dövlətlərin birləşməsi perspektivlərindən danışarkən bildirib ki, Ermənistanın gedəcək yeri yoxdur.

Bundan əvvəl Hunanyan öz "Facebook" səhifəsində yazıb ki, Belarus prezidentinin orijinal geosiyasi təhlilləri ilk növbədə onların öz daxili siyasi gündəliyinə xidmət etmək məqsədi daşıyır.

Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu təhlillərin Ermənistana və onun xarici siyasətinə heç bir aidiyyəti yoxdur. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar