SON XƏBƏRLƏR

Ukrayna ordusu genişmiqyaslı təlimlərə başlayıb, döyüş tapşırıqları icra olunur

2022.02.19, 07:30
Ukrayna ordusu genişmiqyaslı təlimlərə başlayıb, döyüş tapşırıqları icra olunur

Gunaz.tv

Bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Təlimlərdə Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələri arasında əlaqəli fəaliyyət imkanları yoxlanılır, bununla bağlı tapşırıqlar icra olunur.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev bildirib ki, təlimlərin məqsədi şəxsi heyətin peşəkarlıq səviyyəsini və döyüş qabiliyyətini yüksəltməkdir.

Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələri Komandanlığına tabe olan bütün qoşunlar və qüvvələr nəzərdə tutulan tədbirlərə uyğun olaraq təlimləri davam etdirir. (report.az)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar