SON XƏBƏRLƏR

“Ermənistan danışıqlar aparsa, qapılar bağlı olmayacaq" - Ərdoğan

2022.02.23, 11:33
“Ermənistan danışıqlar aparsa, qapılar bağlı olmayacaq" - Ərdoğan

Gunaz.tv

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistərə açıqlamasında deyib.

“Ermənistan xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olsa, qapıları üzümüzə bağlı saxlamaqdan söhbət gedə bilməz.

Biz münasibətləri gücləndirmək üçün aramızda birbaşa uçuşları bərpa etmək qərarına gəldik. Bu ayın əvvəlindən İstanbul və İrəvan arasında qeyri-müntəzəm reyslər açılıb. Biz Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik. 

Türkiyə ilə Ermənistan arasındakı problemləri "3+3" platforma yaradaraq aradan qaldıracağımızı söylədik. Biz bu platformanın açılmasının tərəfdarıyıq. Təbii ki, bütün bunlar boşluqda baş vermir.

Bu mənada Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistanın normallaşması prosesi bir-birini dəstəkləməklə inkişaf edə bilər. Eynilə, bizim regional əməkdaşlıq ideyamız da bu ikitərəfli prosesləri dəstəkləyəcək. 

Bu tarixi fürsətdən səmərəli istifadə etmək üçün hər kəs konstruktiv hərəkət etməlidir. Bütün bu prosesləri indiyə qədər etdiyimiz kimi, bundan sonra da Azərbaycanla sıx koordinasiyada həyata keçirəcəyik”, - deyə Ərdoğan çıxışında qeyd edib. (modern.az)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar