SON XƏBƏRLƏR

Qəzvində korrupsiyada ittiham olunan dövlət məmuru saxlanılıb

2022.02.23, 05:02
Qəzvində korrupsiyada ittiham olunan dövlət məmuru saxlanılıb

Gunaz.tv

O, hökumət məmurunun vəzifə səlahiyyətlərindən su-istifadə və korrupsiyada ittiham olunduğunu və barəsində cinayət işinin açıldığını bidirib.

Abdulla Ağaəlixani saxlanılan şəxsin kimliyi barədə açıqlama vermədən onunla əlbir olan şəxslərin barəsində də araşdırmaların başlanıldığını söyləyib.

Qeyd edək ki, İranda xüsusilə son illər korrupsiya geniş miqyas alıb və dövlət qurumlarının əksəriyyətində kök salıb. 

Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) yanvarın 25-də 2021-ci il üçün yaydığı yeni hesabatında İran İslam Respublikası dünyanın ən korrupsiyalaşmış (ən fasid-Red) ölkələri sırasındadır.

Təşkilatın yaydığı son illik hesabatında bildirib ki, İran korrupsiyanın həcmi və miqyasına görə dünyanın 180 ölkəsi arasında 150-ci yeri tutur.

C.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar